Icma.az
close
up
RU
Tanınmış aktrisanın oğlu küçələrdən butulka yığır: Əsirlikdə qoluma xaç damğası vurdular

Tanınmış aktrisanın oğlu küçələrdən butulka yığır: Əsirlikdə qoluma xaç damğası vurdular

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tanınmış mərhum aktrisa Münəvvər Kələntərlinin oğlu Əli Məhəmmədovun acınacaqlı həyat şəraiti ilə bağlı görüntülər yayılıb.
Milli.Az xəbər verir ki, Ə. Məhəmmədov hazırda küçə şəraitində yaşadığını və dolanmaq üçün şüşə qab yığıb təhvil verdiyini bildirib.

Aktrisanın oğlu Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Onun sözlərinə görə, döyüşlər zamanı ermənilərə əsir düşüb və əsirlikdə olarkən qoluna xaç damğası vurulub.

İddia edir ki, rejissor Ceyhun Mirzəyevin məşhur "Fəryad" filmindəki əsir obrazı məhz onun həyat hekayəsinə əsaslanaraq yaradılıb. Ə. Məhəmmədovun sözlərinə görə, dörd erməni ilə dəyişdirilərək əsirlikdən azad olunub.

Hazırda imkansız vəziyyətdə yaşadığını bildirən Ə. Məhəmmədov ictimaiyyətə müraciət edərək kömək istəyib.

Qeyd edək ki, Ə. Əhmədov moderator.az- a açıqlamasında bildirmişdi ki, anasının ikinci evliliyindən doğulub:" Anam da, bacım da 51 yaşında rəhmətə gedib. 60 yaşın içindəyəm. İki oğul, iki qızım var. Bir oğlum Rusiyada yaşayır, generaldır. O biri oğlum evlənəndən sonra Balaxanıya köçdü, kiçik qızım ailəsi ilə kirayədə yaşayır, mən isə böyük qızım və yoldaşımla Keşlədə qəzalı evdə qalıram. Dolana bilmirəm, məcburam ki, küçələrdən butulka yığıb satım. Yaxud da kiməsə kömək etməliyəm ki, mənə əvəzində bir çörək pulu versin".

Onun sözlərinə görə atası sistem işçisi olub: " Atam bir neçə filmdə, o cümlədən "Qara volqa"-da çəkilib. Mənim 2 yaşım olanda anam məni uşaq evinə qoyub. Ana qayğısı görməmişəm. "Pəncərədə işıq" filmini o vaxt uşaq evində çəkirdilər. Həmin filmdə bir neçə epizodda mən də düşmüşəm. Anam yadıma gəlmir. Deyilənə görə məni 1-ci həyat yoldaşının etirazına görə uşaq evinə atıb. Ayrılmışdı ondan, amma gəlib-gedirdi. Anam bacım Validəni saxlayıb. Anamı şəkildə görmüşəm. Uşaq evində deyirdilər ki, sənin o boyda anan var idi, niyə gəlib-getmirdi? Bütün sualların qarşısında susurdum. Vaxtilə anam mənə baxsaydı bu günlərə düşməzdim. Bir bacım oğlu var, o da hərdən gedib-gəlir. Bəzən mənə köməklik edir" deyə sənətkarın övladı olduğunu deyən şəxs bildirib. /Musavat.com

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 21 May 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see181

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri