Icma.az
close
up
RU
Tarixçi alimin Seyid Cəfər Pişəvəri kitabı çap olundu

Tarixçi alimin Seyid Cəfər Pişəvəri kitabı çap olundu

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Tarix elmləri doktoru, professor Cəmil Həsənlinin “Tarix yaradanlar” seriyasından növbəti kitabı çap olunub.

Gununsesi.info bildirir ki, tarixçi alim bu dəfə Seyid Cəfər Pişəvərinin həyat hekayəsini qələmə alıb.

“Seyid Cəfər Pişəvəri “Altun kitab” nəşriyyatının “Tarixi yaradanlar” seriyasında 448 səhifəlik növbəti kitabdır. Yaxın vaxtlarda kitab dükanlarında olacaq.

Maraqlı hekayəsi var Pişəvərinin. Onun həyatı Xalxal, Bakı və Təbriz arasında keçib. Həyatının gənclik illəri ilə bağlı bəzi qaranlıq məqamlar vardı. Onları aydınlaşdırmağa çalışdıq. Bakıda müəllimlik, Gilan Sovet Respublikasında nazir, yenidən Bakı və “Ədalət partiyası”nda fəaliyyəti, qəzetçilik işində ilk uğurları.

Onun həyatının 10 ildən çoxu Tehranın məşhur “Qəsri-Qacar” zindanında keçib. Barışmaz ideya mübarizəsi gedirdi Qəsrdə. İran komunistləri zindanda sinələrinə Stalinin, türk solçuları Pişəvərinin, paniranistlər Rza şahın portretlərini döydürüdülər (tatu). Zindanda bəzi maraqlı əsərlərini yazdı Seyid Cəfər.

Əslində onun adı Mir Cəfər idi. Şəhrivər hadisələrindən sonra bir çox siyasilər kimi o, da azadlığa çıxdı. Bir müddət jurnalistlik fəaliyyəti ilə məşğul olduqdan sonra aktiv siyasi fəaliyyətə keçdi. Həmin vaxt Sovet Azərbaycanının rəhbəri də Mir Cəfər idi. Fərqlənmək üçün o, Seyid Cəfər adı ilə məşhurlaşdı.

Azərbaycan xalqının 1945-1946-cı illəri əhatə edən 21 Azər hərəkatı onun adı ilə bağlıdır. Pişəvəri 21 Azər hərəkatının simvolu idi. Zaman onun adını simvola çevirmişdi. Dramatik, dedektivə bənzər bir həyat yaşadı Pişəvəri. 1947-ci ilin iyulunda onun KGB-nin hazırladığı gizli əməliyyat nəticəsində avtomobil qəzasına saltılar. Tehranın məşhur “Ettelaat” qəzeti yazırdı ki, qəza Tbilisidə baş verib. Amma onun Gəncə – Yevlax yolunun 14-cü km-liyində qəzaya salmışdılar.

“Saib” gizli adı altında İran yola salınacaq fədailərlə onlara fəzifələrini izah etmək üçün Hacıkəndə getmişdi, Şəkiyə gedərkən əməliyyat həyata keçirildi. Əslində fədailərin İrana yola salınması da onu məhv etmək üçün hazırlanan əməliyyatın tərkib hissəsi idi.

Onun istintaqını aparan müstəntiq hesabat vermək üçün Moskvaya çağrıldı və müəmmalı şəkildə hoteldə ölü tapıldı. Günahı işgəncə yolu iləsürücünün üzərinə qoydular. yalnız 1956-cı ilin aprelində keçirilən Bağırovun məhkəməsində aydın oldu ki, onu Moskvanın göstərişi ilə avtomobil qəzasına salıb öldürüblər.

Yəni, dedektiv kimi bir tarix hekayəsi” deyə Cəmil Həsənli qeyd edib.

Afət Abbasova 

Gununsesi.info 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:256
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 13 Sentyabr 2025 00:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see576

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see417

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see295

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see262

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see260

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see250

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see249

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see239

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see229

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see224

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see204

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see197

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see197

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see192

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see179

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see178

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see168

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri