Taleh Yüzbəyova nə olub? Özü açıqladı
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bir neçə gün əvvəl yaddaş problemindən əziyyət çəkdiyini deyən aktyor Taleh Yüzbəyovun vəziyyəti sevənlərini narahat edib.
Ölkə.Az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri yaxın tarixdə baş verən bəzi hadisələri xatırlamadığını deyən aktyora həkimə getməyi məsləhət görüb.
Taleh Yüzbəyov Ölkə.Az-a açıqlamasında səhhəti ilə bağlı suala gülərək reaksiya verib:
"Dostlarım arasında belə bir paylaşım etmişdim. Sadəcə olaraq onlardan məsləhət almaq istəyirdim. Yəni vəziyyət o qədər də kritik deyil. Çox güman ki, yorğunluqdan olub. İndi film çəkilişlərinə hazırlaşıram, bir az onun yorğunluğu var".
Aktyor həkimə gedib-getməməsi ilə bağlı suala isə belə reaksiya verib:
"Hələ həkimə müraciət etməmişəm. Film çəkilsin, sonra. Vaxt yoxdur", - deyə o gülərək bildirib.
Qeyd edək ki, T.Yüzbəyov daha əvvəl getdiyi iş görüşlərini, müsahibə verməsini, keçmiş iş yoldaşlarından birini xatırlamadığını deyib. Aktyor bildirib ki, bu barədə başına gələnləri ona başqaları danışsa da, heç cür yadına sala bilmir:
"Amma deməzdim hər şey silinir. Çox köhnə və balaca detallar var ki, yadımdadır. Belə baxıram, gündəlik yazmalı olacağam. Bu cür hallarda nə qəbul etmək lazımdır? Hansı həkimin yanına getməliyəm?"
Billurə Yunus
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 03 Fevral 2025 14:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















