Icma.az
close
up
RU
Tanınmış aktyor nazirə müraciət etdi: “Mədəniyyətə sizin qurumda çalışan adamlardan daha çox xidmət edirəm”

Tanınmış aktyor nazirə müraciət etdi: “Mədəniyyətə sizin qurumda çalışan adamlardan daha çox xidmət edirəm”

Pravda.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Tanınmış ktyor Hikmət Rəhimov mədəniyyət naziri Adil Kərimliyə müraciət ünvanlayıb.

Pravda.az aktyorun müraciətini təqdim edir:

“Əziz və dəyərli Adil müəllim, yadınızdadırsa, sizinlə görüşdə demişdim ki, nə qədər burada varsınız, sizin rəhbərlik etdiyiniz qurumla bağlı fikir bildirmək istəmirəm. Amma təyin etdiyiniz bəzi adamlar nəinki işini görə bilmir, hətta şəxsi ədavət aparırlar. Yəqin ki, bu yazı ilə bağlı sizə məlumat çatacaq və istəməzdim ki, buna görə məndən inciyəsiniz.

Keçək mətləbə. Sizin kino şöbəsində çalışan bir əməkdaşınız - Günay Rəhimova barəsində tədbir görsəniz, məncə, yaxşı olar. Səbəbini aşağıda qeyd edəcəyəm. Bu adam kimdir? Onun kinoya nə aidiyyəti var axı? 125 illik tarixi olan Azərbaycan kinosunda niyə belə bir adam söz sahibi olmalıdır?

Mən sizin quruma indiyə qədər heç bir məsələ ilə bağlı müraciət etməmişəm. Nə pul istəmişəm, nə fəxri ad, ümumiyyətlə, heç kim deyə bilməz ki, Hikmət gəlib bizdən nəsə istəyib.

Mən təkbaşına Allahın ətəyindən yapışıb bu yolu gedirəm. Şəxsən, bu ölkənin mədəniyyətinə sizin qurumda çalışan adamlardan daha çox xidmət edirəm və bunu sübut etməyə hazıram.

Azərbaycan Respublikasının mədəniyyətinə heç bir aidiyyəti olmayan Günay mənimlə hansısa ədavəti aparır, bilmirəm. Amma onu deyim ki, bu, onun gücü çatan iş deyil. Sadəcə vəzifə kürsüsü görüb, bir az çaşıb.

Martın 10-da Heydər Əliyev Mərkəzində baş tutan kino ilə bağlı tədbirə dəvət olunmuşam, amma bu adam deyib ki, “Hikmət orada olmamalıdır, çünki mənim onunla ədavətim var”. Bu məsələni də sübut etməyə hazıram.

Onu da qeyd edim ki, ümumiyyətlə, belə tədbirlərə gedən adam deyiləm. Mənim fikrimcə, belə yerlərə gedib boş-boş danışıqlara qulaq asmaq vaxt itkisidir.

Sadəcə, əməkdaşınıza deyin ki, onlardan əvvəlkilər əlli-ayaqlı getdilər, bunlardan sonrakıları isə tarix bir “fuflo” kimi vərəqləyəcək. Çünki o binada Azərbaycan kinosu heç kimə maraqlı deyil.

O xanımdır, bir zəhmət ona deyin ki, öz tayını tapsın və ədavətini onlarla aparsın.

Əziz Adil müəllim, həqiqətən, insan kimi mənim üçün çox dəyərlisiniz və mənə etdiyiniz köməkliyi unutsam, nadan olaram. Amma sizdən xahiş və tələb edirəm ki, bu insanlar sizi pis vəziyyətdə qoymamış, onları yola salın.

Bu adamların Azərbaycan kinosu ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://pravda.az
archiveBu xəbər 14 Mart 2025 07:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaponiyada güclü zəlzələ baş verib

19 İyun 2025 06:21see136

Osmanlı dövründə baş verən ürpədici Vampir hadisəsi FOTOLAR

19 İyun 2025 01:37see133

Rusiya XİN ABŞ yə xəbərdarlıq edir

19 İyun 2025 15:23see128

Putin Ərdoğana təşəkkür edib

19 İyun 2025 02:51see127

Yenidən B seriyasında işləyəcək

19 İyun 2025 05:48see127

Mariya Zaxarova Rusiya Ermənistan münasibətlərinə dair sualı cavablandırdı

19 İyun 2025 18:50see124

Yeni komissiya yaradıldı SƏRƏNCAM KONKRET

19 İyun 2025 09:48see122

Arxeoloqlar dinozavr dövrünə aid “qoblin” qalıqlarını tapıblar...

19 İyun 2025 22:15see121

Müharibəyə görə 12 mindən çox iranlı zəvvar geri dönə bilmir

20 İyun 2025 01:59see120

3 qüvvə hərəkətə keçir: İranda bu dövləti qurmaq istəyirlər DETALLAR

19 İyun 2025 10:46see117

Fernando Muslera Argentina klubu ilə anlaşdı

20 İyun 2025 12:37see116

İpək mövsümü davam edir

19 İyun 2025 01:53see115

İranın yeraltı zavodları var, onlara heç nə olmayıb

19 İyun 2025 07:04see115

Damla tanınmış müğənninin əri ilə sevgili olub; Afaq SİRLƏRİ AÇDI (VİDEO)

20 İyun 2025 05:15see115

DİN in mətbuat xidmətinin məlumatı

19 İyun 2025 11:42see114

Abşeronda qadını vəhşicəsinə döyüb, qarət etdilər

19 İyun 2025 11:02see113

Avtomobilin mühərrikinin xarab olduğunu göstərən beş əlamət

19 İyun 2025 04:48see112

İTKİN DÜŞMÜŞ DAHA BİR ŞƏHİDİN ŞƏXSİYYƏTİ MÜƏYYƏNLƏŞDİ FOTO

19 İyun 2025 10:06see111

Azərbaycan təbabətinin dünya şöhrətli cərrahı

19 İyun 2025 01:57see111

Avrasiyada çağdaş sabitliyin 3 dayağı

19 İyun 2025 01:38see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri