Icma.az
close
up
RU
“Tanınmış şəxslərin səsindən istifadə edilir” Səsin saxta olduğunu necə bilmək olar?

“Tanınmış şəxslərin səsindən istifadə edilir” Səsin saxta olduğunu necə bilmək olar?

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


Xəbər verdiyimiz kimi, dünən Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev vətəndaşlara müraciət edərək bildirib ki, sosial şəbəkələrdə mətni nitqə çevirən süni intellektin səsli autentifikasiyasından istifadə olunmaqla çağırışlar yayılır.
Yeniavaz.com
 xəbər verir ki, DİN rəsmisi bu hallara qarşı ehtiyatlı olmağı tövsiyə edib.
“Süni intellekt mətni oxuyur və seçilən səsi təkrarlayır. Real dələduzluqdur, təhlükə yaradır. Xüsusilə də tanınmış şəxslərin görüntü və səslərindən istifadə olunur. Hər kəs ehtiyatlı olmalıdır”, - deyə E. Hacıyev bildirib
Qeyd edək ki, artıq uzun müddətdir süni intellekt insan səsini dərin öyrənmə (deep learning) texnologiyalarından istifadə edərək təqlid edir.
Bu proses bir neçə əsas mərhələdən ibarətdir:
Səs nümunələrinin toplanması – süni intellekt real insan səslərin qeydə alır və bu səslər geniş məlumat bazasına yüklənir.
Fonetik və akustik analiz – süni intellekt insan səsini analiz edərək ton, vurğu, sürət, intonasiya və emosional dəyişiklikləri başa düşməyə çalışır.
Mətndən səsə çevirmə (TTS - Text-to-Speech) – süni intellekt mətni səsə çevirərək verilən məlumatlara uyğun danışır. “Google”, “OpenAI”, “Microsoft” və “Amazon”un bu sahədə inkişaf etdirdiyi “WaveNet”, “VALL-E” və “Tacotron” kimi texnologiyalar yüksək keyfiyyətli insan səsi yaratmağa imkan verir.
Emosional və fərdi təqlid – süni intellekt artıq emosiyalar (sevincli, kədərli, həyəcanlı və s.) və hətta konkret insanların səsini klonlaya bilir.
Bəs, süni intellekt tərəfindən yaradılan səsi, həqiqi insan səsindən necə fərqləndirmək olar?
Süni intellektin yaratdığı səsi təbii insan səsindən ayırmaq çətinləşsə də, bəzi xüsusiyyətlərə diqqət yetirməklə səsin saxta olduğunu müəyyən etmək olar:
Mükəmməl səslənmə – İnsan səsində adətən tərəddüdlər ("hmm", "aaa"), nəfəs alıb-vermələr, qeyri-bərabər vurğular olur. Süni səs isə çox düz, mükəmməl və ardıcıl səslənir.
Emosional dərinliyin olmaması – Süni intellekt emosiyanı təqlid edə bilər, lakin bəzən real insan kimi dərin duyğuları və spontan dəyişiklikləri ifadə edə bilmir.
Səslərin sintetik olması – Süni intellekt bəzən səsləri çox süni və robotlar kimi edə bilər. Xüsusilə yüksək keyfiyyətli qulaqlıqlarla dinləyərkən bunu daha aydın hiss etmək olur.
Mikrotonal səhvlər – İnsan səsi dinamikdir və təbii vibrasiyalara malikdir. Süni intellekt tərəfindən yaradılmış səslər bəzən çox mükəmməl səslənir və bu, qeyri-təbii təsir bağışlayır.
Səs faylının analizi – "Deepfake Audio Detection" kimi alətlər süni səsi müəyyən edə bilər. Həmçinin, Spektrogram (səs dalğalarının vizual analizi) ilə real və süni səsləri müqayisə etmək mümkündür.
Murad Məmmədov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 09 Fevral 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see176

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see152

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see133

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see130

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri