Icma.az
close
up
RU
Tanınmış ekspertə 4 il iş verildi

Tanınmış ekspertə 4 il iş verildi

Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


“İnformasiya və kommunikasiya texnologiyaları üzrə ekspert, kibertəhlükəsizlik sahəsində azsaylı peşəkar mütəxəssislərdən olan İlqar Əliyev 4 il azadlıqdan məhrum edilib”.
Yeniavaz.com
xəbər verir ki, bunu İKT üzrə mütəxəssis Osman Gündüz öz sosial şəbəkə hesabında yazıb.
“Uzun müddət İKT sektorunda peşəkar birisi olaraq tanıdığım şəxslə, İlqar Əliyevlə bağlı son bir ildə baş verənləri izləməyə çalışırdım. İstintaq altında idi. Həmişə dostlardan, yaxınlarından onun haqqında soruşurdum. Xahiş edirdilər ki, məhkəməsi başa çatanadək  ictimailəşdirməyək.
Bir neçə gün öncə məhkəməsi başa çatıb və bildiyim qədər, o, qanunsuz narkotik maddə daşıması ittihamı ilə 4 il azadlıqdan məhrum edilib.
Özü isə bunları böhtan olaraq dəyərləndirib və baş verənlərlə bağlı dövlət başçısına müraciət edib”, - O. Gündüz bildirib.
“Qafqazinfo”nun yaydığı məlumata görə, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də “İnformasiya texnologiyaları” departamentinin müdiri, banklardan birində müşavir işləmiş İlqar Əliyev külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham edilib.
İş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə araşdırılıb.
Məhkəmə araşdırma sonrası belə qənaətə gəlib ki, təqsirləndirilən şəxs narkotiki satmaq üçün əldə etməyib. Bu əsasla onun əməli Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsinə tövsif edilib.
İKT eksperti məhkəmədə özünü təqsirli bilməyib. Qeyd edib ki, idman zalından çıxıb evə gedərkən saxlanılıb.
Hökmə əsasən, İ.Əliyev 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd olunub ki, ekspert 2023-cü ilin dekabrında saxlanılıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 30 Yanvar 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see311

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see296

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see294

Mustafa Aşurov: Azərbaycan Özbəkistan mədəni əlaqələrində musiqinin xüsusi rolu var.

23 Avqust 2026 22:01see288

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see249

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see220

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see210

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see207

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see205

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see200

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see191

Yuri Vernidub: “Rəqibi doğru şifrələmək üçün yuxusuz gecələr keçirirəm”

23 Avqust 2026 23:53see178

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see173

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see171

Ceyhun Bayramov: Bakı və Daşkənd arasında əməkdaşlıq dinamikası artır

24 Avqust 2026 13:23see164

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see162

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see162

Qarabağın bərpasında ilk kömək edən ölkə... Prezident

24 Avqust 2026 01:00see159

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see157

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri