Fizika İnstitutunda Beynəlxalq Avrasiya laboratoriyasının yaradılmasına dair strateji əməkdaşlıq sazişi imzalanıb
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 8 noyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda Elm və Humanitar Elmlər üzrə Beynəlxalq CORE Akademiyasının nümayəndə heyəti - professor Li Lie, professor Yingsan Geng, Raymond J. Vu, Lianzhi Liu qonaq olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, baş direktor akademik Arif Həşimov qonaqlara Fizika İnstitutunun fəaliyyəti haqqında məlumat verib.
Elm və Humanitar Elmlər üzrə Beynəlxalq CORE Akademiyasının İcraiyyə Şurasının üzvü professor Li Lie akademiya haqqında məlumatı iştirakçıların diqqətinə çatdırılıb.
Daha sonra Fizika İnstitutu ilə Elm və Humanitar Elmlər üzrə Beynəlxalq CORE Akademiyası arasında Beynəlxalq Avrasiya laboratoriyasının yaradılmasına dair strateji əməkdaşlıq sazişi imzalanıb.
Sənədi akademik Arif Həşimov və professor Li Lie imzalayıb.
Bu saziş çərçivəsində elm və təhsil sahəsində inteqrasiyanın gücləndirilməsi, kadr hazırlığı və təhsil proqramları, texnologiya transferi və innovasiya, beynəlxalq elmi əlaqələrin gücləndirilməsi və elmi-tədqiqat işlərinin birgə həyata keçirilməsi, o cümlədən “Bir yol, bir kəmər” platformasında birgə laboratoriyanın yaradılması nəzərdə tutur.
Görüşdə tərəflər arasında əməkdaşlığın genişləndirilməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsi barədə müzakirələr aparılıb.
Professor Li Lie Core Qlobal Əməkdaşlıq Şəbəkəsinin Tərəfdaşı olması haqqında fəxri təmsilçi diplomunu Fizika İnstitutuna təqdim edib.
İmzalama mərasimindən sonra professor Rüstəm Rüstəmov, professor Li Lie, professor Yingsan Geng, professor Nəriman Rəhmanov, dosent Faiq Rzayev, professor Təranə Nurubəyli, professor Nahidə Musayeva və professor Mehti Camalov təqdimatla çıxış ediblər.
Sonda çinli qonaqlar institutun laboratoriyalarına gedərək aparılan tədqiqat işləri ilə tanış olublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 08 Noyabr 2025 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















