Talasemiya və daşıyıcılıq nədir, necə müəyyən olunur? AÇIQLAMA
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Talassemiyanın növləri hemoqlobinin tərkibini təşkil edən zəncirlərə görə müəyyən edilir. Ən çox rast gəlinən forma isə beta-talassemiyadır və əsasən bu növ haqqında danışırıq".
Redaktor.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında canlı yayım zamanı Milli Hematologiya və Transfuziologiya Mərkəzinin hematoloqu Avesta Allahverdiyeva dedi.
O bildirdi ki, xəstəlik genetik xarakter daşıyır:
"Əgər hemoqlobini əmələ gətirən zəncirlərdən hər hansı birinin sintezində genetik qüsur yaranarsa, həmin zəncir kifayət qədər istehsal olunmur. Nəticədə hemoqlobinin yaranması pozulur, qanazlığı inkişaf edir və zamanla daha ciddi fəsadlar meydana çıxa bilər. Daşıyıcılıq isə xəstəlik demək deyil. Bu, sadəcə olaraq insanın talassemiya ilə əlaqəli qüsurlu geni daşıması anlamına gəlir. Talassemiya daşıyıcıları adətən tam sağlam həyat sürürlər və əksər hallarda heç bir klinik əlamət müşahidə olunmur. Hətta insanın xarici görünüşünə və adi müayinələrə əsasən onun daşıyıcı olduğunu müəyyən etmək mümkün olmur. Məhz buna görə də daşıyıcılıq yalnız xüsusi laborator analizlər və genetik müayinələr vasitəsilə aşkar edilir. Bu xüsusilə ailə qurmağa hazırlaşan şəxslər üçün mühüm əhəmiyyət daşıyır. Çünki hər iki valideyn daşıyıcı olduqda, uşağın talassemiyanın ağır forması ilə doğulma riski artır".
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:210
Bu xəbər 08 İyul 2026 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















