Icma.az
close
up
RU
Taleh Qaraşov su basmış ərazilərlə bağlı tapşırıqlar verdi FOTOLAR

Taleh Qaraşov su basmış ərazilərlə bağlı tapşırıqlar verdi FOTOLAR

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fevralın 5-i axşam saatlarından davam edən yağışlı hava şəraiti fevralın 6-da da davam edib. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Lənkəran-Astara zonasında intensiv leysan yağışlar yağıb və yağıntının miqdarı Lənkəranda 133 mm-dək olub.

"Unikal" xəbər verir ki, kəskin hava şəraiti ilə bağlı Lənkəran rayonu ərazisindəki bir sıra çaylardan sel keçib, bir sıra fərdi yaşayış evlərini və təsərrüfat sahələrini sel basıb.

İntensiv yağan leysan yağışları nəticəsində suötürücü kollektor və kanalların həcmi və ötürücülük qabiliyyəti texniki baxımdan sel sularının ötürülməsinə imkan vermədiyi üçün rayonun bəzi ərazilərində qısa müddətli subasma halları müşahidə edilib. 

Qeyd edək ki, hava şəraitinin kəskinləşməsi ilə bağlı Lənkəran rayon Fövqəladə Hallar Komissiyası gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Rayonun subasma halları müşahidə olunan ərazilərində aidiyyəti qurumlarla birgə işlər aparılır, Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin ağır texnikaları ərazilərə cəlb edilib, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin işçi qüvvəsi səfərbər olub, mərkəzin xilasediciləri tərəfindən bir neçə ailənin üzvü  təxliyyə edilib.

Bununla belə, subasma halları müşahidə olunan ərazilərdə gündəlik tələbat mallarının tədarükü tam şəkildə təmin edilib, rayon ərazisində qazın, işığın və elektrik enerjisinin verilişində heç bir problem yaranmayıb. 

Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov da subasma halları müşahidə olunan ərazilərə baş çəkib, işlərin gedişatı ilə maraqlanıb, aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, hazırda rayonun bütün aidiyyəti idarələri koordinasiyalı şəkildə bu istiqamətdə fəaliyyətini davam etdirir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://unikal.az
archiveBu xəbər 06 Fevral 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri