Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Bankların keşbek faizləri Yanvar 2026

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

Tarixin Qızıl səhifələri ni yazan Seyid Cəfər Pişəvəri

Tarixin Qızıl səhifələri ni yazan Seyid Cəfər Pişəvəri

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qiymət MƏHƏRRƏMLİ,
AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru.

Azərbaycan Milli Hökumətinin rəhbəri və 21 Azər hərəkatının başçısı Seyid Cəfər Pişəvərinin Cənubi Azərbaycanda Milli Hökumətin yaranıb-fəaliyyət göstərdiyi dövrdə – 1945-1946-cı illərdə baş verən ictimai-siyasi hadisələrlə bağlı yazıb, “Azərbaycan” qəzetində dərc etdirdiyi məqalələrin, eləcə də o dövrün tarixi reallıqlarını əks etdirən sənəd, məqalə və məktubların toplandığı “Qızıl səhifələr” kitabı Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin layihəsi əsasında işıq üzü görmüşdür. Layihənin rəhbəri və kitabın elmi redaktoru filologiya elmləri doktoru Rəhim Əliyev, redaktorlar – filologiya üzrə fəlsəfə doktoru Fikrət Süleymanoğlu və Elmira Bağırova, transliterasiya və tərtib edənlər – Elmira Bağırova və Afaq Mehdibəyova, farsca mətnləri tərcümə edənlər isə Hökumə Allahverdiyeva və İbrahim Quliyevdir.

Cənubi Azərbaycanda Milli Hökumətin yaradılmasının 80 illiyi ərəfəsində işı üzü görən bu sanballı kitab Azərbaycan xalqının milli azadlıq yolunda mübarizə tarixindən bəhs edir. Kitab Təbrizin Elmiyyə mətbəəsi tərəfindən çap edilmiş 1946-cı il nəşri əsasında tərtib olunaraq, ictimaiyyətə təqdim edilmişdir. Kitabın məzmun və mahiyyətindən çıxış edib deyə bilərik ki, burada toplanan zəngin materiallar bir xalqın qədim tarixi keçmişini detalları ilə göstərməsə də, ikiyə parçalanmış bir millətin milli mənlik şüurunun diqtə etdiyi yolla gedərək, azad, demokratik dövlət qurmaq ideallarına çatmasını əngəlləyən yaxın keçmişdəki hadisələri, qəhrəmanlıq tarixini göz önünə gətirir. Oxucuya təqdim olunan kitab o dövrün təbəddülatlarla dolu mübarizə yolunu, bu yolun məzmun və mahiyyətini, Cənubdakı Milli Hərəkata rəhbərlik edən Azərbaycan Demokratik Firqəsinin yaradılması prosesini, bu yolda uğura cəhd və uğursuzluqların səbəbini, Milli Hökumətin başlıca hədəflərini, xalqın yeni qurulmuş hökumətə münasibətini, azadlıq mücahidlərinin fədakarlığını və Demokratik quruluşa Tehran hökumətinin və digər xarici ölkə siyasilərinin xəyanətkar münasibətlərini bütün açıqlığı ilə ortaya qoyur. Kitabda verilmiş Müqəddimədən aydın olur ki, Seyid Cəfər Pişəvərini “Qızıl səhifələr”i yazmağa ruhlandıran bir adam olub – onun əqidə, fikir və mübarizə yolbayı Mirzə İbrahimov! “Yaz!” – deyib ona! Bu olanlar yazılmalı, millətdə milli şüur oyanmalıdır! Xalq ayağa qalxmalı, birləşməli, onun dilinə, vicdanına, qeyrətinə, namusuna uzanan əl kəsməlidir!

“Gündəlik ağır mübarizə vaxtında tarix yazmaq və ya ədəbi mövzular ilə məşğul olmaq müşkül bir işdir” – deyə mübarizə meydanında bir əli siyasət dəllallarının qarşısını kəsməyə cəhddə, bir əli beyni, ruhu, təfəkkür və düşüncəsi ilə həqiqətləri yazıb ortaya qoymaqdaydı S.C.Pişəvərinin. Mənsub olduğu xalqı, milləti hər addımda əzirdilər, ana dilində danışanların dilini, bu dildə yazanların əlini, bu dildə düşünənlərin başını kəsirdilər. O isə təkcə milli hərəkatın önündə getməklə kifayətlənmirdi, sinəsini açıq-aşkar ölümün qabağına verirdi.

Bəli, “Yaz!” – dedi, Mirzə İbrahimov və Pişəvəri də yazdı o qızıl tarixi. Olduğu kimi! Gördüyü kimi! Yaşadığı kimi! Və...millətin yaşadıqlarını yazdı!

“Mən bu sətirləri şöhrət və təzahürat üçün yazmıram. “Azərbaycan” qəzetinin gündəlik nömrələrini ürək döyüntüsü ilə təqib edib, ona böyük qiymət qail olan dostlardan birisi dedi: “Yaz”. Mən də böyük işlərdən vaxt oğurlayıb, yorğun və əzgin dəqiqələrdə onun arzusunu yerinə yetirdim. Məqsəd millətimizin azadlığı yolunda apardığım mübarizələrdən nümunə göstərməkdir. Onu olduğu kimi təsvir və şərh etməyi tarixçilər, ədib və şairlərimizə tapşırmaq lazımdır. Bu onların milli və əxlaqi vəzifəsidir. Bizim firqəmiz dövlət vücuda gətirməklə məşğul olduğu üçün mən də başqa tarix yaratmaq işi ilə məşğulam...” – Bu sətirlərin müəllifi Azərbaycan xalqının azadlıq mübarizəsi yolunda açıq-açığına cihada çıxmış, hər bir hərəkəti ilə istiqlal mübarizəsinin şanlı tarixinə yeni səhifələr yazmış böyük Seyid Cəfər Pişəvəridir. Onun yazdığı yazılar təkcə “S.C.Pişəvəri” imzası ilə getmirdi, o hərdən gizli imzalara da müraciət etməli olurdu. Bəzən “Möhsün” olmağa məcbur idi, bəzən də “Novruz”. Üslub eyniydi! Yol eyniydi! Mahiyyət eyniydi!

Azərbaycan Milli Hərəkat tarixinin “Qızıl səhifələr”ini yazırdı o böyük şəxsiyyət və inanırdı ki: “Adamlar öləcəklər, imarətlər viran olacaqdır, şəhərlər, kəndlər yenilənəcəkdir, amma “Qızıl səhifələr” həmən şəkildə qalıb hətta bir cümləsi belə dəyişilməyəcəkdir. Firdovsi ölüb ortadan getdi, Sultan Mahmud isə dünyanın keşməkeşində torpaq olub fəna oldu, lakin “Şahnamə” bu günə qədər yaşayıb, yenə də yaşayacaqdır. “Qızıl səhifələr” də “Şahnamə” və ona bənzər əsərlər kimi dünya durduqca yaşayıb, hərəkatımız haqqında gələnlərə danışacaqdır”.

“Qızıl səhifələr” kitabı millətimizin başına gətirilən vəhşiliklər, faciə və qətliamlar barədə acı həiqətlərin tarixə çevrilmiş, qanlı mürəkkəblə yazılmış əzab salnaməsidir. “Qızıl səhifələr” Azərbaycan türk xalqının azadlıq və istiqlal, mübarizə və mücadilə yolunda ömrünü fəda etmiş millət qəhrəmanlarının ensiklopedik tarixi həqiqətlər toplusudur. Bu, sadəcə bir kitab deyil. Bu, millətə millət olmağın, milli mənliyinə, milli kimliyinə, dövlətçilik ənənələrinə sahiblənmək yolunu göstərən sənədli epopeyadır!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 07 Oktyabr 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see416

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see190

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see182

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see161

Bankların keşbek faizləri Yanvar 2026

05 Yanvar 2026 14:11see158

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see157

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see157

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see154

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see152

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see150

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see150

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see149

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see148

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see144

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see143

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see141

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see139

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see137

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see137

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri