Icma.az
close
up
RU
Tanışının ailəsini dağıtmasına görə irad bildirdi KONKRET

Tanışının ailəsini dağıtmasına görə irad bildirdi KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Kamran Budaqovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib. “Konstutisiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 2.3, 5.2.2 və 5.3-cü bəndlərinə əsasən təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin hökmü ilə ona təyin olunmuş 1 il 2 ay müddətə azadlıqdan məhrumetmə cəzasının, həmin Amnistiya aktı qüvvəyə mindiyi günədək 1 ildən artıq olmayan çəkilməmiş hissəsindən azad olunub. Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə Kamran Budaqov barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilib.

İttihama görə, Kamran Budaqov 19 oktyabr 2024-cü il tarixdə saat 17 radələrində alkoqol sərxoşluğu vəziyyətində yaşadığı Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində evinin yerləşdiyi küçədə zərərçəkmiş Qulam Bədəlovu (adı, soyadı şərtidir) israrla həmin yerə çağırıb. Zərərçəkmişin ona tanışının ailəsini dağıtmasına görə irad bildirməsini bəhanə edən təqsirləndirilən şəxs mübahisə yaradaraq ictimai qaydanı kobud şəkildə pozub.

İstintaq materiallarına əsasən, hadisə zamanı o, küçədə ictimai asayişin pozulmasına, vətəndaşların hüquq və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcan yaranmasına səbəb olan hərəkətlər edib. Mübahisə zamanı Kamran Qulama əl zərbələri ilə sifət, baş və bədən nahiyələrindən ardıcıl şəkildə xəsarətlər yetirib. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmişə alt sol çənə bucağı nahiyəsində şişkinlik və alt çənə sümüyünün sol şaxəsinin yerdəyişməyən sınığı qeydə alınıb ki, bu da sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər kimi qiymətləndirilib. Bundan əlavə, üst dodağın selikli qişasının sağ hissəsində əzilmiş səthi yara və sol diz oynağının bayır səthində qançır müəyyən edilib. Həmin xəsarətlər sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyib.

Şəmkir Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 1 il 1 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmişdi. Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan Kamran Budaqovun müdafiəçisi apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini istəyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:226
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 Fevral 2026 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see743

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see307

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see287

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see280

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see276

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see263

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see252

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see249

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see246

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see242

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see230

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see218

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see210

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see206

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see206

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see205

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see201

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see199

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see197

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri