Icma.az
close
up
RU
Tanınmış reklam mütəxəssisi Rolan Mammadlinski ilə müsahibə

Tanınmış reklam mütəxəssisi Rolan Mammadlinski ilə müsahibə

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rolan Mammadlinski 2002-ci ildən reklam sahəsində fəaliyyət göstərir. 2008-ci ildən isə öz şirkətini - "Media Event" Reklam Agentliyini qurub və bu günə qədər də uğurlu fəaliyyət göstərir.  

- Rolan bəy, təcrübənizə əsaslanaraq, hansı reklam platformalarını daha effektiv hesab edirsiniz?

- Deyə bilərəm ki, günümüzün ən effektiv reklam vasitələrinin siyahısında televiziya və radio reklamları başçılıq edir. Bunun əsas səbəblərindən biri də televiziya izləyicilərinin alıcılıq qabiliyyəti olan kütlə hesab edilməsi ilə bağlıdır. Gündüz saatlarında yayımlanan bir sıra verilişlərin əsas izləyicisi qadınlardır və alış-verişdə də əsas söz sahibi onlar sayılır. Xüsusən də evin bazarlığı, məişət əşyalarının və evdə istifadə edilən digər texnikanın alışında qərarı evin xanımı verir.   Axşam saatlarında yayımlanan xəbərlərin, iqtisadi-siyasi kontenti olan verilişlərin, futbol və digər oyun matçlarının da əsas izləyici təbəqəsi kişilər hesab edilir. Bu saatlarda da kişilərin maraq dairəsinə aid xidmət və məhsulların reklamının yerləşdirilməsi daha məqsədəuyğun hesab edilir.  

- Sizcə telekanalların tamaşaçı sayı hələ də çoxdur? 

- Əlbəttə, aparılan araşdırmaların və statistik məlumatların təhlili göstərir ki, əhalinin 70 faizi daimi olaraq televiziya verilişlərinin izləyicisidir. Bura yerli, Rusiya və Türkiyə kanalları daxildir. Amma araşdırmalar sübut edir ki, Rusiya və Türkiyə kanallarının izləyiciləri yerli kanalların izləyicilərindən daha azdır.  

- Bəs Tv reklamlarından daha effektiv olanı hansıdır?    

- Bu gün reklam bazarında bir sıra məhsul və xidmətin tanıtımı, geniş auditoriyaya çatdırılması üçün xəbər proqramlarında kommersiya xarakterli süjetlər yayımlanır. Bu, effektiv üsul hesab edilir. Çünki press-relizlər əsasən oxunmaq üçün nəzərdə tutulub. Süjet isə həm vizual görüntü, həm də dinləmə üçün nəzərdə tutulub. Bu, birbaşa təmas və görüntü olduğu üçün daha effektiv hesab edilir. Eyni zamanda, statistik və araşdırma nəticələri də bunu göstərir, xəbər buraxılışlarının izləyici kütləsinin də  kifayət qədər böyük olduğunu nəzərə almaq lazımdır. Bu səbəbdən də xəbər proqramında kommersiya xarakterli süjet yayımlamaq həm daha effektivdir, həm də məlumat daha rahat şəkildə izləyiciyə ötürülür.  

- Reklamlar daha çox hansı kütləyə hədəflənir? 

- Reklam insanların hər hansı bir məhsulu almağına, xidmətdən istifadə etməyinə və ya hər hansı bir siyasi namizədi, onun ideyasının dəstəklənməsinə təsir etməkdə istifadə olunan məlumatlandırma vasitəsidir. Bir xidmət və ya məhsulun reklamını təşkil edərkən əsas məqamlardan biri hədəf kütləni düzgün seçmək, mal və məhsul haqqında lazımi, düzgün informasiyanı təqdim etməkdir. Bu səbəbdən də hədəf kütləni təyin etmək üçün ilk olaraq təklif edilən məhsulu analiz etmək, hansı kateqoriya insanlara xitab etdiyini müəyyən etmək lazımdır. Bundan sonra isə televiziya və radio verilişlərinin analizini aparmaq, düzgün yaş və təbəqə kateqoriyasını müəyyən etmək lazımdır. Bu zaman müraciət edilən reklam şirkəti məhsulunuzu bazar qaydalarına uyğun şəkildə müştəriyə tanıdır, təklif edilən reklam məhsulu isə alıcıya "niyə məhz bu məhsulu almalıyam" sualına cavab tapmaqda kömək edir. 

- Telekanalların izləyici ilə sosial mediaların auditoriyası arasında nə fərq var?

- Sosial şəbəkələrlə və televiziya kanallarında yayımlanan reklam çarxları arasındakı fərq əsasən izləyici kütləsi ilə bağlıdır. Məlumat bazalarının analizi sübut edir ki, sosial şəbəkələrdən əsasən gənclər və cavanlar istifadə edir ki, onların alıcılıq qabiliyyəti daha aşağıdır. Televiziya izləyiciləri isə alıcılıq qabiliyyəti yüksək hesab edilən təbəqə sayılır. Bundan əlavə, sosial şəbəkələrdə bir sıra şirkətlərin apardığı sorğu nəticələri də etibarlı sayılmır. Çünki aparılan araşdırmalar sübut edir ki, sorğu nəticələrinin geridönüşü o qədər də ürəkaçan deyil. Televiziyada yayımlanan reklam çarxında məlumat doğru və düzgün çatdırılırsa, izləyici ilə birbaşa təmas normal seçilmiş görüntü vasitəsi ilə reallaşırsa, bu zaman geridönüş də əsasən istənilən nəticəni ortaya qoyur.

- Sizin şirkətin sərgi təşkilatçılığı və stendlərin hazırlanması ilə bağlı da geniş təcrübəsi var. Bu tip sərgilərdə iştirak niyə vacibdir?

- Sərgidə iştirak etmək də potensial müştərilərlə birbaşa ünsiyyət, tanıtım deməkdir. Bundan əlavə, nəzərə almaq lazımdır ki, bir sıra şirkətlərin reklam çarxı yayımlamaq, reklamdan istifadə etmək profilinə uyğun deyil. Bu sıraya ağır texnika, silah və müəyyən zavod avadanlıqları istehsal edən zavod və fabriklər də daxildir. Bu şirkətlər aktiv reklamdan istifadə etmirlər. Bu şirkətlər üçün sərgidə iştirak etmək, stendini qurmaq, potensial müştərisi ilə birbaşa əlaqə qurmaq, məhsulunu həm vizual təqdim etmək, həm də lazımi texniki və istifadə qaydaları, üstünlükləri, effektivliyi barədə məlumat vermək daha məqsədəuyğun sayılır. Şirkətimiz isə Azərbaycan başda olmaqla, qonşu Türkiyə, Rusiya, eyni zamanda Dubay və bir sıra Avropa ölkələrində müxtəlif dövrlərdə təşkil edilən sərgilərdə stend qurmaq üçün sirkətlərə kömək edə bilər.  

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://baku.ws
archiveBu xəbər 13 Fevral 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri