Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

“Tanrıdan Xəzər boyda “hədiyyəmiz” var, lakin onu kanalizasiya yeri kimi görürük” EKOLOQ

“Tanrıdan Xəzər boyda “hədiyyəmiz” var, lakin onu kanalizasiya yeri kimi görürük” EKOLOQ

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

Qorxmaz İbrahimli: “Bakı, Sumqayıt şəhərləri boşaldılıb, əhalinin müəyyən hissəsi regionlara yerləşdirməlidirlər”

Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirildi. Xatırladaq ki, ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə COP29-a Azərbaycana ev sahibliyi etməsi haqda razılıq əld edilmişdi. Bakı son iki həftə ərzində “dünyanın mərkəzi” oldu və şəhər təqribən 70-80 min xarici qonağı qarşıladı.

Azərbaycan indiyədək bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib və onların öhdəsindən layiqincə gəlib. Lakin Prezident İlham Əliyevin də dediyi kimi, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir.

Xatırladaq ki, COP BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

COP29 konfransına ev sahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Bu missiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

İqlim dəyişiklikləri haqqında “Hürriyyət”ə danışan ekoloq Qorxmaz İbrahimli bildirir ki, bununla bağlı məsələlər indi-indi gündəmə gəlir: “Yəni ötən əsrin 70-ci illərinin sonuna qədər çevrəçilərin səsini demək olar ki, duymurdular. 1979-cu ildən başlayaraq, bu işlər Braziliyada, Almnaniyada və s. ölkələrdə davam etdi. Blirik ki, Almaniya COP-un baş qərargahına çevrilib.  Bu ölkələr iqlim dəyişikliklər iməsələsinə yatırım etməyə başladılar.

Əlbəttə, belə demək olar ki, qlobal dəyişkliklər indi baş verməyib. Yer kürəsi yarandığı gündən bu dəyişikliklər baş verir. Yer kürəsində baş verən dəyişikliklər, məsələn, ildirim çaxması, vulkanlar, meşə yanğınları, daşqınlar, sellər, zəlzələlər məhz təbii iqlim dəyişikliyinə səbəb olan hadisələrdir. Düşünək ki, gündə 500 min ildırım çaxan yer kürəsində nələr baş verir?  Xüsusilə tuncun, dəmirin kəşfindən sonra atmosferdə metan qazının çəkisi artmağa başladı. Metan qazının atmosferdə artması ilə bağlı havanın isinməsi ehtimal olunur. Bu gün də atmosferdəki qazların tərkibinə baxsaq, görərik ki, o qədər də dəyişiklik olmayıb. Dəyişikliklər daha çox insanların metan qazını havaya buraxması nəticəsində oldu. Yəni istixana qazlarının, müharibələrin, nüvə silahlarının sınaqdan keçirilməsi, atom bombasının partlaması və s. bizim böyük gördüyümüz kiçik dünyanın məhvə doğru getməsinə səbəb oldu.

İqlim dəyişiklikləri yer üzündə 300 ildir hərarət götürməyə başlayıb. Bilirik ki, 200 ilə yaxındır havanın hərarəti dəyişib. 20-ci əsrdə baş vermiş İkinci Dünya Müharibəsi, kürəsəl qəzalar havanın hərarətini dəyişdi. Sonra kömürün istifadəsi uzun illərdir metallurgiya sahəsində, metaləritmədə, nəqliyyatda, gəmilərdə yüz illərdir istifadə olunub. Nəticəsi də bugün göz qabağındadır”.

Ekoloq qeyd edir ki, bu vəziyyətdən çıxmaq üçün ekologiya qorunmalıdır: “Çevrəni qorumaq hər bir sakinin borcudur. Amma bunu nə dərəcədə anlayırıq, onu demək biraz çətindir.

COP 29, adından göründüyü kimi, 29-cu konfrans idi. COP 29 konfransının Azərbaycanda keçirilməsi Azərbaycanın tanıdılması baxımından hər birimizi məmnun edən hadisə oldu. Yer kürəsində kimsə qlobal istiləşmə ilə bağlı nəsə edirsə, buna sevinmək lazımdır. O cümlədən, COP 29-un Bakıda keçirilməsi də böyük bir hadisə idi və bunu alqışlamaq lazımdır.

Qlobal istiləşmənin önü alınmalıdır. 2030-cu ilə qədər 1,5 dərəcə aşağı salınmalı olan istilik, əksinə, bu il 1,3 dərəcə yüksəldi. Bu baxımdan, heç də durum yaxşı deyil.

Əlbəttə, COP 29 nəticəsində dünyadakı ekoloji tarazlıq düzəlməyəcək, havanın istiləşməsinin qarşısı alınmayacaq, amma bu, istər maddi, istər mənəvi, istər də maarifləndirmə baxımından çox önəmli bir addım oldu. Ümid edirəm ki, COP 29-un qəbul etdiyi sənədlər COP30-a qədər xeyli müzakirə olunacaq. 

Son illər, yəni müstəqilliyimizi bərpa etdiyimiz, Sovet imperiyasından qopduğumuz müddətdən bu yana Azərbaycanda ekologiyaya, çevrəyə yüksək səviyyədə yatırım olunmadı. Əgər olmuşdusa, 90-cı illərdə biz görmədik. Xüsusilə ölkəmizdə urbanizasiya prosesi pozuldu. Müstəqilliyimizin ilk illərində Bakı və Abşeron yarımasında əhalı sıx məskunlaşdı. Bakının ətrafında olan yaşıllıqlar qırılıb, yerinə binalar tikilməyə başlanıldı. Bakının içərisində parklar, yaşıllıqlar gecə ilə məhv edildi, betonlaşdırıldı. Betonlaşma istiliyin birinci səbəbidir. Bu məsələlər, Bakı kimi səhra şəhərində yaşıllıqları qırmaq özü bir cinayətdir. Bakının dağlıq ərazilərini darmadağın etdik. Oranın flora və faunasını məhv etdik. Orada yaşayan endemik heyvan növləri itib getdi, heç kimin də vecinə olmadı. Biraz çevrə duyarlığı olmadığından, bu hadisələr baş verdi”.

Qorxmaz İbrahimli vurğulayır ki, meşələrin qırıması faktı da diqqətdən qaçmamalıdır: “Birinci növbədə bölgələrdə qazlaşdırma olmalıdır. Meşələr təkcə qazdan istifadə edilməsinə görə qırılmır, eyni zamanda kömür hazırlanması üçün də ağaclar məhv edilir. Həmçinin, meşələri qırıb, yerində villalar, istirahət mərkəzləri tikilir. Bunların qarşısını almaq üçün hökumət qanunlar qəbul etməlidir. Tək meşələrin qırılması ilə iş bitmir, yenidən meşə salınmalıdır. İnsanlar mütləq maariflənməlidilər. İbtidai siniflərdə, bağçalarımızda təməlli tədris proqramları olmalıdır. Yəni milli ibtidai təhsil haqqında Azərbaycan Respublikasının gerçək qanunu hazırlanmalı, millətin müzakirəsinə verilməlidir. Hər bir fərd bu müzakirədə iştirak etməlidir. Milli ibtidai təhsilimiz olmadan biz bunu edə bilmərik. Bağçadan başlayıb, ibtidai sinif bitənə kimi bu millət təməlli təhsil almalıdır. Meşə zolaqları hər yerdə salınmalıdır. Görsəllik baxımından lazım deyil. “Mən gedib ağac əkdim” deməklə iş bitmir.

Bakı şəhəri, Abşeron yarımadasının əhalisi təşviqatla ölkənin inkişafı üçün yenidən regionlara bölünməlidir. Universitetlər lazımı əraziləri götürməli, orada işlər görməli, əgtraf yaşıllaşdırılmalıdır. Bunun üçün də könüllülük təbliğ olunmalıdır. Biz Masallının, Şamaxının, İsmayıllının meşələrindən torpağı yığıb, zəbt etdiyimiz torpaq sahələrinə səpirik ki, münbit torpaqlarımız olsun. Halbuki ekologiyaya ciddi zərər veririik. İllərdir Bakıya maşın-maşın, “Kamaz”-“Kamaz” torpaq daşınır. Bunu görmürükmü? Görürük. Amma biganəlik nəticəsində o məmurun vicdansızca söküb gətirdiyi torpaqdan istifadə etməsinə göz yumuruq. Halbuki, bir santimetr torpağın yaranmasına 100 il vaxt lazımdır. Söküb gətirirlər. Tanrının bizə verdiyi həmin torpaqları məhv edirik. Nəticədə nə baş verir? O torpaqlar səhralaşır. Günəşdən gələn enerji meşə olmadığına görə torpağa udulur və yerdə qalır, geri dönmür. Nəticədə torpağın hərarəti yüksəlir, atmosferin üst qatı isinir. Bu isə buxarlanmanı artırır və səhralaşmanın, çölləşmənin yaranmasına səbəb olur. Bunlar hamısı mütləq şəkildə təhsillə, maarifləndirmə ilə ortadan qaldırılmalıdır.

İnanıram ki, bu ekoloji problemləri aradan qaldırmaq mümkündür. Addım atmağa iradə lazımdır. Təkcə cərimələr tətbiq etməklə deyil, eyni zamanda belə şeylər təşviq olunmalıdır. Könüllülük təşviq olunmalıdır. Bakı, Sumqayıt şəhərləri qorunmalıdır. Bu şəhərlər boşaldılıb, əhalinin müəyyən hissəsi regionlara yerləşdirməlidirlər. Televiziya, şou proqramları ilə deyil, çevrəsəl qoruma ilə insan ömrünü rahat, fərəh edən işlər görmək lazımdır. Bu da könüllülük və maarifləndirmə ilə mümkündür”.

Ekoloq deyir ki, ekologiya və ətraf mühitin qorunması mədəniyyət məsələsidir: “Bizim Xəzər dənizi boyda, necə deyərlər, Tanrı hədiyyəmiz var. Lakin biz onu kanalizasiya yeri kimi görürük. Halbuki o bizim sağlıq yerimizdir, qida mənbəyimizdir, bioloji müxtəlifliyin mənbəyidir. Orada müxtəlif çeşiddə balıq növləri, heyvanlar, quşlar yaşayır. Dənizin şəfa verən yosunları var. Biz bunları bilmirik. Onların məhv olunması üçün əlimizdən gələni edirik.

Vətəndaşların üzərinə öhdəlik qoymaq asan məsələdir. Necə ki, vətəndaşa cərimə tətbiq edirlər. Yerə zibil atan kimi cərimə yazırlar. Bununla iş olmur. Birinci növbədə məktəblərdə təbliğat aparılmalı, uşaqlara öyrədilməlidir. Qeyri-hökumət təşkilatları siyasi iradədən asılı olmamalıdır”.

Aynurə İSMAYIL

"Hürriyyət"

Qeyd: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyəsi əsasında dərc olunmuşdu.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 25 Noyabr 2024 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see201

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see196

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see182

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see163

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see161

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see158

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see158

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see131

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see130

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see127

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see125

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see120

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri