Icma.az
close
up
RU
Tanzaniya Milli Assambleyasının sədri Azərbaycana səfərə gəldi

Tanzaniya Milli Assambleyasının sədri Azərbaycana səfərə gəldi

Icma.az, Sfera.az-ə istinadən, xəbər edir Tanzaniya Milli Assambleyasının sədri Azərbaycana səfərə gəldi.

Tanzaniya Respublikası Milli Assambleyasının sədri Tulia Ekson BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 15-də Azərbaycan Respublikasına səfərə gəlib.

Sfera.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclisin deputatı Əminə Ağazadə və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, COP29 çərçivəsində noyabrın 16-17-də Bakıda Parlamentlərarası İttifaqın və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşü keçiriləcək. Altmış altı ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker olmaqla, 167 parlament üzvünün iştirakı gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az-da ən son yeniliklərə baxın.
seeBaxış sayı:19
embedMənbə:https://sfera.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri