Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Tanrı dağlarının ətəklərində bir şəhər: Almatı

Tanrı dağlarının ətəklərində bir şəhər: Almatı

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Almatı, ümumiyyətlə, Orta Asiya mənim hər zaman diqqətimi çəkən yerlərdir.

Bu dəfə Qazaxstanın Aktöbə şəhərində təşkil edilmiş Orta Asiyanın bilgəsi, ozan Mönke Biyə həsr olunmuş beynəlxalq festivalın tərkibində “Turanın Öngörücüsü, Yüzilin Bilgəsi Mönke Biy” adlı beynəlxalq elmi simpoziumda iştirak etmək fürsətim oldu.

Bu, Qazaxstana ilk səfərim olmayacaqdı, ancaq mənim həyəcanım həddindən çox idi. Səbəbi isə Türk dünyasının harasına gedirəmsə gedim, qan qardaşlarımı görməyin verdiyi yüksək sevinc duyğusu idi.

Qazax alimi, professor Askar Turganbaev ilə illərdir, tanışıq. Bu günədək nə o mənim xahişimi yerə salmayıb, nə də mən onun. Qazaxlar haqqında apardığım hər bir araşdırmamda qazaxlara aid hər cür ədəbiyyatın tapılmasında mütləq Askar hoca imdadıma yetib. İnanıram ki, mən də Askar hoca üçün eyni dərəcədə əlimdən gələni etmişəm.

Almatıda da məni Askar hocanın bir tələbəsi qarşıladı və şəhəri gəzməyə başladıq.

Mənə görə, Alma dünyanın ən ləzzətli meyvəsidir. Faydalarını saymaqla bitməz. Düşünürəm, bu meyvəni sevməyən yoxdur. Mənim alma sevdamı isə yaxın çevrəm çox gözəl bilir.

Təsəvvür edin ki, alma sevən Aynur almalar şəhəri Almatıda iki səbət alma gördü. Sizcə, neyləsin? İki səbət almanı saxlayan oğlanın üstünə qaçdım, dedim: "Qardaş, bu almadan yeməliyəm". Oğlan əvvəl çaşdı, sonra mənə bir oyun təklif etdi ki, əgər mən onun verdiyi suala cavab verə bilsəm, o zaman almadan payımı ala biləcəyəm.

Sən demə, bu almalar bir televiziya yarışması üçün imiş. Əlbəttə ki, dərhal razılaşdım. Aparıcı sualını verdi: "Almatıda Dövlət Tarix və İncəsənət muzeyində Sizi ən çox təəccübləndirən nə olub?"

Doğrusu, bu, mənim üçün olduqca asan bir sual oldu. Çünki 2019-cu ilin iyul ayında bu muzeyi ziyarət etmişdim və muzeyin dombira bölməsində Abayın həyat yoldaşına aid sazın olması məni təəccübləndirmişdi. Elə cavabım da bu oldu: Abayın xanımının bir dombirasının olması. Suala cavab verib alma payımı aldım. Yediyim ən ləzzətli alma olduğunu iddia edə bilərəm. Beləcə, mənim Almatı səfərim başladı.

Almatı sanki təbii yaşıllıqla qucaqlaşmış, dağlarla üzük qaşı kimi əhatələnmiş bir şəhərdir. Şəhərdə gəzərkən istidən bişsək də, dağların başında

qar var idi. Yenilənən dünyadan geri qalmadan təbii yaşıllığını da qoruyan bu şəhər insanı əvvəlcə səmimi həyət evlərinin içindən keçirib, Sovet dövründən qalma binalarla görüşdürür. Sonra isə yeni tikililərin ağuşuna atır. Yəni 40 dəqiqədə Qədim Almatıdan çıxıb Sovet dövründəki Almatıya ekskursiya edərkən özümüzü bir anda uca, şüşəli müasir tikililərin arasında tapırıq.

Bir-birindən gözəl insanlar sanki şəhər ilə ahəngdə qalmağa çalışırlar. Şəhərin memarlığı onun təbiəti ilə vəhdətdədir. Tikilən hər yeni bina şəhərin dörd tərəfinin dağlarla əhatələdiyi mənzərənin görüntüsünü kəsmir; Tanrı dağlarını hər yerdən görə bilirik.

Mənim ilk istəyim bir türk qəhvəsi içib yol yorğunluğunu atmaq idi. Çünki gecə yol gəlmişdim və iki saatlıq yuxu ilə Almatıda 6 saat keçirdikdən sonra Aktöbəyə getməli idim. Yaxşı ki, enerjim yüksək idi və Almatıda ikinci dəfə gəzəcəkdim.

Ümumiyyətlə, uçuşlar arasında 3 saatdan artıq zaman aralığı olarsa, bunu mütləq o şəhəri gəzməklə dəyərləndirməyi çox sevirəm. Ayaqüstü gəzintilərin zövqü başqa olur. Xüsusilə, Qızıl Döyüşçünün saxlandığı Dövlət Tarix və İncəsənət Muzeyini təkrar gəzmək və Almatının yüksək mənzərəsindən şəhəri izləmək istəyirdim. Ancaq öncə Türk qəhvəsi içmək istədim. Çox axtardıqdan sonra məşhur Türkiyə markası "Mado"nu gördük...

Açığı, Almatıda Türkiyəyə aid gördüyüm tək marka elə Mado oldu. Təəccüblüdür: Qazaxstan ilə Türkiyə arasında olduqca “uzaq məsafə” var idi. Bakının hər bucağında, köşəsində asanlıqla içə biləcəyimiz Türk qəhvəsini Almatıda tapmaq müşkül məsələyə dönmüşdü. Diqqət etdim ki, Qazaxstanda Türkiyə türkçəsində bilən insanların da sayı çox azdır. Bunun səbəbini soruşduqda isə cavab çox düşündürücü idi. Almatıda gənclərə Türkiyə türkçəsini öyrədən lisey “Fetocu” adı ilə qapadılmış və sonra yerinə yeni hansısa bir Türk dilini tədris edəcək məktəb açılmamışdı. Bu vəziyyətə çox üzüldüm. Dünya ilə ayaqlaşan qövm olmaq üçün gərək əvvəlcə innovativ və elmi-pedaqoji yöndə heç bir axsaqlıq olmasın. Bəs biz bu prinsipi necə yerinə yetirə bilirik?

Nə isə, bu dumanlı düşüncələr içində dağın uca zirvəsindən şəhərin möhtəşəm mənzərəsinə baxdıq. Sanki hər şey incə düşüncə ilə dizayn edilmişdi: bir tərəfdə həyət evləri, başqa bir tərəfdə Sovet binaları, şəhərin mərkəzində isə uca göydələnlər… Şəhər sanki bizə öz görüntüsü ilə keçdiyi tarixi yolu anladırdı.

Şəhərin sehrkar təsirindən çıxıb muzeyi ziyarət etdik. Dövlət İncəsənət və Tarix Muzeyi də çox maraqlı idi. Muzeyin hər bölməsində qazax xalqının tarixi, kültürü, düşüncə şəkli öz əksini tapmışdı. Qızıl döyüşçü öz əzəməti ilə tarixin dərin və gizlin qatlarından xəbər verirdi. Qızıl əşyaları, qazax geyimləri, etnoqrafik etüdlər tarixi fakt kimi olduqca maraqlı idi. Muzeyin bir bölməsində isə müxtəlif xalqların öz geyimini sərgilədiyi yerdə mən Azərbaycan geyimini görmədim. Bütün Türk xalqlarına aid paltarların sərgiləndiyi köşədə Azərbaycan milli geyimi niyə olmamalıdır? Bu vəziyyətə çox təəccübləndim və muzey işçisindən bunun səbəbini soruşdum. Sən demə, hər bir dövlətin diaspora idarəsi özü bu geyimi təşkil edir. Azərbaycana da müraciət olunub, ancaq bizim diaspora xidmətindən bir xəbər çıxmayıb. Hesab soruşurcasına verdiyim suala aldığım cavabdan çox utanıb, oradan uzaqlaşdım.

Növbəti dayanacağımız Əl-Fərabi Qazax Dövlət Universiteti oldu. Burada Ədəbiyyat kafedrasının müdiri Nurgül Tuyebayeva ilə görüşdük. Xəzər Universiteti Mədəni Antropologiya və Folklor İnstitutu ilə birgə layihə haqqında geniş müzakirə apardıq. Nurgül xanım ilə olduqca faydalı söhbətimizi etdikdən sonra Qazax təamlarından da dadmalı idim. Məşhur yeməklərindən Beşbarmağı daddıq. At, dana və quzu ətinin xəmirlə birlikdə olduqca ləzzətli olduğunu gördüm. Yanında kımız da təklif edildi. Böyük iştaha ilə içdim. İçdikcə əcdadlarımızın, dədə-babalarımızın at belində qılınc əlində apardığı savaşlar, qoyun-quzu səsi, çadırlar gəlib xəyalımdan keçirdi…

Beləcə, qəribə və təzadlı xəyallar içində yavaş-yavaş hava limanına doğru yol aldıq. İndi təyyarədə bu yazını yazarkən Aktöbəyə doğru uçuram. Beynimdə isə Aktöbə sözünün Ak/Ağ hissəsi ilə Azərbaycandakı toponimləri qarşılaşdırıb, düşünürəm: Ağdaş, Ağsu, Ağcabədi, Ağdam… Soykökü nə siyasət, nə də zülm ilə ayırmaq olmaz. Milləti susdurarsan, onun dağı daşı dillənər…

Aynur Qəzənfərqızı, folklorşünas

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:256
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 21 Oktyabr 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see465

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see450

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see430

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see301

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see300

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see291

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see275

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see257

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see251

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see242

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see234

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see227

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see215

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see208

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see206

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see203

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see201

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see195

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see177

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri