Taliban Pakistandakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Taliban hərəkatı Pakistanın paytaxtı İslamabad şəhərindəki məhkəmə binasının qarşısında törədilən və ən azı 12 nəfərin ölümünə səbəb olan terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
Moderator.az-ın məlumatına görə, bu barədə AFP yazıb.
Hərəkatın nümayəndələri bildiriblər ki, onların hədəfləri "qeyri-İslam qanunlarına" uyğun qərarlar qəbul edən hakimlər, vəkillər və vəzifəli şəxslər olub. Terrorçular, həmçinin Pakistanda İslam qanunları tətbiq olunana qədər hücumlara davam edəcəklərini bildiriblər.
Pakistanın müdafiə naziri Xavaca Asif də öz növbəsində bildirib ki, Kabil bu zorakılıq aktına görə cavab verəcək.
Xatırladaq ki, bu gün günortadan sonra İslamabadda məhkəmə binasının yaxınlığında törədilən terror hücumu nəticəsində ən azı 12 nəfər həlak olub, 27 nəfər yaralanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 11 Noyabr 2025 21:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















