Taleh Kazımov: Yeni qlobal reallıqlar fonunda Azərbaycan iqtisadiyyatında artım davam edib
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yeni qlobal reallıqlar fonunda 2025-ci ilin ilk 10 ayında ölkə iqtisadiyyatında artım davam edib.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov 2026-cı ilin büdcə zərfinin müzakirəsində deyib.
AMB sədri bildirib ki, ticarət tərəfdaşlarımızda inflyasiya göstəriciləri azalıb: “Ötən ilin sonunda 11% olduğu halda, cari ilin sentyabrında bu göstərici 8,2% təşkil edib. ABŞ dolları indeksində də 10 ayda 8%-lik zəifləmə müşahidə olunub”.
Taleh Kazımov qeyd edib ki, yeni qlobal reallıqlar fonunda 2025-ci ilin ilk 10 ayında ölkə iqtisadiyyatında artım davam edib: “Bu artımın əsas mənbəyi qeyri-neft sektoru olub. Yanvar-oktyabr aylarında ÜDM real ifadədə 1,3%, qeyri-neft sektorunda isə 3,1% artım qeydə alınıb. Artım əsasən informasiya və rabitə, turizm və tikinti sahələrində müşahidə olunub. Mərkəzi Bankın proqnozlarına görə, 2025-ci ilin sonuna ÜDM-in 2,2%, 2026-cı ilin sonuna isə 2,0% artması gözlənilir. Qeyri-neft ÜDM-nin bu ilin sonunda 3,7%, 2026-cı ildə isə 4,4% təşkil edəcəyi proqnozlaşdırılır. 2025-ci ilin 10 ayında xarici ticarət balansı 2,4 milyard ABŞ dolları müsbət saldo ilə formalaşmış, cari əməliyyatlar balansının 6 aylıq profisiti 2,3 milyard dollar (ÜDM-in 6,3%-i) təşkil edib. Mərkəzi Bankın oktyabr proqnozlarına əsasən, ilin sonunda cari əməliyyatlar balansının profisiti 3,7 milyard dollar olacaq. Bütün bu amillər makroiqtisadi sabitliyin dayanıqlığını artırıb, strateji valyuta ehtiyatlarımızın genişlənməsinə şərait yaradıb. Belə ki, ilin ilk 10 ayında ehtiyatlarımız 16,2% artaraq 82,5 milyard ABŞ dollarına çatıb. Bu, Azərbaycanın iqtisadi gücünün və maliyyə dayanıqlığının bariz göstəricisidir”.
Baxış sayı:75
Bu xəbər 19 Noyabr 2025 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















