Icma.az
close
up
RU
Talassemiyanın yaranma səbəbi nədir? Nərmin Verdiyeva

Talassemiyanın yaranma səbəbi nədir? Nərmin Verdiyeva

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim-hematoloqu Nərmin Verdiyeva nazirliyin saytına müsahibə verib.

Bakıvaxtı.az müsahibəni təqdim edir.

- Nərmin xanım, öncə talassemiya xəstəliyi haqqında məlumat verərdiniz...

- Talassemiya xəstəliyi xroniki anemiya ilə müşayiət olunan irsi qan xəstəliyidir. Bu xəstəlik zamanı orqanizmdə qırmızı qan hüceyrələrinin əsas tərkib hissəsi olan hemoglobinin normal sintezi pozulur. Bu da qırmızı qan hüceyrələrində yaşama müddətini azalaraq, vaxtından öncə parçalanmasına səbəb olur.

Aralıq Dənizi sahilləri ölkələrində geniş yayıldığı üçün bu xəstəliyi bəzən Aralıq Dənizi anemiyası da adlandırırlar. Ən çox yayılan növləri kimi Alfa-və Beta-talassemiyanı misal göstərmək olar. Alfa talassemiya zamanı alfa-qlobin zəncirlərinin qismən və ya tamamən sintez olunmaması müşahidə edilir. Beta-qlobin zəncirlərinin sintezindəki kəmiyyət pozğunluğu nəticəsində isə beta-talassemiya xəstəliyi yaranır.

Beta-talassemiya xəstəliyi adətən həyatın ilk ilində aşkarlanır. Bu uşaqlarda tez-tez xəstələnmə, rəngin solğunluğu, dəri və görünən selikli qişalarda sarılıq, qaraciyər və dalaqda böyümə, qanazlığına bağlı inkişafdan geri qalma, iştahasızlıq və s. kimi əlamətlərlə müşahidə olunur. Xəstəliyin yeganə müalicə metodu HLA toxuma uyğun donordan sümük iliyinin transplantasiyasıdır. Tam toxuma uyğun donorun olmadığı hallarda xəstələrə onların həyat keyfiyyətini yaxşılaşdırmaq, orqan və toxumaların normal fəaliyyətini təmin etmək üçün mütəmadi olaraq hemotransfuziya (qanköçürmə) tətbiq edilir.

Bütün növ talassemiyalar talassemiya genini hər iki valideynindən alan şəxslərdə aşkar oluna bilər. Talassemiya genini yalnız bir valideynindən alan şəxslərdə talassemiya əlamətlərinin daşıyıcılığı yarana bilər. Talassemiya əlamətlərinin daşıyıcılığı hər hansı bir kliniki simptomu olmadığı üçün adətən təsadüfi müayinə zamanı aşkarlanır. Daşıyıcı insanlar praktik sağlam hesab olunurlar. Daşıyıcılıq xəstəlik deyil və ya heç bir halda talassemiya xəstəliyinə çevrilmir.

- Talassemiyanın yaranma səbəbi nədir?

- Talassemiya xəstəliyi valideynlərdən övladlarına irsən ötürülür. Hər iki valideyn daşıyıcı olduğu halda talassemiyalı xəstə uşağın doğulma ehtimalı var. Belə ki, iki daşıyıcının nikahından 25% ehtimalla sağlam, 25 % ehtimalla xəstə və 50 % ehtimalla daşıyıcı uşaq doğula bilər. Yalnız bir valideynin daşıyıcı olduğu hallarda xəstə uşağın doğulma ehtimalı yoxdur. Valideynlərdən biri daşıyıcı olduğu halda 50% ehtimalla sağlam, 50 % ehtimalla daşıyıcı uşağın doğulma ehtimalı var.

- Doktor, talassemiyanın profilaktika üsulları hansılardır?

