Icma.az
close
up
RU
Tarix “izlənmə sayı” ilə yazılmır

Tarix “izlənmə sayı” ilə yazılmır

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Berlində keçirilən görüşlər çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Tural Sadıqlı ilə dialoqu zamanı səsləndirdiyi fikirlər bir şəxsin fəaliyyəti ilə əlaqədar mesaj deyil.

Bu fikirlər son illərdə ölkədən kənarda fəaliyyət göstərərək Azərbaycan dövlətinə qarşı sistemli və qərəzli informasiya kampaniyaları aparan, milli maraqları hədəfə alan dairələrə verilmiş siyasi və mənəvi mesaj kimi də dəyərləndirilməlidir.

Diqqət çəkən məqam ondan ibarətdir ki, Prezidentin köməkçisi polemika və emosional qarşıdurma yolunu seçmədən, kifayət qədər aydın və prinsipial mövqe ortaya qoyub. “Həyatda ən çətin şey vətənə və dövlətə xəyanət etməkdir” fikri əslində siyasi mübahisələrin fövqündə dayanan bir həqiqəti ifadə edir. Hakimiyyətin siyasətinin ayrı-ayrı istiqamətlərinə tənqidi yanaşmaq, fərqli mövqedən çıxış etmək mümkündür və bu, siyasi proseslərin təbii tərkib hissəsidir. Lakin xarici mərkəzlərin maraqları naminə öz dövlətinə qarşı fəaliyyət göstərmək, milli maraqları hədəfə alan kampaniyalarda iştirak etmək milli, vətəndaş, soydaş kimliyinin ən ağrılı deqradasiyasıdır.

Çünki xəyanət təkcə siyasi seçim deyil. Xəyanət insanın öz keçmişi, öz kökləri, mənsub olduğu xalq, daşıdığı soyad, danışdığı dil və aid olduğu mənəvi məkanla bağlarının qırılması deməkdir. Bu, bir insanın özünü öz yaddaşından, öz tarixindən və hətta öz gələcəyindən məhrum etməsidir. Tarix göstərir ki, vətənə sədaqət insanı ucaltdığı kimi, vətənə xəyanət də onu mənəvi tənhalığa və uçuruma sürükləyir. Xəyanətkarı heç xidmət etdiyi dairələr belə yüksək dəyərləndirmir, o, hər zaman vətənini satdığı kimi, hər kəsi, hamını, hətta özünü satmağa hazır fərd kimi qiymətləndirilir. Vətəni satdığı andan şəxs yalnız kod adı olan fərd, fiqurant, agentə çevirilir. Hikmət müəllim bu acı həqiqətin bütün xəyanətkarlar tərəfindən dərk olunmasına çalışdı. Yazıçı, filosof Çernışevski xüsusilə yaxşı ifadə edib: "Vətənə xəyanət ruhun həddindən artıq alçaqlığını tələb edir". H.Hacıyev məhz bu fikri diplomatik dildə məharətlə diqqətə çatdırdı.   

Ən önəmli məqam isə Hikmət Hacıyevin çıxışında nifrət və ya qisasçılıq deyil, təəssüf hissinin ön plana çıxmasıdır. “O statusda yaşayan insanlara yazığım gəlir” ifadəsi insanın yanlış seçimi və xarici maraqların istifadə alətinə çevrilməsi nəticəsində öz vətəni ilə münasibətlərini itirməsinin yaratdığı mənəvi boşluğa verilən qiymət idi. İnsanın öz xalqından, öz dövlətindən və milli kimliyindən uzaq düşməsi siyasi mübarizənin deyil, mənəvi məğlubiyyətin göstəricisidir.

Əslində xəyanətin ən böyük cəzasını xəyanətkar özü daşıyır. Təsadüfən, atalarımız "xain xoflu olar",-deməyiblər. Çünki belə bir seçim insanı doğmalarının hörmətindən, xalqının etimadından və ən əsası, öz vicdanı qarşısında rahat olmaq imkanından məhrum edir. Bu ağrını nə yüksək səslə deyilən sözlər, nə sosial şəbəkələrdə yaradılan süni gündəmlər, nə də xaricdən gələn dəstək kompensasiya edə bilir.

Hikmət müəllimin sözlərində siyasi rəqibə cavabdan daha çox, insan taleyi ilə bağlı acı bir həqiqət ifadə olundu, vətənə qarşı çıxmaq mümkündür, lakin vətənsiz qalmağın yaratdığı mənəvi boşluğu doldurmaq mümkün deyil. Çünki insan üçün ən ağır yük bəzən məğlubiyyət deyil, öz xalqının yaddaşında yanlış tərəfdə qalmaqdır.

Vətən mübahisə mövzusu deyil. Vətən insanın köküdür. Kökündən ayrılan ağac necə quruyursa, Vətənindən mənən qopan insan da zamanla özünü itirir. Zaman isə mənəvi boşluqda yaşayan bu insanları sürətlə sovurur...

Anar Yusifoğlu

Əməkdar jurnalist

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 İyul 2026 21:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see288

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see283

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see279

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see267

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see266

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see250

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see244

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see240

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see220

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see207

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see201

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see200

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see199

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see197

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see195

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see191

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see180

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see178

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see176

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri