Icma.az
close
up
RU
Taliban qadınları bu cür nəzarətdə saxlayır: 90 min ədəd... FOTO

Taliban qadınları bu cür nəzarətdə saxlayır: 90 min ədəd... FOTO

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Talibanın Əfqan xalqını izləmək üçün qurduğu 90 min kameradan ibarət geniş müşahidə sistemi dünyada müzakirə mövzusuna çevrilib. Bu sistem vasitəsilə nəqliyyat vasitələrinin nömrələrindən tutmuş insanların üz ifadələrinə qədər hər şey nəzarətdə saxlanılır.

Talibanın polis rəsmisi BBC-yə açıqlamasında “Buradan Kabil şəhərini bütövlükdə izləyirik”- deyə, bildirib.

Son 3 ildə Taliban xüsusilə qadınların hüquq və azadlıqlarını məhdudlaşdıran sərt qaydalar tətbiq etdiyi üçün insan haqları təşkilatları bu müşahidə sistemindən narahatdır. Taliban rəsmiləri isə kameraların görüntülərinə yalnız polis orqanlarının çıxışının olduğunu və onların “əxlaq polisi” tərəfindən təftiş edilmədiyini iddia edirlər.

BBC-nin reportajında qeyd olunur ki, Taliban qüvvələri 90 min kameradan ibarət geniş nəzarət sistemi yaradıb. Bu kameralar vasitəsilə milyonlarla insanın gündəlik həyatı yaxından izlənilir. Xüsusi nəzarət otaqlarında Talibanın polis qüvvələri böyük ekranlar qarşısında Kabilin müxtəlif nöqtələrində baş verənləri canlı izləyirlər.

Talibanın polis sözçüsü Xalid Zədran BBC-yə müsahibəsində nəhəng monitorları göstərib. Taliban bu sistemin cinayətkarlıqla mübarizədə effektiv vasitə olduğunu iddia etsə də, tənqidçilər bunun əks düşərgələri susdurmaq və Talibanın sərt şəriət qanunlarına uyğun davranışları məcbur etmək üçün istifadə ediləcəyindən ehtiyatlanırlar.

ABŞ-ın 2021-ci ildə Əfqanıstandan geri çəkilməsindən sonra Taliban əvvəlcə Kabil, daha sonra isə bütün ölkə üzərində nəzarəti ələ keçirdi. Bundan öncə paytaxtda cəmi 850 təhlükəsizlik kamerası olduğu halda, indi bu göstərici on minlərlə dəfə artıb. Taliban bunu “qanunun və nizamın qorunmasına verdikləri önəmin göstəricisi” kimi təqdim edir.

Kabil şəhərində tətbiq olunan nəzarət sistemi üz tanıma texnologiyasına da malikdir. Ekranlardan birində insanların yaş aralığı, cinsi və hətta saqqal və ya maska taxıb-taxmadığı kimi detallar qeyd edilir. Lakin insan hüquqları təşkilatları bu sistemin necə və kimlər üzərində istifadə olunacağından narahatdır. Beynəlxalq Əfv Təşkilatı bu sistemin xüsusilə qadınların ictimai məkanlarda iştirakını məhdudlaşdırmaq üçün bir vasitəyə çevrilə biləcəyini qeyd edir.

Taliban rəsmiləri isə iddia edirlər ki, sistemə yalnız polis çıxış edə bilir və əxlaq polisi bu görüntüləri nəzərdən keçirmir. Buna baxmayaraq, beynəlxalq insan haqları təşkilatları və müstəqil müşahidəçilər bu bəyanatlara şübhə ilə yanaşırlar./yenisabah.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 28 Fevral 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri