Tanınmış vəkil nitqini itirdi
Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Tanınmış vəkil Əsabəli Mustafayevin səhhətində xeyli irəliləyiş var.
Gununsesi.info xəbər verir ki, bu barədə Qaynarinfo.az-a açıqlamasında vəkilin həyat yoldaşı Zemfira Mustafayeva məlumat verib.
Xanımı vəkilin müalicəsinin ev şəraitində davam etdiyini bildirib:
“Bu günə də şükürlər olsun. Hələ danışa bilmir. Sözlər üzərində müalicə kursu keçirilir. Əvvəl bir söz deyirdisə, bu gün iki söz deyir, yavaş-yavaş cümlə qurmağa çalışır. Sağlamlığı üçün mübarizə aparır. Rahat şəkildə özü gəzir, yəni bu sahədə problem yoxdur. Əsas danışığıdır, əminəm ki, nitqi açılacaq və əvvəlki kimi qaydasına düşəcək”.
Qeyd edək ki, bir müddət öncə tanınmış vəkil Əsabəli Mustafayevin səhhətində problemlər yaranıb. Sumqayıt 2 nömrəli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən vəkilə üçüncü dəfə insult diaqnozu qoyulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 15 Noyabr 2024 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















