TAP İtaliya üçün ikinci ən böyük təchizat marşurtuna çevrildi
Sia Az saytına istinadən Icma.az xəbər verir.
İtaliya Cənub Qaz Dəhlizinin əsas rolunu enerji keçidində tanıyır. O təchizatın təhlükəsizliyinin təmin edilməsinə yönələn bir təşəbbüsdür və COP29 çərçivəsində qəbul edilən qərarlara uyğundur.
SİA xəbər verir ki, bunu İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi nazirinin müavini Vannia Qava Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışı zamanı deyib.
O bildiririb ki, istismara veriləndən, 2020-ci ilin sonunda İtaliya 36 milyard kubmetrdən artıq qazı idxal edib.
“Bu da Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə həyata keçirilib. 2024-cü ildə TAP İtaliya üçün ikinci ən böyük təchizat marşurtuna çevrildi. TAP Avropanı Xəzər və Şimali Afrika ilə birləşdirərək İtaliyanın strateji enerji mərkəzi kimi rolunu gücləndirməyə kömək edəcək və biz artıq boru kəmərinin gücünün artırılması prosesinə başlamışıq”, - deyə nazir müavini qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 04 Aprel 2025 18:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















