Icma.az
close
up
RU
Mədəniyyətə münasibətimiz: necə dəyişə bilərik?

Mədəniyyətə münasibətimiz: necə dəyişə bilərik?

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Günel MUSA

İncəsənət təkcə gözəllik yaratmaq üçün deyil, eyni zamanda cəmiyyətin, insanın və zamanın güzgüsüdür. Sənət əsərləri çox zaman açıq şəkildə deyə bilmədiklərimizi söyləyir, gizlində qalanları üzə çıxarır. Əsrlər boyu sənətkarlar öz əsərlərində dövrün ictimai və siyasi problemlərinə münasibət bildiriblər. Qədimdən bu günə qədər istər Şekspirin əsərlərindəki siyasi intriqalar, istər Pikassonun "Guernica"sında müharibənin dəhşəti, istərsə də Azərbaycanın çağdaş rəssamlarının əsərlərində, ədəbiyyat nümunələrində, musiqilərdə sosial ədalətsizliklərə etirazlar sənət dili ilə çatırılıb. Məsələn, rəssam Səttar Bəhlulzadənin əsərlərində təbiət gözəlliyi ilə bərabər, insan ruhunun azadlığı da hiss olunur. O, realizmin sərhədlərindən çıxaraq duyğuları rənglərlə çatdırmağa çalışırdı. Səttar Bəhlulzadənin əsərlərindəki təbiət mənzərələri təkcə mənzərə deyil, o, həm də insanın təbiətlə harmoniyası, kökə bağlılığı və daxili dünyasının təzahürüdür. Başqa bir dünyaşöhrətli sənətkar Dieqo Riveranın divar rəsmləri isə Meksikanın ictimai və siyasi tarixini əks etdirən dərin mənalar daşıyır. Bu əsərlər Meksikanın inqilabi ruhunu əks etdirir, eyni zamanda sosial bərabərsizliyin tənqidlərini ehtiva edir. Müasir dövrdə sənətçilər sosial mövzulara daha açıq yanaşırlar. Eyni zamanda küçə sənəti də sosial və siyasi mesajların ifadəsinə çevrilib. Dünyada məşhur olan "Banksy" adlı anonim küçə sənətçisinin əsərləri müharibə, istehlakçılıq və zorakılıq kimi mövzuları ironik və sərt şəkildə gündəmə gətirir. Azərbaycanda da son illərdə bəzi gənc rəssamlar şəhər divarlarında mesajlarını rəmzlərlə çatdırmağa başlayıblar. Bu nümunələrdən yola çıxaraq deyə bilərik ki, sənət əsərləri təkcə estetik obyektlər deyil, onlar həm də sosial mesaj daşımaq funksiyasına malikdir.

Tarixin səhifələrini bir az diqqətlə vərəqlədikdə görərik ki, sosial dəyişikliklər çox zaman səssiz başlayır. Məsələn, bir şeir, bir tablo və yaxud bir mahnı ilə. İncəsənət hər zaman dəyişikliyin görünməyən, amma çox güclü bir vasitəsi olub. Ədəbiyyat, musiqi, rəssamlıq və teatr kimi incəsənət sahələri sadəcə əyləncə vasitəsi deyil, onlar bütün zamanlarda ictimai şüurun formalaşmasında mühüm rol oynayıb.

XIX əsr rus yazıçısı Dostoyevskinin əsərləri sosial mesajlarla doludur. O, yoxsulluq, ədalətsizlik, mənəvi çöküş kimi problemləri gündəmə gətirərək cəmiyyətdə müzakirələrə səbəb olmuşdu. Eyni şəkildə, Azərbaycan ədəbiyyatında Cəlil Məmmədquluzadənin "Molla Nəsrəddin" jurnalındakı satirik məqalələr, karikaturalar və hekayələr xalqı oyatmaq, geriliyə qarşı çıxmaq üçün dəyərli vasitələr idi. Bu əsərlər sadəcə gülüş doğurmur, düşünməyə vadar edirdi. Belə yaradıcılıq nümunələri insan azadlığı, daxili çəkişmələr və cəmiyyətin təzyiqləri barədə dərin sosial mesajlar çatdırır.

Musiqi də sosial dəyişikliklərə təkan verə bilir. ABŞ-də 1960-cı illərdə Bob Dylan kimi sənətçilərin etiraz motivli mahnıları vətəndaşlara hüquqlarının müdafiə etmək üçün ruh verirdi. Azərbaycanda da müasir dövrdə bəzi müğənnilər və rep ifaçıları sosial bərabərsizliyi, gənclərin problemlərini dilə gətirərək sənət vasitəsilə cəmiyyətə mesaj ötürür. Dəyişikliyin ən güclü vasitələrindən biri də teatrdır. Azərbaycanda 20-ci əsrin əvvəllərində Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" operettası qadın azadlığı və maariflənmə mövzusuna toxunaraq dövrün ciddi problemlərini yumorla gündəmə gətirirdi.

Sovet dövründə bəzi azərbaycanlı rəssamlar və yazıçılar dolayı yollarla senzuranı aşa bilirdilər. Onlar rəmzlərlə danışır, metaforlarla çatdırmaq istədiklərini söyləyirdilər. Bəzən bir rəsm tablosundakı tünd rənglər, bir əsərdəki susqun obraz əslində yüzlərlə sözə bərabər olurdu. Əsərlərdə ictimai və siyasi hadisələr şərh edilir və cəmiyyətdə yeni rəy yaradılırdı. Bəzən sənət təkcə estetik anlayış yaratmır, həmçinin siyasi mesaj ötürmə məqsədi daşıyır. Sənətin siyasi ölçüsü tarix boyu müxtəlif yollarla ortaya çıxıb. Məsələn, 1960-cı illərdə Amerikada etirazlar artdıqca küçə sənətçiləri plastik vasitələr və qraffitilərdən istifadə edərək səslərini çatdırmağa çalışırdılar. Bu kontekstdə sənət geniş auditoriyaya sosial məsələlər üzərində düşünmək imkanı verir. Bu baxımdan da incəsənət bir növ sosial proseslərin təkanverici gücü hesab olunur. Cəmiyyətlər sənət əsərləri vasitəsilə öz tarixlərini mədəni kimliklərini və ictimai problemlərini ifadə edir. Sənətin bu rolu fərqli cəmiyyətlərdə müxtəlif formalarda meydana çıxır. Braziliyalı sənətçi Kandido Portnarinin əsərlərinin özəyini sosial ədalətsizliyə və istismar sisteminə qarşı tənqidi yanaşma təşkil edir.

İncəsənət mədəni şüurun yüksəlməsində müstəsna rol oynayır. Fərqli mədəniyyətlərə aid sənət əsərləri yeni baxış bucaqları yaradır. Müxtəlif səpkili tədbirlər, sərgilər insanları yeni mədəni təcrübələrlə tanış edir. Son illər ölkəmizdə xarici sənətkarların sərgilərinin, görüşlərinin, ustad dərslərinin təşkil olunması, beynəlxalq festivalların keçirilməsi təqdirəlayiqdir. Ancaq gəlin görək cəmiyyətin bu cür tədbirlərə reaksiyası hansı səviyyədədir: təəssüf ki, ötən əsrlə müqayisədə bu cür tədbirlərə qatılan insanların sayı hər gün keçdikcə azalır. Hətta belə cəhdlər bəzən çox sərt reaksiyalarla qarşılaşır. Misal olaraq bu yaxınlarda paytaxtımızda dünyaca məşhur italiyalı heykəltaraş Lorenzo Quinnin heykəlləri ətrafında yaranan hay-küyü önə çəkmək olar. Bu baxımdan belə tədbirlərin tez-tez təşkil olunması zamanla mədəni müxtəlifliyə hörmətin formalaşmasını artırmış olur. Xüsusilə çağdaş sənət sərgiləri iştirakçıların fərqli mədəniyyətlərin estetikasını və dəyərlərini anlamağa imkan yaradır. Sənət həmçinin keçmiş və mövcud mədəni mühit arasında bir körpüdür. Yerli festivallar, xalq rəqsləri və ənənəvi sənətlər cəmiyyətlərin şəxsiyyətini qoruma cəhdləridir.

İncəsənətin bütün sahələri insan əxlaqının inkişafında təsirli olmaqla yanaşı, şəxsin yaradıcı qabiliyyətinin formalaşması onun estetik şüurunun da yüksəlişində əhəmiyyətli rol oynayır. Təbii ki, hər kəs sənətçi olmaq məcburiyyətində deyil. Lakin çağdaş bir insan olmaq üçün hər bir insan az da olsa sənətdən anlamaq məcburiyyətindədir. Təəssüf ki, ölkəmizdə həyat-dolanışıq qayğıları, müxtəlif sahələrdəki problemlər, ictimai geriqalmalar nəticəsində sənətin və ona münasibətin zəif təzahürlərinə tez-tez şahid oluruq. Kütlənin içi boş maqazin proqramlarına, hay-küylü, əxlaq çərçivəsini aşan "ailə-məişət" verilişlərinə daha çox maraq göstərməsi araşdırılmalı sosial problemə çevirilib. O cür verilişlərə niyə bu qədər maraq var? Nə üçün təhsil, mədəniyyət mövzulu proqramlar reytinq qurbanı olaraq yayımdan çıxarılır? Bu məsələlərə aydınlıq gətirilməlidir ki, öz həllini tapsın.

Əfsus ki, təhsil sistemində sənət dərslərinə arzuolunmaz münasibət var. Bir çox məktəblərdə müəllimlərin "Musiqi", "Təsviri incəsənət" dərslərinə laqeyd yanaşmaları şagirdlərdə həmin fənlərlə bağlı "boş dərs" fikrinin formalaşmasına təkan verir. Orta məktəblərdə sənətin belə xoşagəlməz səviyyədə tədrisi ilə sənətin gözəlliklərindən zövq ala bilən, öz mədəniyyətini tanıyan, ətrafa və sənət əsərlərinə tənqidi gözlə baxmağı bacaran fərdlər yetişdirmək mümkünsüz görünür. Media da ciddi sənət hadisələrinə, mədəniyyət xəbərlərinə çox yer vermədiyi üçün cəmiyyət bu mövzulardan uzaqlaşır. Kitab sərgiləri, mədəniyyət festivalları ilə bağlı xəbərlər ara-sıra yayımlansa da, insanların əksəriyyəti bu barədə məlumatsız olduğu üçün arzulanan nəticə alınmır. Sənət həyatı canlı olan bir cəmiyyətin inkişafında təhsil ilə birlikdə medianın da mühüm rolu var. Mediada yer alan hər mədəniyyət xəbərinin oxucular arasında incəsənətlə maraqlanan bir kəsimi maarifləndirəcəyi şübhəsizdir. Xüsusilə televiziya və radio proqramlarının əsas məqsədi xəbər vermək, maarifləndirmək olmalıdır. Lakin hazırda media işin yalnız əyləndirmək vəzifəsini yerinə yetirməklə kifayətlənir. Günümüzdə Azərbaycan mediasında mədəniyyət şöbələri "lazımsız", haradasa simvolik bir bölmə kimi fəaliyyət göstərir. Mədəniyyət jurnalistikası üzrə ixtisaslaşan müxbirlərə ehtiyac duyulmur, hətta hazırda mədəniyyət yazarlarından ibarət bir işsizlər ordusu var desək, yanılmarıq.

Bir cəmiyyətin mədəni səviyyəsini həmin cəmiyyətdə yetişən sənətçilərin və sənətdən anlayan, dəyərləndirmə bacarığı inkişaf etmiş insanların çoxluğu müəyyənləşdirir. Bu səbəblə də incəsənət cəmiyyətlərin mədəni inkişafının əsas göstəricisi hesab edilir və sənətin susduğu yerdə cəmiyyət də tədricən lal-kar olur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://525.az
archiveBu xəbər 26 May 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see328

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see311

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see302

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see297

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see270

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see191

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see190

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri