Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

“Həkim məsləhəti” rubrikamızda

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

Qızılın SON qiyməti

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

Tanrının bir anlıq yuxusu Xocalı 33!

Tanrının bir anlıq yuxusu Xocalı 33!

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Dondurulmuş zaman...

Xocalıdayıq. Düz 33 il əvvəlki kimi qar yağır. Bu dəfə qar dənələri şəhidlərin cansız bədənini yox, azad Vətən torpağını ağ örpəyə bürüyür.

Hava şaxtalıdır. İçimizdəki nisgil isə bu soyuqdan da kəskindir.

Ölümün də öz səssizliyi var. Sanki sükut içində sükut yaradır. Şəhərin gur səsi, adamların tələskən addımları o qış gecəsindəki sükutu poza bilmir. O gecə Xocalıda üşüyən körpələri düşünürəm. Anasının qucağında soyuqdan donan, al qana bürünən bələkdəki günahsız körpələri.

Hava elə soyuqdur ki, əllərimizi bərk-bərk paltolarımızın cibinə salmışıq. Əllərimi üşüməsin deyə qorumağa çalışdığım üçün də utanıram. Üzümə düşən hər qar dənəsində sanki şəhidlərin soyuqdan donmuş göz yaşlarını görürəm.

Xocalı... Bu ad özündə bir millətin çəkdiyi acıları, göylərə yüksələn ah-nalələri, qırılan ümidləri, güllə yağışı altında susan arzuları birləşdirir.

Qucağında buz heykələ dönmüş körpəsi ilə əllərini səmaya açıb kömək diləyən bir ana canlanır gözlərimin önündə. Qarlı meşədə yan üstə yıxılmış bir qoca donmuş barmaqları arasında sinəsinə sıxdığı Quran kitabı ilə Allaha yalvarır.

Bu fəryadlara Tanrı da cavab vermirdi, sanki dünyanın bunca dərdlərindən yorulmuş, bir anlığa mürgüləmiş və insan övladını bir-birinə əmanət etmişdi. İnsanlar Tanrının əmanətinə sahib çıxmamış, xəyanət etmişdi.

Ol səbəb, həmin gecə təkcə Xocalı ölmədi. İnsanlıq da öldü.

Unutsaq, o gecənin dəhşət dolu çığlıqları sonsuza qədər səssizliyə qarışar... 

Addım atdıqca torpaq ayaqlarımız altda titrəyir, sanki bizə nə isə pıçıldayır. Səssizcə qulaq asıram. 

Burada adi daş-divarlar da bir ömürlük xatirələr daşıyır. Bax, orada bir zamanlar uşaq gülüşləri eşidilən evlər vardı. Burada analar körpələrini bağrına basıb, qorumağa çalışırdı. İndi isə torpaq onları bağrına basıb, dincəldir. Gülüşlər, sevinclər, kədərlər hamısı torpaqda dəfn olunub. Bəlkə ona görə təbiət bu qədər kədərlidir.

Xocalının qarlı küçələrində addımlayarkən bu günə qədər izlədiyim kadrlar bir-bir gözlərimin önündə canlanır. Meşənin dərinliklərində əlində oyuncaq ayı tutan bir qız uşağı var, çəkmələrini boğazına qədər örtən qara baxır və soyuqdan titrəyir. Anasının qollarına sığınmaq istəyir. Elə hey irəli addım atmaq istəyir, amma bilmir ki, qarşısında ölüm dayanır. Gözümün önündəki lentlər sürətlə dəyişir: Balaca qızcığazın ürkək baxışları, yerə düşən oyuncaq ayısı... və sonra... sonra sadəcə sükut. 28 illik bir sükut. Bəlkə buna görədir ki, Xocalıda olmaq mənə ən çətin anlardan biri kimi görünürdü.

Ətrafa baxdıqca düşünürəm ki, sanki zaman burada illərlə dondurulub. Hər şey olduğu kimi qalıb, heç nə dəyişməyib. Uşaqların yalvarış səsləri, anaların fəryadı, ataların son nəfəsindəki çarəsizliyi bu torpaqlara hopub qalıb.

Adətimdir, ürəyim sıxılanda başımı qaldırıb göy üzünə baxıram. Qar dənələri xəfif-xəfif süzülür. Elə bil şəhidlərin 33 il əvvəl göylərə çəkilən nakam ruhları bizə salama gəliblər.

Azərbaycan Ordusunun rəşadəti və ölkə rəhbərliyinin siyasəti torpaqları təkcə azad etmədi, həm də onlara yeni nəfəs verdi. Deyirlər, ana sevgisi övladların hər biri üçün bərabər paylanır. Ancaq kimin ayağı daşa dəysə, onu bağrına basır. Daş üstə daşı qalmayan Xocalının bu gün ən incinmiş, ən yaralı övlad kimi xüsusi diqqətdə saxlanması da təəccüblü deyil.

Azərbaycan Ordusunun mübarizliyi, xalqın möhkəm birliyi və Prezident İlham Əliyevin qətiyyətli siyasəti sayəsində Xocalı şəhəri işğaldan azad olundu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən hərbi əməliyyatlar yalnız döyüş meydanında deyil, həm də diplomatik sahədə Azərbaycanın mövqeyini möhkəmləndirdi. Xocalı qurbanlarının intiqamı haqq və ədalət uğrunda verilən bu mübarizədə alındı.

Azərbaycan dövləti Xocalı faciəsinin unudulmaması və gələcək nəsillərə çatdırılması üçün bu gün də ardıcıl tədbirlər həyata keçirir. “Xocalıya ədalət!” kampaniyası, bu faciənin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli bir rol oynayır.

Xocalının bərpası prosesinin özü də Azərbaycanın gücünü və iradəsini dünya səhnəsində göstərən əlamətdar bir mərhələdir. Bu, yalnız şəhərin fiziki infrastrukturunun yox, həm də Xocalıda həyatın, mədəniyyətin, təhsilin, iqtisadiyyatın və sosial fəaliyyətin yenidən canlanması deməkdir. Şəhərin bərpası insanların öz yurdlarına qayıdıb, orada yeni bir həyat qurmasına şərait yaradır. Xocalı sakinlərinin qayıdışı ilə onların doğma torpaqlarında öz həyat tərzləri bərpa edilir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Xocalı şəhərinə səfərləri, sakinlərlə sərbəst şəkildə gəzmələri, səmimi söhbət etmələri, sakinlərin evində qonaq olmaları dünyanın nəzər-diqqətini bu dəfə qəhrəman Xocalıya yönəldir.

Qəlbimizin bir tərəfində 33 il əvvəl bu günü xatırlayıb qəmləniriksə, bir tərəfdən də fərəhlənirik. Çünki körpə yaşda həyatlarına son qoyulan körpələrin yerini indi ata-babalarının Xocalıdakı evlərindən çıxıb hər səhər məktəbə gedən uşaqlar alıb.

Günel ABBAS

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 Fevral 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see483

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

15 Sentyabr 2026 12:22see266

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see244

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see237

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see228

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see226

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see225

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see218

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see212

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see209

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see208

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see206

Qızılın SON qiyməti

15 Sentyabr 2026 09:23see204

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see203

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see201

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see200

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

15 Sentyabr 2026 18:33see193

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see183

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see183

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri