Tanınmış şair Zülfüqar Rüfətoğlu vəfat edib
Yeniavaz-dan verilən məlumata görə, Icma.az xəbər verir Tanınmış şair Zülfüqar Rüfətoğlu vəfat edib.
Tanınmış jurnalist, şair, tərcüməçi Zülfüqar Rüfətoğlu Londonda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Yeniavaz.com xəbər verir ki, bu barədə APA-ya şairin qardaşı, Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə deyib.
Qeyd edək ki, Z.Rüfətoğlu uzun müddətdir qaraciyər xərçəngindən əziyyət çəkirdi.
Xatırladaq ki, Əhmədzadə Zülfüqar Rüfət oğlu 1958-ci ildə Bakıda anadan olub. "Şirbalanın məhəbbəti" filminin ssenari müəllifi, "Səhər" qəzetinin təsisçilərindən biri, "Mavigözlü ögey ana" kitabının müəllifi, “Qızıl qələm” mükafatı laureatıdır.
Uzun illər "BBC Azərbaycan" xidmətində fəaliyyət göstərib.
![see](https://icma.az/template/assets/label.png)
Tanınmış şair Zülfüqar Rüfətoğlu vəfat edib
09 Noyabr 2024 20:47
Tanınmış şair Zülfüqar Rüfətoğlu vəfat etdi
09 Noyabr 2024 22:40
Şair Zülfüqar Rüfətoğlu vəfat edib
09 Noyabr 2024 20:23
Şair Zülfüqar Rüfətoğlu dünyasını dəyişdi
09 Noyabr 2024 22:27
Zülfüqar Rüfətoğlu vəfat etdi
09 Noyabr 2024 21:01
![see](https://icma.az/template/assets/see.png)