Tanışının 106 min manatlıq danalarını dələduzluq yolu ilə ələ keçirən şəxsə hökm oxundu
Pravda.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Alı Alıyevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin İbişovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü o, 6 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Alı Alıyev tanışı, Bakı şəhərində yaşayan zərərçəkmiş Vüqar Yusifov (soyadı şərtidir) ilə 2022-ci ilin avqust ayının ortalarında istintaqa məlum olmayan tarixdə və vaxtda telefon vasitəsi ilə danışıb. O, zərərçəkmiş şəxsin Bərdə rayonu, Kətəlparaq kəndində icarəyə götürdüyü fermada saxladığı ümumilikdə 106 590 manat məbləğində iribuynuzlu erkək danalarını etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib.
Daha sonra Alı Alıyev zərərçəkmişin şikayəti əsasında saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Kamal Məmmədov