- Talassemiyanın profilaktikası məqsədilə 2015-ci il iyun ayından etibarən bütün nikaha daxil olan cütlüklər talassemiya daşıyıcılığına görə müayinə olunurlar. Hər iki tərəfin də daşıyıcı olduğu hallarda cütlük həkim hematoloq, ginekoloq və genetikin konsultasiyasına yönləndirilməli, gələcəkdə talassemiya xəstəsi övladın doğulmaması üçün diqqət etməsi gərəkən məqamlar ətraflı izah olunmalıdır. Bununla yanaşı, hamiləlikdə prenatal diaqnostikanın vacibliyi vurğulanmalıdır. Yəni, hər iki valideynin talassemiya daşıyıcısı olduğunda hamiləlik zamanı dölün sağlam, daşıyıcı və ya xəstə olduğunu hamiləliyin 14-16-cı həftəliyində aparılan prenatal diaqnostika ilə aşkarlamaq mümkündür.

Həmçinin, kütləvi maarifləndirmə kampaniyalarının mahiyyətini vurğulamaq istərdim. Mütəmadi olaraq bölgələrdə, müxtəlif tibb və təhsil müəssisələrində maarifləndirici seminarlar keçirilir. Cəmiyyətin talasemiya haqqında məlumatlandırılması xəstəliyin yayılmasının qarşısını almaq üçün əsas şərtlərdən biridir. Maarifləndirmə işləri məktəblərdə, universitetlərdə, ictimai yerlərdə aparılmalıdır. Xüsusilə gənc yaşda olan şəxslər arasında maarifləndirmə xəstəliyin gələcəkdə azalmasına səbəb olacaq.

Əlavə olaraq, məcburi qan testlərinin olunması məsləhətdir. Talassemiyanın geniş yayıldığı bəzi ölkələrdə nikah öncəsi qan testləri məcburidir. Bu testlər vasitəsilə daşıyıcılar müəyyən edilərək cütlüklərə lazımı tövsiyələr verilir.

- Nikah öncəsi müayinə önəmlidirmi?

- Nikah öncəsi tibbi müayinə irsi və yoluxucu xəstəliklərin qarşısının alınmasında vacib rol oynayır. Belə müayinələrin məqsədi evlənəcək cütlüklərin sağlamlığını təmin etməklə yanaşı, gələcək nəsillərdə irsi xəstəliklərin yaranmasını azaltmaqdır.

Nikah öncəsi müayinələr nəticəsində daşıyıcılar müəyyən edilir, müvafiq məsləhət verilir və xəstə uşaqların doğulması əhəmiyyətli dərəcədə azala bilər. Cütlüklər müayinədən keçərək, sağlam ailə planlaması edə bilirlər. Evlilikdən əvvəl xəstəlik riskini bilməklə daha düzgün qərarlar qəbul edirlər.

- Azərbaycanda hemofiliyalı xəstələrin problemləri necə həll olunur?

- Talassemiya və digər iris qan xəstəlikləri sahəsində görülən işlər əvəzolunmazdır. Talassemiyalı pasiyentlərə göstərilən bütün tibbi xidmətlər müasir standartlara cavab verir.
Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin əsas məqsədlərindən biri proqram çərçivəsində talassemiyalı pasiyentlərin həyat keyfiyyətini yaxşılaşdıraraq, onların daha uzun yaşamalarını təmin etməkdir.

Talassemiyanın qarşısı alınması üçün əsas şərt - cəmiyyətin düzgün məlumatlandırılması və nikah öncəsi müayinələrin könüllü şəkildə aparılmasıdır. Bu müayinələrin köməyi ilə həm fərdi, həm də ictimai sağlamlıq qorunur və irsi xəstəliklərin yayılması əhəmiyyətli dərəcədə azalır. Beləliklə, sağlam ailə quruluşu və nəsillərin genetik xəstəliklərdən azad olması təmin edilir. Dövlətin və cəmiyyətin birgə səyləri ilə talassemiyaya yoluxma hallarının azaldılmasında mühüm nəticələr əldə oluna bilər. Bu, gələcək nəsillərin daha sağlam bir cəmiyyətdə yaşamasını təmin edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:299
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 18 Aprel 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri