Icma.az
close
up
RU
Talıbovlar universiteti necə ələ keçirib?

Talıbovlar universiteti necə ələ keçirib?

Icma.az, Pravda.az portalına istinadən məlumat verir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun və onun yaxın ətrafının yeni əməlləri üzə çıxır. Qeyd edək ki, Talıbov istefaya göndərildikdən keçən 3 il müddətində mediada onun ailə üzvlərinin Muxtar Respublikadakı bütün gəlirli sahələri ələ keçirdiyi, yüz milyonlarla manat dövlət vəsaitini taladığına dair iddialar səslənib. Talıbovlar bu iddiaları təkzib etməyib.

"Naxçıvan" Universitetinin təsisçisi və keçmiş rektoru İsmayıl Əliyev də Talıbovların onun yaratdığı təhsil müəssisəsini zorla ələ keçirdiyini açıqlayıb. 

Onun sözlərinə görə, hədə-qorxulardan sonra məcbur qalıb universitetdəki 100 faiz təsis payını V.Talıbovun kiçik oğlu Seymur Talıbova 301 min manata satması barədə müqaviləyə imza atıb: "2013-cü ilin fevralı idi, məni Ali Məclisin binasına çağırdılar. Bir sənəd verdilər ki, imzalamalısan. Heç bir notarius-filan da yox idi. Notarius sonradan qanunsuz şəkildə onu təsdiqləyib. Guya universiteti 301 min manata satmışam. Reallıqda isə 1 qəpik də pul verilməyib".

İ.Əliyev "Naxçıvan" Universitetini 1999-cu ildə yaradıb. Həmin ilin 2 iyulunda universitet Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.

İ.Əliyev deyir ki, bu universitetədək Naxçıvan Dövlət Universitetində dərs deyib və elmi fəaliyyətlə məşğul olub. Hazırda da bu fəaliyyətini davam etdirir.

Vaxtilə V.Talıbovun da müəllimi olduğunu xatırladan İ.Əliyevin sözlərinə görə, keçmiş tələbəsi əmlakını zorla əlindən alsa da, qorxduğu üçün heç yerə şikayət edə bilməyib: "Universiteti alanda mənə deyildi ki, onun yerləşdiyi 1.5 hektardan artıq torpağın dəyəri qiymətləndirilib, pulu veriləcək. Çünki mülkiyyət hüququ mənə məxsusdur. Onu da vermədilər".

İ.Əliyev deyir ki, universitet S.Talıbovun mülkiyyətinə keçsə də, onu rektor kimi saxlamağa razılıq veriblər. O, 2019-cu ilədək rektor vəzifəsində qala bilib.

2019-cu il dekabrın 5-də V.Talıbovun sərəncamı ilə Nurlana Əliyeva "Naxçıvan" Universitetinə rektor təyin edilib. 1977-ci il təvəllüdlü N.Əliyeva 2001-ci ildən bu universitetdə müəllim çalışıb.

2022-ci il dekabrın 21-də V.Talıbov Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsindən azad ediləndən bir həftə sonra "Naxçıvan" Universitetinin təsis payları Talıbovlardan da alınıb. 29 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, universitetin təsisçilik hüquqları S.Talıbovdan Hüseyn Məmmədov adlı şəxsə keçib. Təsisçi dəyişəndən sonra rektor da vəzifəsindən azad edilib. 2023-cü ilin fevralında Anar Kazımov "Naxçıvan" Universitetinin yeni rektoru təyin edilib.

Keçmiş rektor məhkəmədə həm S.Talıbova, həm də sonradan təsis paylarını almış H.Məmmədova qarşı iddia qaldırıb. O, hər iki alqı-satqı müqaviləsinin qanunsuz sayılaraq ləğv olunmasını istəsə də, məhkəmə onun iddiasını təmin etməyib.

Cavabdeh tərəflər də müqavilələrin qanunsuzluğu haqda iddialarla razılaşmayaraq deyiblər ki, o, universiteti zorla əldən verdiyini təsdiqləyən sübut ortaya qoymayıb, üstəlik, özü də 2019-cu ilədək rektor vəzifəsində qalıb. Həm də belə məsələləri mübahisələndirməkdən ötrü qanunla məhkəməyə üz tutmaq üçün 3 illik müddət var, İ.Əliyevsə 10 il sonra iddia qaldırıb.

"Naxçıvan" Universiteti 2024-cü ildə rəsmi şəkildə ləğv edilib. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən mediaya verilən məlumatda bildirilib ki, ləğv edilmə ilə bağlı müraciət 2024-cü ilin fevralında təsdiqlənib: "Tələbələrin böyük hissəsi Naxçıvan Dövlət Universitetinə, Naxçıvan Dövlət Universitetindəki ixtisaslar ilə ixtisası uyğunlaşmayan tələbələr isə aidiyyəti yerlərə köçürülüb".

Azpolitika.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://pravda.az
archiveBu xəbər 02 Fevral 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see155

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see137

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see122

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see119

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see119

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see118

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

07 İyun 2025 20:10see116

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see116

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see116

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see116

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see116

Maskın təklifi

08 İyun 2025 04:23see115

Rusiya ordusu Sumı şəhərinə yaxınlaşır

07 İyun 2025 17:23see115

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see115

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see115

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see114

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see114

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see114

Bakıda marketdən pul oğurlandı

07 İyun 2025 17:58see114

Ozempic qeyri adi bir yan təsirə malikdir..?

07 İyun 2025 23:46see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri