Tanışını bıçaqlayıb qaçdı: Cəza alarkən maddəsi dəyişdirildi
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Bakının Sabunçu rayonu ərazisində mübahisə etdiyi şəxsə bıçaqla xəsarət yetirən Qulu Məmmədovun cinayət işinin məhkəməsi yekunlaşıb.
"Cebheinfo.az" xəbər verir ki, oxu.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən sonuncu prosesdə prokuror ittiham nitqi ilə çıxış edərək təqsirləndirilənin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Müşavirədən sonra hökm elan edilərək Qulu Məmmədov üç il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2024-cü ilin martında baş verib. Qulu Məmmədov mübahisə zəminində tanışı Şamil Nəbiyevə bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb. O, barəsində verilmiş axtarış tədbirləri ilə saxlanılaraq istintaqa cəlb edilib.
Onu da bildirək ki, tərəflər arasında barışıq olduğundan məhkəmə onun barəsindəki Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsini 126.1-ci maddəsinə tövsif edərək hökm çıxarıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:175
Bu xəbər 24 Aprel 2026 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















