Tanınmış jurnalist tarixçilərin mühüm təklifini dəstəklədi
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin üzvü Əziz Mustafa tarixçilər Nazim Xəlilov və Elnur Nəciyevin mühüm təklifini dəstəkləyib.
Modern.az-ın məlumatına görə, Əziz Mustafa bildirib:
“Həqiqətən də Nazim Xəlilov və Elnur Nəciyev tariximiz və qan yaddaşımız üçün taleyüklü bir məsələyə diqqəti cəlb ediblər və bizim bütün xalqımız da hər iki tarixçi kimi Babəkin, Şəmsəddin Eldənizin, Uzun Həsənin, Sara Xatunun, Şah Abbasın, Nadir şah Əfşarın, Ağaməhəmməd şah Qacarın, Cümhuriyyət qurucularının və digər tarixi şəxsiyyətlərimizin Bakıda heykəllərinin qoyulacağına ümid edir. Çünki tariximizin yaşadılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi həm bizim gələcəyimiz, həm də müstəqilliyimizin həmişəyaşar olması üçün xüsusi, taleyüklü önəm daşıyır.
Hər iki hörmətli tarixçimizə olduqca önəmli bir məsələyə diqqəti cəlb etdikləri üçün minnətdarlıq edir, onlara bu sahədə yeni-yeni uğurlar arzulayırıq!”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 04 Avqust 2026 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















