Icma.az
close
up
RU
Tanınmış türk jurnalisti Aygün Səmədzadə haqqında paylaşım etdi

Tanınmış türk jurnalisti Aygün Səmədzadə haqqında paylaşım etdi

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Türkiyənin tanınmış qəzetçisi və telejurnalisti Hakan Çelik Azərbaycan musiqisi və xalq artisti, bəstəkar Aygün Səmədzadə haqqında paylaşım edib.

Bakupost.az xəbər verir ki, H.Çelik bəstəkarın məşhur "Tut ağacım" mahnısı paylaşaraq bu sözləri yazıb:

"Azərbaycan musiqi irsi baxımından möhtəşəm ölkədir.

Azərbaycan, bir çox mühüm xüsusiyyətləri ilə yanaşı, incəsənət və mədəniyyətə meyilli, istedadlı və yaradıcı insanları ilə də diqqətçəkən bir ölkədir. Aşıqlar, bəstəkarlar, yazıçılar və incəsənətin müxtəlif sahələrində böyük rezonans doğuran insanlarla tanışam.

Azərbaycan mədəniyyətində xüsusilə musiqinin rolu çox böyükdür. Dərin musiqi təhsili verən bəzi müəssisələr Sovetlər Birliyi dövründə yaradılıb. Dünya səviyyəli konservatoriyalara sahib olan Azərbaycandan beynəlxalq uğurlara imza atmış çox sayda sənətçi çıxıb.

Bəstəkar Aygün Səmədzadə də bu dəyərli isimlər arasındadır. O, Azərbaycan Dövlət Konservatoriyasının məzunudur. Eyni zamanda dosent akademik elmi ünvanı olan musiqişünasdır.

Fondakı "Tut ağacım" mahnısını, sənətçinin 2015-ci ildə çıxardığı eyniadlı albomdan seçmişəm.

Orijinal albomda bu əsəri ifa edən sənətçi Aygün Bəylər, təəssüf ki, ötən ilin yanvar ayında Ankarada xərçəng müalicəsi aldığı xəstəxanada gənc yaşında dünyasını dəyişdi. Ona bir daha Allahdan rəhmət diləyirəm.

Əsərin sözləri Zakirə Allahverdiyevaya məxsusdur.

Spotify platformasında Aygün Bəylərin ifası yer almadığı üçün ötən il Alişir Kərimov tərəfindən səsləndirilən versiyanı səsləndirirəm".

Qeyd edək ki, Hakan Çelik hazırda "CNN Türk" kanalında "Hakan Çelik ilə Həftə sonu" və "TRT Radyo 3"də "Qatar səyahəti" proqramlarını təqdim edir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 03 Aprel 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri