Icma.az
close
up
RU
Tarix yazmağa davam etmək istəyirik Toral Bayramov

Tarix yazmağa davam etmək istəyirik Toral Bayramov

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

“Qarabağ”ın futbolçusu Toral Bayramovun QOL.az saytına müsahibəsi

- Səfərdə “Karvan”a 2:0 hesabı ilə qalib gəldiniz. Oyunla bağlı nə deyə bilərsiniz?

- Çox çətin oyun oldu. Həm hava isti idi, həm də meydança amili var idi. Ağır oyundan çıxmışdıq. Psixoloji cəhətdən yorğunluq var idi. Şükürlər olsun ki, qalib gəldik, mövsümdə ilk qələbəmizi qazandıq. Növbəti oyunlarda da 3 xal qazanmağa çalışacağıq. 

- Süni qazon işinizi nə dərəcədə çətinləşdirdi?

- Əlbəttə, süni qazonda oynamaq çətindir. Dünyanın əksər yerində təbii ot örtüyüdür. Süni qazon mikrozədələrə gətirib çıxardır. Lakin nə etmək olar? İşimizdir budur. 

- Anşlaq yaşanan “Ferensvaroş”la matçdan sonra bu görüşə köklənmək nə dərəcədə çətin idi?

- Əlbəttə, fərq var. Lakin yenə deyirəm, bu, bizim işimizdir. Burada qalib gəlməsək, oralara gedib çıxa bilmərik. Ona görə də əsas daxili çempionatdır. Burada qalib gəlməsək, avrokuboklarda çıxış edə, xalqımızı sevindirə bilmərik. Ölkə çempionatda hər matça qələbə üçün çıxırıq.

- Çempionlar Liqasının Liqa mərhələsinin püşkünü necə dəyərləndirirsiniz? 

- Çempionlar Liqasında zəif rəqib yoxdur. Maraqlı oyunlar bizi gözləyir. Hər matç çox gərgin keçəcək. Bacardığımız qədər çox xal toplamaq və tarix yazmağa davam etmək istəyirik. 

- “Qarabağ”ın potensialı bu rəqiblərlə oyunda neçə xal yığmağa imkan verir?

- Nəsə deyə bilmərəm. Futboldur, hər şey ola bilər. Dəfələrlə bunu sübut etmişik. Əsas olan qarşılaşmalara komanda şəklində düzgün hazırlaşmaqdır. Hamı əlindən gələni edəndən sonra yaxşı nəticə qazanmaq mümkündür. 

- Qarşıdan milli komandamızı İslandiya və Ukrayna ilə görüşlər gözləyir. Həmin oyunlardan gözləntiləriniz nədir?

- Bizi ağır oyunlar gözləyir. Uzun səfərimiz olacaq. Ölkəmizi layiqincə təmsil etmək istəyirik. Əlimizdən gələni yox, gəlməyəni edəcəyik ki, səfərdən uğurlu nəticə ilə qayıdaq. 

- “Qarabağ”ın avrokuboklardakı inamlı çıxışı millinin oyununa müsbət təsir göstərə bilər?

- Qələbə həmişə qələbədir. Qalib gələndə yüksək əhval-ruhiyyə olur. İnanırıq ki, “Qarabağ”ın çıxışı milliyə də müsbət təsir göstərəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://qol.az
archiveBu xəbər 01 Sentyabr 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri