Icma.az
close
up
RU
Tanınmış jurnalistə VƏZİFƏ VERİLDİ KONKRET

Tanınmış jurnalistə VƏZİFƏ VERİLDİ KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Əməkdar jurnalist, “LAF” TV-nin təsisçilərindən olan Afət Telmanqızı yeni vəzifəyə təyin olunub.

KONKRET.az xəbər verir ki,  Afət Telmanqızı Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Məhərrəmova Afət Telman qızı 7 noyabr, 1975-ci ildə Bakı şəhərində anadan olub. Bakıda İlqar Əbülhəsənov adına 42 saylı orta məktəbi bitirib. 1997-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin bakalavr, 2000-ci ildə isə magistr pilləsini bitirib.

Ali məktəbdə oxuduğu illərdə – 1993–1997-ci illərdə “Səhər” qəzetində”, “Müxalifət”, “Millət” qəzetlərində, AZTV-də təcrübə keçib. 1997-ci ildən rəsmi əmək fəaliyyətinə başlayıb. İlk iş yeri ” Hürriyyət” qəzeti olub.

2000-ci illərdə ” Yeni Müsavat” qəzetində müxbir kimi çalışıb. 2001-ci ildən isə ANS TV-də redaktor, sonra Xəbərlər Departamentinin baş redaktoru olub. “Xəbərçi”, “Nəzər nöqtəsi”, “Açıq söhbət” verilişlərinin aparıcısı olub. İlk dəfə ANS- də müstəqilliyin bərpa tarixinə həsr olunmuş “Var dövlətimiz Azərbaycan” sənədli fìlminin müəllifi olub. Sonralar bir neçə fìlmlərin müəllifì olub. “Hazırcavab oğlan”, ” Qaraçılar”, ” Dünyanın qan damarı”, ” Zamanın yarası” və ümumilikdə 50-dən çox sənədli filmin müəllifì olub. 1 ay ABŞ-də təcrübə keçib. Bir neçə xarici ölkədə səfərdə olub, reportajlar hazırlayıb.

ANS TV fəaliyyətini dayandırdıqdan sonra Space TV-də Xəbərlər Departamentinin baş redaktoru olub. Real TV-də şef redaktor və Real İntervyu verlişinin aparıcısı olub. 2020-ci il, fevralın 9-u MM- ə keçirilən seçkilərdə iştirak edib. Elə həmin il Real TV-dən ayrılıb.

2020-ci il mayın 28-i tarixində həmkarı Ləman Ələşrəfqızı ilə birgə LAF TV-ni təsis edib.

Ailəlidir, 2 övladı var./bakivaxti

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Dekabr 2024 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see420

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see268

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see260

Səyyad Aranın sözlərinə Səhiyyə Nazirliyindən CAVAB

21 Sentyabr 2026 14:49see260

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see256

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see243

Kapadokya Səhiyyə Turizmi Sammitində ölkəmizi ATMU təmsil edib

21 Sentyabr 2026 14:50see240

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see238

Səhiyyə Nazirliyindən Səyyad Arana Cavab

21 Sentyabr 2026 14:47see235

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

21 Sentyabr 2026 21:13see230

Prezident İlham Əliyevin çıxışında sülh, dini dialoq və tarixi irs məsələləri ŞƏRH

21 Sentyabr 2026 14:23see227

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see225

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see219

Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti

21 Sentyabr 2026 19:02see219

Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib

21 Sentyabr 2026 21:24see216

Bakıda qadından nəhəng, 6 kq lıq şiş çıxarıldı

21 Sentyabr 2026 16:14see216

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see209

ABŞ nin yeddi hava limanında uçuşlar dayandırılıb

21 Sentyabr 2026 23:31see206

Qazlı içkilər içənin mədəaltı vəzisi çökür Xəbərdarlıq

21 Sentyabr 2026 23:00see203

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri