Icma.az
close
up
RU
Marneulidə biznesmenə xərac kəsmək istəyənlər saxlanıldı Azərbaycanlılardan ibarət dəstə...

Marneulidə biznesmenə xərac kəsmək istəyənlər saxlanıldı Azərbaycanlılardan ibarət dəstə...

Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gürcüstanın Marneuli rayonunda baş verən atışma ilə bağlı saxlanılanlar var.

Mia.az Report-a istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Marneulidə bir neçə gün əvvəl baş verən atışma ilə bağlı daha iki nəfər saxlanılıb və həmin şəxslərdən birinə qarşı cinayət işi açılıb.

Nazirliyin Kvemo Kartli, Kaxeti və Mərkəzi Kriminal Polis Departamentlərinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərə qarşı qrup halında hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədilə qanunsuz odlu silah əldə etmə, saxlama və gəzdirmə ittihamları irəli sürülüb.

Eyni iş üzrə sifarişlə adam öldürməyə hazırlaşmaqda və qanunsuz silah saxlamaq iitihamı ilə həbsdə olan daha bir şəxsə də ittiham irəli sürüləcək.

İstintaqın məlumatına görə, 2025-ci ilin sentyabrında əvvəllər bir neçə cinayətə görə məhkum edilmiş və hazırda axtarışda olan kriminal avtoritet Elmuraz Məmmədov Marneulidə yaşayan iş adamı, 1980-ci il təvəllüdlü N.A.-nı Türkiyəyə 50 min ABŞ dolları köçürməyi tələb edib.

Pulun ödənilməsindən imtina edildikdən sonra E.Məmmədov Gürcüstanda yaşayan D.M., E.O. və A.A.-ya 10 min ABŞ dolları müqabilində N.A.-ya məxsus avtomobil ehtiyat hissələri mağazasına atəş açmaq tapşırığı verib. Onlar sifarişi yerinə yetirərək avtomat silahla atəş açaraq mağazanın fasadını zədələyiblər.

Polisin məlumatına əsasən, saxlanılan şəxslər törətdikləri cinayəti etiraf ediblər və istintaqla əməkdaşlıq edirlər.

Faktla bağlı Cinayət Məcəlləsinin 25-181 və 236-cı maddələri ilə araşdırma aparılır.

Cinayətlərin sübuta yetirilməsi halında təqsirləndirilən şəxsləri yeddi ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://mia.az
archiveBu xəbər 08 Noyabr 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri