Tanınmış futbolçu, əməkdar məşqçimiz vəfat etdi
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Sumqayıt idman tarixində xüsusi xidmətləri olan tanınmış futbolçu, SSRİ idman ustası, Əməkdar məşqçi, "Tərəqqi" medallı Telman Həsən oğlu Salahov 89 yaşında vəfat edib.
Milli.Az "Unikal"a istinadən xəbər verir ki, Telman Salahov 1937-ci il fevralın 1-də Gəncə şəhərində anadan olub.
O, Gəncə İnşaat Texnikumunu və Azərbaycan Bədən Tərbiyəsi İnstitutunu bitirib. 1957-ci ildən taleyini Sumqayıt şəhəri ilə bağlayan Telman Salahov şəhərin "İnşaatçı" futbol komandasının kapitanı olub və Sumqayıt futbolunun formalaşmasında mühüm rol oynayıb.
Uzun illər futbolçu və məşqçi kimi fəaliyyət göstərən Telman Salahov Azərbaycan futbolunun inkişafına böyük töhfələr verib. 2013-cü ildən "Sumqayıt" Futbol Klubunun Müşahidə Şurasının üzvü olan Telman Salahov 2016-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:190
Bu xəbər 06 İyul 2026 17:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















