Icma.az
close
up
RU
Tanrıya dalmaq məqamında Ustad şair Məmməd İsmayılın unudulmaz xatirəsinə

Tanrıya dalmaq məqamında Ustad şair Məmməd İsmayılın unudulmaz xatirəsinə

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Səyyad AĞBABALI

 Avqustun 20-si sabahın gözü yenicə açılmışdı. "Real TV"də "Xəbərlər"ə baxırdım. Peşəkar telejurnalist Kamran Qasımov ustad şair, təpədən dırnağacan İNSAN, türkçülüyə və türk dünyasına olan ümman sevgisini böyük qəlbində yana-yana bəsləyən, həm də bu mənada Ziya Göyalp, Mehmet Akif Ərsoy, Məhəmməd Hüseyn Şəhriyar, Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Zəlimxan Yaqub kimi azman söz ustadları ilə eyni sırada vüqarla boy göstərən Məmməd İsmayıl haqqında qısa və ləyaqətli (bəli, məhz bu kəlməni xüsusi vurğulayıram - ləyaqətli!) bir sujet təqdim etdi. Və son cümlə: "Məmməd İsmayıl Tovuzun Əsrik kəndindəki qəbiristanlıqda dəfn olunacaq". Mir Şahinə ürəkdolusu "Sağ ol!" dedim.

Bütün varlığımla sarsılmışdım. Ustadın müalicə olunduğu klinikalardan birində çarpayıda uzanıb nəzərlərini sonsuzluğa dikən görkəmi gözümün önündə canlandı. Məmməd bəy mərd-mərdanə son yolçuluğa hazır olan qüdrəti, ölümün hədələrinə belə məhəl qoymayan kişiliyi ilə sanki deyirdi: "Sizə bir xəzinə əmanət edirəm. O xəzinədən bəhrələndikcə mən yaşayacağam". Bəli, Azərbaycan var olduqca Azərbaycan ədəbiyyatı da var olacaq və Məmməd İsmayıl böyüklüyü həm Azərbaycan, həm də bütövlükdə Türk dünyası ədəbiyyatında, sazın-sözün meydanında öz əzəmətini daim qoruyub saxlayacaq.

Mənim telejurnalist taleyimdə Məmməd İsmayılın xüsusi yeri, həm də üzərimdə haqq-sayı var. Yəqin çoxları etiraf edər ki, bu "xüsusi yer" və "haqq-say" məsələsinin ünvanı təkcə mən deyiləm. O, zamanında doğrudan-doğruya inqilabi işlərə imza atan "Gənclik" jurnalının ətrafına kəsərli qələmi, ictimai mövqeyi olan, dürüst yazarlar toplamışdı. 300 min tirajla nəşr olunan bu jurnalın qəlbi Azərbaycan xalqının mütləq əksəriyyətinin nəbzi ilə eyni vurudu. Sovet-kommunist rejiminin qadağalarını qırıb atan bu jurnal respublikanın ictimaii-siyasi həyatına tamami ilə yeni nəfəs verdi. Vaxtı ilə həmin jurnalın əməkdaşları, eləcə də bu nəşr orqanı ilə sıx əməkdaşlıq edənlərin bir çoxu bu gün müasir Azərbaycan ədəbiyyatının,  mediasının və teleradio məkanının vazkeçilməz isimləridir.

Məmməd İsmayıl Az.TV-nin sədri olarkən, öz sözləri ilə desək, "haralılığından, kimliyindən asılı olmayaraq istedadlı, ancaq istedadlı jurnalistləri irəli çəkirdi". O, "Gənclik"dəki yeniləşmə işini teleradio şirkətində də davam etdirmək istəyirdi. Qısa zamanda bir çox yeniliklərə imza atdı da. Televiziyada ilk səhər proqramının yaradıcısı da o idi. Məmməd İsmayıl həm də teleşirkətin peşəkar özəyini Xalq Cəbhəsi fəallarının qərəzli münasibətindən və şər-böhtanlarından qoruyurdu. Ona görə də çox keçmədi, Xalq Cəbhəsi rəhbərliyində təmsil olunanların Məmməd İsmayıla münasibəti 180 dərəcə dəyişdi. Onlar tez-tez sədrin otağında görünür, "rəhbər göstərişlər" verirdilər. Teleşirkətdə bir çox redaksiyaların başına "bayraqdar cəbhəçilər" keçməyi bacarmışdılar. Onlar tez-tez "yaramaz jurnalistlərin", "Heydər Əliyevin adamları"nın ad və soyadları olan siyahıları sədrin stolunun üstünə qoyurdular. Mən də "qovulmağa layiq" hesab edilənlərdən biri idim. Ustad 2007-ci ilin aprelində mənin haqqımda, həm də bir çox başqa məsələlər barədə etdiyi qeydlərdə belə yazırdı: "Səyyad Ağbabalı verilişlərin birində Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevlə bağlı bir xəbər və bir sujet efirə vermişdi. Səhərisi aləm bir-birinə dəydi. Cəbhəçi fəallar tələb edirdilər ki, o, tamamilə televiziyadan uzaqlaşdırılsın. Doğrudur, mən buna yol vermədim. Bununla belə, onun iş yerini dəyişdirməli oldum".

Əslində bu, ilk belə hadisə deyildi. Ulu öndərin yubileyi ilə əlaqədar 10 dəqiqəlik bir veriliş də efirə getmişdi. Məhz həm də bu fakta görə Məmməd İsmayıl Heydər Əliyevin adamı kimi xarakterizə edilirdi. Bu məsələ ilə bağlı hətta o vaxt teleşirkətin önündə piket də təşkil olundu. O isə çəkinmədən mövqeyini belə izah etdi: "Uzun illər Azərbaycanı idarə etmiş, xidmətlərinə görə Siyasi Büronun üzvlüyünə yüksəlmiş, indi isə Naxçıvan Ali Məclisinin sədri olan böyük dövlət adamı haqqında 10 dəqiqəlik bir sujetin verilməsi normal qarşılanmalıdır. Hətta az verildiyinə görə söz-söhbət yaranmalı idi. Tam əksini görürəm. Məni Heydər Əliyevə xidmət etməkdə günahlandıranlar Surət Hüseynovun çevriliş girişimi zamanı özləri onu Bakıya dəvət etdilər".

Bəlkə də yeri deyil, amma yada salmasam da, olmur. 2007-ci ildə "525-ci qəzet"də "Mən istedadı və həqiqəti qorumağa çalışmışam" sərlövhəli yazısına görə Məmməd İsmayıla "daş atmağa", böhtan yağdırmağa başladılar. "Bizim işimiz Səyyad Ağbabalı ilə deyil, ağsaqqaladır" - deyib bütün sərhədləri aşdılar. Özlərini o qədər unutdular ki, "Məmməd İsmayılın dövründə saz teleekranı zəbt etmişdi" kimi sərsəm iddia da irəli sürdülər. Arzuları o idi ki,  Məmməd İsmayıl onlarla mübahisəyə girişsin. Özləri xırda bir təpəcik belə olmayanlar başı qarlı uca dağa daş atmağa çalışırdılar. Ancaq unudurdular ki, xisləti qüsurlu kəslərin sərsəm fikirləri ustad üçün milçək vızıltısı qədər dəyərsizdir...

Məmməd müəllim bir dəfə söhbətlərindən birində mənə hətta "yaxın dostları"nın belə onu unutmaqlarından gileyləndi. "Toplum fərdlərin sayı ilə deyil, mərdlərin sayı ilə güclü olur. Adamın bir üzü olar" - deyib bu iki bənd şeiri oxudu:

Olsun yatan baxtım sizə hədiyyə,

Vaxtı oyadanlar baxtı oyatmır.

Adım cərgənizdən silinib deyə,

Bircə əlinizin xınası çatmır.

Vaxtı yox, özünü göstərər saat,

Vaxtı soruşdunmu özünü deyər.

Mənəm diliniz ucundakı ad,

Bir gün dil yanılıb düzünü deyər.

Məmməd İsmayıl bir türk sevgisi ilə yaşadı, yaratdı, elə o sevgi ilə də Haqq dünyasına qovuşdu.

Tanrı dağlarından enib gəlibdi,

Bozqırda, Bozqurda dönüb gəlibdi.

O yurddan bu yurda enib gəlibdi,

Hicran sevgisidi türkün sevgisi.

Yaxşı bax, o qala türk qalasıdı,

Bütün qalaların ilk qalasıdı.

Basılmaz, yenilməz Ərk qalasıdı,

Ərkin sevgisidi türkün sevgisi.

Adəmlə Həvvanı gördüyü yaşda,

Başında dərd də var, dərddən savaş da.

Namusu nəfsindən yuxarı başda,

Börkün sevgisidi türkün sevgisi.

Bir hədisdə deyilir ki, insan var önə baxar, insan var sona. Sona baxanlar daha üstündür, çünki görüşləri sona, sonuca aiddir. Önə baxanlar isə özlərinə görə daha xas adamlardır. Onlar sona baxmazlar. Nə hacət? - deyərlər. Buğda əkilən yerdən arpa biçiləsi deyil ki? Elə insanlar da var, nə önə baxarlar, nə sona - onların yadına nə ön, nə də son düşər. Onlar Tanrıya dalıb getmişlərdir. Məmməd İsmayıl da məhz Tanrıya dalmaq məqamına ucalanlardan idi.

Allah rəhmət eləsin!

P.S. Bu qeydlərlə Məmməd İsmayılın haqqını verə bilməyəcəyimin fərqindəyəm. Heç belə bir iddiam da yoxdur. Mən öz qələmimi ustadın qələminin beş verstliyində saxlamağa borcluyam.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Avqust 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see291

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see290

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see249

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see232

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see192

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see189

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see188

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see170

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see149

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see140

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see140

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see138

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see136

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see129

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see126

Flik: “Belə bir “Çelsi”yə qarşı on nəfərlə oynamaq asan deyil”

26 Noyabr 2025 03:08see122

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see122

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see122

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see121

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri