Taliban Rusiyanın razılığı ilə Belarusdan silah və dronlar alır
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Əfqanıstandakı hakim Taliban hərəkatı Rusiyanın razılığı ilə Belarusdan silah və dronlar alır və Hindistan bu əməliyyatlarda vasitəçi kimi çıxış edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Afghanistan International” beş keçmiş yüksək vəzifəli Əfqanıstan rəsmisinə istinadla məlumat yayıb.
Onların sözlərinə görə, Minsklə Taliban arasında təmaslar hərəkatın müdafiə naziri Məhəmməd Yaqubun mayın sonu və iyunun əvvəlində Moskvaya səfərindən sonra intensivləşib. Səfər zamanı hərbi-texniki əməkdaşlıq haqqında müqavilə imzalanıb. Rusiya tərəfi iddia edib ki, sənəd Əfqanıstanda qalan sovet hərbi texnikasının təmirini nəzərdə tutur.
Telekanalın Talibana yaxın olan həmsöhbəti Belarusla razılaşmaların mövcudluğunu təsdiqləyib və Rusiyanın iştirakı ilə əməkdaşlığın baş verdiyini bildirib. Mənbələrə görə, Taliban Pakistanla münasibətlərin gərginləşməsi səbəbindən silah və dronlarla maraqlanır və adı çəkilən ölkə ilə münaqişədə olan Hindistan da bu razılaşmalara sponsorluq edir.
Digər tərəfdən, telekanalın məlumatına görə, Rusiya özünü açıq şəkildə Pakistanın müttəfiqi kimi təqdim edir və Talibanla əlaqəli qrupların ona qarşı hücumlarını pisləyir, terrorizmə qarşı birgə mübarizəyə çağırır.
Bu mövzuda digər xəbərlər:Rusiyanın Ukraynaya Belarusdan yeni hücum riski..?
23 İyun 2025 19:26
Belarusdan Polşaya xəbərdarlıq
19 Dekabr 2024 23:53
Belarusdan Rusiya ilə bağlı Xəbərdarlıq
02 İyul 2026 20:19
İran Belarusdan kömək istəyir
23 Avqust 2025 17:06
Kiyev Belarusdan vurulub? Ekspert
25 Aprel 2025 08:32
Baxış sayı:146
Bu xəbər 05 Oktyabr 2026 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















