Icma.az
close
up
RU
Tanınmış müğənnimiz bu xəstəlikdən vəfat edib SKLERODERMİYA nə ilə təhlükəlidir?

Tanınmış müğənnimiz bu xəstəlikdən vəfat edib SKLERODERMİYA nə ilə təhlükəlidir?

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

Tanınmış və sevilən müğənni, Azərbaycan Respublikasının Əməkdar Artisti Zöhrə Abdullayeva bu gün nadir sklerodermiya xəstəliyindən vəfat edib. Bu diaqnoz Zöhrə xanıma "Elgizlə izlə" verlişində yayılmlana süjetində tanınmış həkim nevroloq proloterapiya uzmanı Sevinc Heydərova tərəfindən qoyulub.

Sklerodermiya necə xəstəlikdir və nə ilə təhlükəlidir?

Saglamolun.az bildirir ki, bu xəstəlik sistem sklerodermiya və ya proqressivləşən sistem skleroz adı ilə bilinən iltihabi bir xəstəlikdir.

Sklerodermiya nadir autoimmun xəstəlikdir. Bu xəstəlik zamanı orqanizmin bir çox orqan və sistemlərində mövcud olan birləşdirici toxumada patoloji proseslər inkişaf edir. Xəstəlik dəri, damarlar, oynaqlar, ağciyər, ürək, həzm sistemini, böyrəkləri zədələyir ki, nəticədə bu orqan və sistemlərdə iltihab və fibroz (çapıqlaşma) inkişaf edir.   

Xəstəliyə təkan verən amillər soyuqlama, kəskin və ya xroniki infeksiyalar, travmalar, stresslər, sensibilizasiya, endokrin sisteminin pozuntularıdır.

Nadir xəstəliklərdən hesab edilən sklerodermiyaya daha çox böyüklərdə, xüsusilə də qadınlarda rast gəlinir. Sistem sklerodermiya zamanı bütün dəri örtüyünün zədələnməsi baş verir. Dəri ödemli, ağımtıl mumabənzər rəng alır, əllə müayinədə qalın və az hərəkətli olur. Xəstənin barmaqlarının ucları və dırnaqları böyüyür, barmaqlar isə əksinə nazik və azhərəkətli olur. Sklerodermiya xəstələrinin mimikası azalır, dərisi dartılmış, “maska” kimi görünür.

Oynaqlar iltihablaşımış, ağrılı olur, onların hərəkətliliyi pozulur. Bu səbəbdən sklerodermiya bəzən revmatizm və ya revmatoid artrit kimi xəstəliklərlə səhv salınır.  

Daxili orqanlarda da müxtəlif pozulmalar inkişaf edir – həzm prosesləri pozulur (udmanın çətinləşməsi, mədə qıcqırması və s.), böyrəklərin fəaliyyətində problemlər yaranır, ağır hipertenziya (yüksək təzyiq) inkişaf edir, ağciyərdə əmələ gələn pozulmalar nəticəsində təngənəfəslik yaranır və s.

Xəstəliyin daha ağır və ya daha yüngül formalarına rast gəlinir. Yüngül formalarda yalnız dəri, daha ağır formalarda isə bir çox orqan və sistemlər zədələnir. Xəstəliyin proqnozu da məhz xəstəliyin formasından asılıdır.

Sklerodermiya əksər autoimmun xəstəliklər kimi tam müalicə olunmur. Lakin müəyyən müalicə tədbirlərinin köməyi ilə onun gedişatını ləngitmək, simptomları azaltmaq və xəstənin həyatını xeyli uzatmaq mümkündür.

Müalicə zamanı fibrozu azaldan dərman preparatları, fizioterapiya və müalicəvi bədən tərbiyəsi istifadə olunur.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri