Talan edilən lüks brend məhsulları ucuz qiymətə satışa çıxardılar VİDEO
Icma.az, Adelet.az portalına istinadən məlumat verir.
Fransada etirazlar zamanı talan edilən mağazalardan götürülən lüks brend məhsulları küçələrdə və ikinci əl satış platformalarında ucuz qiymətə satışa çıxarılıb.
Adalet.az “Reuters”ə istinadən xəbər verir ki, sosial mediada yayılan elanlarda kosmetika vasitələrindən dizayner çantalarına qədər müxtəlif məhsulların təklif olunub.
Hadisədən sonra Fransa hakimiyyəti oğurlandığı ehtimal edilən malların satışının qarşısını almaq üçün onlayn platformalara təzyiqi artırıb.
Oktyabrın 17-də Fransanın bir sıra şəhərlərində keçirilən etirazlar zorakılıq və talanlarla müşayiət olunub. Paris, Marsel, Lion, Bordo və Limoj şəhərlərində mağazalar, ictimai binalar və müxtəlif müəssisələr hücumlara məruz qalıb.
Məlumata görə, nümayişlərdə təxminən 550 min nəfər iştirak edib. Həmkarlar ittifaqları isə iştirakçıların sayının 800 minə çatdığını iddia edib. Nümayişlərin əksəriyyəti dinc keçsə də, bəzi qruplar mağazaları talan edib, nəqliyyat vasitələrini yandırıb və polislə toqquşub. Baş nazir Sebastyan Lekornunun açıqlamasına görə, hadisələrlə əlaqədar təxminən 1200 nəfər saxlanılıb.
Talan edilən obyektlər arasında “Louis Vuitton”, “Hermes”, “Dior” və “Kenzo” kimi tanınmış brendlərin mağazaları da olub. Fransa Ticarət və Distribusiya Federasiyası ölkə üzrə 1500-dən çox mağazanın hadisələrdən zərər çəkdiyini bildirib.
Hadisələr zamanı kolleksiya məhsulları da talan edilib. Lill şəhərindəki kolleksiya mağazasında baş verən yanğından sonra küçələrə səpələnən “Pokemon” kartlarının bir qisminin daha sonra internetdə satışa çıxarıldığı bildirilir.
Fransanın rəqəmsal məsələlər və ticarət sahələrinə məsul rəsmiləri “Vinted”, “Amazon”, “eBay”, “Leboncoin”, “Meta” və “TikTok” platformalarından oğurlanmış mallarla əlaqəli şübhəli elanları silməyi tələb ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 21 Oktyabr 2026 07:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















