Tanışına söyüş üstündə dəmir parçası ilə xəsarət yetirən “moyşik”in cəzası azaldıldı
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Uğur Pənahovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib, 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasının həddi azaldılaraq 3 ilə endirilib.
İttihama görə, hadisə 16 noyabr 2023-cü il tarixdə saat 10 radələrində Gədəbəy şəhəri, 20 Yanvar küçəsində yerləşən “Avtovağzal Kompleksi”nin ərazisində fəaliyyət göstərən avtoyuma məntəqəsində baş verib.
Belə ki, Uğur Pənahov həmin avtoyuma məntəqəsində işlədiyi vaxt avtomobilini yuduzdurmaq üçün ora gəlmiş tanışı, zərərçəkmiş İbrahim İbrahimovla (adı, soyadı şərtidir) aralarında şəxsi münasibətlərin pozulması zəminində mübahisə yaranıb. Mübahisəyə səbəb kimi zərərçəkmiş şəxsin avtomobilin yuyulması ilə bağlı işlətdiyi nalayiq ifadə göstərilib.
Bu zaman təqsirləndirilən şəxs yerdən götürdüyü dəmir parçası ilə İbrahimə qəsdən zərbələr endirib. Hadisə nəticəsində zərərçəkmiş şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs törətdiyi əmələ görə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdi.
(Pravda.az)
Baxış sayı:86
Bu xəbər 22 Dekabr 2025 10:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















