Tarantinodan Hollivuda ağır sözlər “Ora artıq dadsız sosiska fabrikidir”
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Məşhur rejissor Kventin Tarantino “Sight & Sound” jurnalına verdiyi son müsahibəsində Hollivudun ünvanına kəskin tənqidlər səsləndirərək müasir filmlərin heç birinə heyran ola bilmədiyini etiraf edib.
“Qafqazinfo” xəbər verir ki, “Oskar” mükafatlı rejissor hazırkı kino sənayesini keyfiyyətsiz məhsul istehsal edən müəssisəyə bənzədib:
“Səthi yanaşma, qeyri-reallıq, auditoriyaya yersiz yarınmaq, uğursuz aktyor seçimi və ya sadəcə axmaqlıqlar... Əvvəllər özünü Hollivud adlandıran bu dadsız-duzsuz sosiska fabrikindən çıxan hər bir yeni filmi, adətən, məhz bu amillər məhv edir”.
Tarantino son altı il ərzində yalnız Stiven Spilberqin “Uestsayd hekayəsi” (2021) və Kevin Kostnerin “Üfüq” (2024) filmləri kimi bir neçə ekran işini bəyəndiyini, lakin onların da onu tamamilə ovsunlaya bilmədiyini deyib:
“Məni xəyallarımdakı o sehirli həzz dünyasına aparacaq heç nə yoxdur. Əvvəllər mən o dünyaya müntəzəm olaraq baş çəkirdim, elə buna görə də kinonu digər sənət növlərindən daha çox sevirdim. İndiki vaxtda isə film izləməkdənsə, kitab oxumağı üstün tuturam”.
Bununla belə, rejissor Co Karnahanın ssenarisini yazdığı və rejissorluq etdiyi, baş rollarda Mett Deymon və Ben Afflekin çəkildiyi yeni kriminal triller janrlı ekran işini xüsusi qeyd edərək, bu filmin onu son vaxtlar ekran qarşısında saxlamağı bacaran yeganə layihə olduğunu vurğulayıb.
Qeyd edək ki, hazırda Tarantino yeni pyes üzərində işləyir və onun dünya premyerasının 2027-ci ildə Londonun Uest-End (West End) teatrında baş tutacağı gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:182
Bu xəbər 04 İyun 2026 21:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















