Icma.az
close
up
RU
Müəllimə hədiyyəmiz kitab olsun!

Müəllimə hədiyyəmiz kitab olsun!

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Bəlkə də bu barədə yüzlərlə dəfə yazılıb, deyilib, çağırış edilib. Lakin bir qulağımızdan alıb, o biri qulağımızdan ötürmüşük havaya. Biz jurnalistlər isə yazmaqdan usanmırıq, qoy yüz birinci, min birinci dəfə də yazaq və deyək. Bəlkə eşidən və əməl edən olar.

Axı nə üçün müəllimlərə hədiyyə verilməlidir? Heç bu barədə düşünən bir valideyn olubmu? Müəllim məktəbdə dərsini deyir, qarşılığında da məvacibini alır. Onları hədiyyələrə şirnikləndirən valideynlərdir. Valideyn hədiyyə verməsə, müəllim necə ala bilər? Valideyn hədiyyə verməsə, müəllim əslində hədiyyə arzusunda olsa da, bunu nə açar, nə də ağardar.

Valideyn komitələrinin başbilənləri heç bilmirlər ki, müəllimlər üçün daha nələr etsinlər ki, onların yanında yaxşı adamlara çevrilsinlər. Bunun üçün də “votsap”da açdıqları qruplarda başlayırlar valideynlərin zəhləsini tökməyə. Qoy bir sinifdə olsun 2-3 imkanlı valideyn. Qalan valideyn bir dərs ilində dəfələrlə 10-15, 20-30 manatdan yığmalara pulu haradan alıb verməlidir?

Görəsən bu “ənənəyə” nə vaxt son qoyulacaq? Sözün həqiqi mənasında, bu, “ənənədən” də çox özbaşınalıqdır. Nəticələr isə göz önündədir.

Valideyn həm pul yığır, həm hədiyyə alır, həm restoranda tədbir keçirir. Üst-üstə gəlin, görün, bunu etmək üçün hər valideyndən nə qədər pul yığılır? Yaxşı, valideyn daha sonra nə edir? Başlayır əlindəki telefonlarla videolar çəkib sosial şəbəkələrdə paylaşır. Övladlarımızın taleyini tapşırdığımız müəllimlər də rüsvay olur, cəmiyyət arasında hörmətdən düşürlər.

Beləliklə, uşaqlarda səhv təfəkkürün formalaşmasına səbəb yaradan elə biz valideynlərik. Olmazdı ki, valideyn komitələrinin başbilənləri vəzifələrini yalnız müəllimlərə pul yığmaq üzərində deyil, uşaqlar üçün daha səmərəli işlər üzərində qurardılar? Belə olan təqdirdə hər il dəfələrlə qarşılaşdığımız rüsvayçılıqlar da olmaz.

Bu səbəbdən yenə də valideynlərə çağırış edirik, müəllimlərə hədiyyə verməyin. Müəllimə hədiyyəniz kitab olsun, bütün sinif şagirdləri adından dəyərli bir kitab. Qoy evində, kitab rəfində qalsın, onunla dərs verdiyi uşaqları xatırlasın.

Müəllimlərə hədiyyə verməyin! Bunun əsl səbəbkarı valideynlər, sizlərsiniz. Müəllimin sizdən hədiyyə istəmək, tələb etmək haqqı yoxdur. Bunu dərk etməyin vaxtı çoxdan ötüb keçib. Gec də olsa, ayılın. Bu yoldan çəkilin. Özünüzü də, müəllimləri də biabır etməyin. Bu ənənəni nəsillərdən-nəsillərə ötürməyin.

Uşaqların beynini zəhərləməyin. Müəllimləri pis öyrədib hədiyyə almayın, pul verməyə imkanı olmayan uşaqlarla onların arasına Çin səddi çəkməyin. Bəsdir! Dövlətimiz müəllim üçün hərtərəfli şərait yaradıb. O, vəzifəsinin icrası üçün məsuldur. Yetərli əmək haqqı alır.

Hədiyyə almaq istəyirik? Qoy bu, kitab olsun. Müəllimlər də buna öyrəşəcək və bir gün daha “ bu, nədir?”,-deməyəcəklər.

Mətanət Məmmədova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Oktyabr 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1019

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see509

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see411

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see318

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see316

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see290

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see253

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see226

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see223

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see215

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see214

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see211

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see207

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see202

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see202

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see201

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see194

AZCON un “DP world” ilə birgə hədəfləri

10 Oktyabr 2026 11:37see186

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see180

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri