Icma.az
close
up
RU
“Taliban” hakimiyyətinin beşinci ili: Tarix təkrarlanır?

“Taliban” hakimiyyətinin beşinci ili: Tarix təkrarlanır?

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

““Taliban” hakimiyyətə gəlişinin 5 ilini qeyd edib. Məhz ABŞ qüvvələri “Əl-Qaida” terror təşkilatıyla mübarizə adı altında Əfqanıstana müdaxilə edəndə qısa zamanda “Taliban” hərəkatı üzərində qələbə qazandı”.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu öz “Facebook” səhifəsində yazıb.

O bildirib ki, ABŞ hərbçilərinin “Taliban”a qarşı müxalif mövqedə olan Şimal Kolaisiyasıyla birgə başlatdığı əməliyyat paytaxt Kabilin ələ keçirilməsiylə tamamlandı:

“ABŞ hərbçiləri sonrakı müddətdə Əfqanıstanın digər şəhərlərini də “Taliban” hərəkatından təmizlədilər. O zaman düşünülürdü ki, “Taliban” hərəkatı özünə gələ bəlməyəcək. Ancaq belə olmadı. “Taliban” hərəkatı partizan müharibəsinə keçdi.

ABŞ Prezidentlərindən əvvəlcə Barak Obama, ondan sonra isə Co Bayden amerikalı hərbçilərin Əfqanıstanda saylarını azaltmağa qərar verdilər. Nəhayət 2021-ci ilin avqust ayında ABŞ hərbçilərinin Əfqanıstanı tərk etməsiylə “Taliban” yenidən paytaxt Kabili ələ keçirdi.

“Taliban” hakimiyyətə gəldikdən sonra müxtəlif dövlətlərlə əməkdaşlığa başlamaq istədi. Ancaq bir çox ölkədə “Taliban” terrorçu qruplaşma kimi dəyərləndirildiyinə görə, Kabildəki rejimlə diplomatik əlaqələri bərpa etmək istəyən dövlətlərin sayı çox olmadı”.

Onun sözlərinə görə, birincilər sırasında Çin oldu:

“Pekin “Taliban”la əməkdaşlığa başladı, diplomatik əlaqələr qurdu. Çinin “Taliban”la əməkdaşlığının iki məqsədi vardı. Birincisi, Çin Əfqanıstanın zəngin yeraltı resurslarından istifadə etmək istəyirdi. 

İkincisi, Pekin Əfqanıstan ərazisində silahlı uyğurların varlığını Çin üçün təhlükə kimi qiymətləndirirdi. Pekin “Taliban”la əməkdaşlığın və Əfqanıstana yatırımların qarşılığında silahlı uyğurların Çin sərhəddindən uzaq tutulmasını tələb edirdi.

“Taliban” Pekinin bu şərtini qəbul edərək silahlı uyğurların Çinə təhlükə yaratmasının qarşısını aldı. Ancaq Əfqanıstan dağlıq və müxtəlif milli qrupların yaşadığı ölkədir. “Taliban” böyük şəhərlərə hakim olsa da, Əfqanıstanın tamamına nəzarət etmək imkanına malik deyil.

“Taliban”la Pakistan hakimiyyəti arasındakı gərgin münasibətlər məhz bu amillə qaynaqlanır. Vaxtilə “Taliban”ın yaranmasında və güclənməsində Pakistanın əhəmiyyətli rolu olub. Ancaq “Taliban” gücləndikdən və Əfqanıstanda əsas gücə çevrildikdən sonra Pakistanla münasibətlər gərginləşdi. 

Çünki Əfqanıstan ərazisində Pakistana hücum edən silahlı qruplar mövcuddur. “Taliban” həmin qruplara nəzarət edə bilmir. Həmin qruplar Pakistan ərazisinə silahlı hücumlar təşkil etdikdə, Pakistanın ordu komandanlığı Əfqanıstana zərbələr endirirlər. Buna cavab olaraq da “Taliban” hərəkatı Pakistan ərazisinə zərbələr endirirlər. Nəticədə, hər iki tərəfdən mülki insanlar arasında itkilərin sayı artır”.

O qeyd edib ki, bu arada, “Taliban” ABŞ-la diplomatik əlaqələr qurmaq və ABŞ-nin Kabildə səfirliyinin bərpasını istəyir:

“Vaşinqton buna hazır deyil. “Taliban” ABŞ Prezidenti Donald Trampın nadir torpaq elementlərinə marağını nəzərə alaraq, Əfqanıstan ərazisində birgə istehsal qurmağı təklif edib.

Ancaq Tramp başqa ölkələrdə gəlir əldə etməyə çalışsa da, bunu “Taliban”la etməyə hazır deyil. Vaxtilə Türkiyə də Əfqanlstana yatırım qoymağa, hətta Kabilin hava limanını bərpa etməyə hazır olduğunu bildirmişdi. Ancaq bu baş tutmadı.

Çünki “Taliban”ın Əfqanıstanda tətbiq etdiyi qadağalar bir çox ölkəni bu qruplaşma ilə əməkdaşlıqdan çəkindirir. Misal üçün “Taliban”ın qadağaları səbəbindən Əfqanıstanda milyonlarla gənc qız orta və ail təhsil almaqdan məhrum olub”.

Əhməd
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Avqust 2026 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri