Icma.az
close
up
RU
Trampı ələ salıb izlənmə rekordu qırdılar

Trampı ələ salıb izlənmə rekordu qırdılar

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Dünyada ən çox izlənilən animasiya seriallarından biri olan “South Park”, yeni mövsümündə ABŞ Prezidenti Donald Trampı hədəfə alaraq izlənmə rekordu qırıb.

"Cebheinfo.az" xəbər verir ki, Serialın siyasi göndərişləri və satira dozası artdığı bir vaxtda, tamaşaçı sayı son üç ilin ən yüksək səviyyəsinə çatıb.

27-ci mövsümün ilk bölümü bu il “Comedy Central” kabel kanalı və “Paramount+” rəqəmsal yayımlama platformasında 5,9 milyon izləyici toplayaraq, “South Park”-ın 2022-ci ildən bəri ən yüksək mövsüm açılışı reytinqini əldə edib.

“Neilsen” şirkətinin son 4 ayda apardığı izlənmə göstəricilərinə əsasən, serialın yeni mövsümünün tamaşaçı sayı 2023-cü illə müqayisədə iki dəfə artıb.

Serialın yaradıcıları Mett Stoun və Trey Parker “New York Times”-a verdikləri müsahibədə siyasətdən qaçmağın artıq mümkün olmadığını bildiriblər. 

Parker deyib:

“Məsələ bizim tamamilə siyasi olmağımız deyil, siyasətin populyar mədəniyyətə çevrilməsidir”. 

Stoun isə əlavə edib: “Tramp administrasiyasını tənqid etməyin tabu halına gəlməsi bizi daha çox cəlb etdi. Harada tabu varsa, biz oradayıq”.

Yeni mövsümün diqqətçəkən mövzularından biri, Trampın “Şeytan obrazı” ilə olan əlaqəsi idi. Serialın Helouin bayramında yayımlanan “Şapkalı Qadın” adlı son bölməsində Trampın Ağ Evin Şərq qanadını dağıtması satirik şəkildə təqdim olunub.

Bölümdə “varlığın” əslində birinci xanım Melaniya Tramp olduğu, onun Böyük Britaniya səfərində geyindiyi bənövşəyi şapka ilə təsvir edildiyi göstərilib.

Ağ Ev daha əvvəl “South Park”-ın Trampı hədəfə alan bölmələri ilə bağlı verdiyi açıqlamada, “Solun ikiüzlülüyünün sərhədi yoxdur. İllərlə serialı təhqir kimi qiymətləndirib hədəf alırdılar, indi isə tərifləməyə başlayıblar” bəyanatını yaymışdı.

Parker sonda deyib:

“Biz sadəcə orta mövqedəyik. Hər cür ifratçılıqla ələ salırıq — duyğusallıqla, tabularla, siyasi fiqurlarla, çünki bunlar hələ də bizim üçün çox gülməlidir”.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Noyabr 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri