Icma.az
close
up
RU
Tarixdən “2” alan səfir başqasına “dərs” keçir

Tarixdən “2” alan səfir başqasına “dərs” keçir

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Deyəsən, Dekotini öz ölkəsinin dünyanın dörd bir tərəfində törətdiyi cinayətləri “unudub”

Fransanın Ermənistandakı səfiri Olivye Dekotininin verdiyi açıqlamalar və sosial şəbəkədə etdiyi paylaşımlarla diplomat adına və bu peşəyə xələl gətirdiyi heç kəsə sirr deyil. O, tərəfsiz diplomatik mövqe sərgiləmək əvəzinə, açıq şəkildə ermənipərəst xətti yeritdiyini hər addımda nümayiş etdirir. Dekotininin çıxışlarında tez-tez Ermənistanın təhlükəsizliyi, sabitliyi və suverenliyi ön plana çəkilir, amma regionda sülhün bərqərar olması üçün əsas şərt olan ədalətli yanaşma nədənsə yaddan çıxır. Xüsusilə, səfirin birtərəfli mövqeyi Fransanın uzun illərdir yürütdüyü qərəzli siyasətin davamı kimi qiymətləndirilir. Dekotininin bəyanatları Ermənistandakı revanşizmə və hələ də mövcud olan separatizmə dolayı dəstək nümunələridir. Bu isə onun fəaliyyəti barədə ciddi suallar doğurur.

Səfir kimi əsas vəzifəsi Fransa–Ermənistan münasibətlərinin daha yüksək səviyyəyə qaldırılması olan Dekotini bugünlərdə missiyasını “unudaraq” “X” platformasındakı hesabında 2014-cü il avqustun 3-də “İraq İslam Şam Dövləti”nin (İŞİD) yezidi kürdlərin soyqırımına başladığını yazıb. Əlbəttə, bura qədər yazılanlarla işimiz yoxdur. Bizi hiddətləndirən Dekotinin yazdıqlarının ikinci hissəsidir. Beləliklə, ermənipərəstliyi ilə ad çıxarmış başabəla diplomatın yazdıqlarını oxuyaq: “Bu, 1915-ci il “erməni soyqırımı”nın təkrarı idi. Eyni qırğınlar, zorakılıqlar, digər dinin daşıyıcılarına zorakı münasibətlər...”

Qeyd etdiyimiz kimi, Dekotininin diplomatik mandatı, mahiyyət etibarilə, Fransa ilə Ermənistan arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafını təmin etmək, bölgədə sülhə və sabitliyə töhfə vermək olmalıdır. Lakin son paylaşımı göstərir ki, o, bu missiyasını ya unudub, ya da bilərəkdən kənara qoyaraq daha çox birtərəfli ideoloji təbliğatla məşğuldur. Dekotini 2014-cü ildəki məlum hadisələrdən bəhs edərkən bunu 1915-ci ildə yaşanan olaylarla müqayisə etməklə kifayətlənmir, həm də bu iki fərqli tarixi hadisəni eyniləşdirərək açıq şəkildə siyasi mövqe ortaya qoyur. İlk baxışdan bu cür ifadələr insan haqları və tarix qarşısında həssas yanaşmanın təzahürü kimi təqdim edilə bilər. Lakin məsələ ondadır ki, bu yanaşma özündə diplomatik neytrallıqdan çox, bir xalqın keçmişindən siyasi məqsədlərlə istifadə edilməsini ehtiva edir. Tarixi hadisələrin hüquqi-siyasi qiymətləndirilməsi müvafiq beynəlxalq instansiyaların səlahiyyətindədir. Nə BMT, nə də Beynəlxalq Ədalət Məhkəməsi 1915-ci il hadisələrini “soyqırımı” kimi tanımayıb. Bu baxımdan Fransanın rəsmi təmsilçisinin öz ölkəsinin mövqeyini bütün beynəlxalq hüquq prinsiplərinin fövqündə göstərməsi və bunu başqa bir hadisə, yəni yezidilərin faciəsi ilə paralel aparması ictimai rəyə təsir göstərməyə yönəlmiş təxribatçı təşəbbüsdür.

Bu cür açıqlamalar təkcə tarixə yanlış baxışın ortaya qoyulması deyil, həm də regional münasibətlərə zərər vuracaq yanaşmanın göstəricisidir. Türkiyə və Azərbaycan uzun illərdir ikili standartlardan əziyyət çəkir. Ankara və Bakı bölgəmizə, burada yaşanmış olaylara Qərb ölkələrinin obyektiv və balanslı münasibət sərgiləməsinə çağırış edirlər. Lakin bu təşəbbüs isti qarşılanmır. O.Dekotininin sonuncu paylaşımı göstərir ki, onlar tarixi öz karlarına gəldikdə xatırlayırlar. Yəni özlərinə sərf etdikdə müəyyən xalqların yaşamış olduqları ağrılar xatırlanmağa, belə deyək, layiq görülür, digərlərinin acıları isə ya görməzlikdən gəlir, ya da bilərəkdən susdurulur. Dekotini belə obyektivdirsə, bir dəfə də Xocalı, Malıbəyli, Meşəli, Qaradağlı, Başlıbel faciəsini xatırlasın, son 37 ildə azərbaycanlıların başına gətirilən müsibətlərdən danışsın. Amma yox, danışmaz. Onun başqa xalqların ağrılarına “həssaslığı” yalnız siyasi məqsədə uyğun gələndə işə düşür.

Bəli, müsyö Dekotininin paylaşımındakı ən problemli və bizi hiddətləndirən əsas səbəb onun Türkiyəni açıq şəkildə qondarma “erməni soyqırımı”nda ittiham etməsidir. Diplomatik etika baxımından bu cür iddialar həm ciddi qüsur, həm də açıq qərəz nümunəsidir. Çünki bu ifadə ilə, o, qeyd etdiyimiz kimi, hələ də beynəlxalq hüquqi qərarlarla təsdiqlənməmiş və təsdiqlənməsi mümkün olmayan bir məsələdə konkret tərəf tutur. Üstəlik, bu mövqeyi ilə Ermənistanın illərdir təbliğ etdiyi saxta tezisləri təkrar edir. Türkiyənin dəfələrlə arxivləri açmağa, tarixçiləri ortaq komissiya yaratmasına çağırmasına baxmayaraq, bu çağırışlara susqun qalan dairələr, görünür, tarixə obyektiv baxmaq əvəzinə, onu siyasi alətə çevirməyə üstünlük verirlər. Dekotininin bu açıqlaması da məhz belə bir niyyətin məhsuludur. Yəni, məqsəd nə tarixə aydınlıq gətirmək, nə də bölgədə barış mühitinə töhfə verməkdir. Məqsəd Türkiyəni beynəlxalq müstəvidə ləkələmək və Ermənistanın uydurduğu “əzabkeş xalq” mifini davam etdirməkdir.

Əgər Dekotini və onun kimi diplomatlar, siyasətçilər tarixi hadisələr qarşısında “həssaslıq” göstərmək istəyirlərsə, ilk növbədə öz ölkələrinin keçmişinə baxsalar daha ədalətli olar. İŞİD-in törətdiyi əməllər kontekstində Türkiyənin adını qondarma “soyqırımı” ilə hallandıran, dolayısı ilə qardaş ölkəni olmazın məsələlərdə ittiham edən Fransa özü bəşəriyyətə qarşı törədilmiş bir çox ağır cinayətlərin müəllifidir. Bu cinayətlər təkcə ötən əsrə aid deyil, həm də müasir dövrdə dəfələrlə gündəmə gətirilmiş, amma heç vaxt tam məsuliyyətə cəlb olunmamış əməllərdir. Gəlin, həmin faktların bəzilərinə diqqət yetirək.

Əlcəzairin fransız zülmü altında inlədiyi dövrdə (1830–1962) burada bir əsrdən çox davam edən sistemli repressiya və soyqırımı həyata keçirilib. Təkcə 1954–1962-ci illərdə müstəqillik müharibədə təxminən 1,5 milyon əlcəzairli qətlə yetirilib. Minlərlə insan işgəncələrə məruz qalıb, kəndlər yandırılıb, mülki əhali “təmizləmə əməliyyatları” ilə qırılıb.

Asiyanın cənub şərqində, Hind–Çin yarımadasında yerləşən müasir Vyetnam və İndoneziya dövlətlərində müstəmləkəçilik də Fransanın üz qarasıdır. Fransa Vyetnamda yüz minlərlə insanı istismar edib. Məcburi əmək, təhsil hüquqlarının tapdanması və etirazların qəddarlıqla yatırılması bu siyasətin tərkib hissəsi idi. Xüsusilə 1946–1954-cü illərdə fransız hərbçiləri tərəfindən dinc əhaliyə qarşı zorakılıq və edamlar geniş yayılmışdı.

1994-cü ildə baş verən Ruanda soyqırımı zamanı, yəni 800 minə yaxın tutsi və hutunun qətlə yetirildiyi prosesdə Fransanın o dövrdəki hökuməti bölgədəki rejimə dəstək verməkdə və qırğınlara göz yummaqla ittiham olunur. Fransa hərbi və diplomatik vasitələrlə həmin rejimi qoruyub saxlayıb.

Afrikada nüvə sınaqları və insan haqlarının pozuntuları da yaddan çıxa bilməz. Beşinci Respublika 1960-cı illərdə Sahara səhrasında onlarla nüvə sınağı həyata keçirib. Bu sınaqlar nəticəsində ətraf mühitə və yerli əhaliyə dəyən ziyan hələ də davam edir. Çoxsaylı yerli sakinlər bu səbəbdən xərçəngə və genetik xəstəliklərə düçar olublar. Ən yeni tariximizdə Yeni Kaledoniya, Polineziya və digər koloniyalarda yerli xalqlara qarşı assimilyasiya siyasəti rəsmi Parisin dəyişmək istəmədiyinin göstəricisidir. Fransa bu bölgələrdə uzun illər yerli mədəniyyətləri sıxışdırıb, dildə və dinlərdə assimilyasiya aparıb, yerli liderləri sürgün və ya təzyiqlə neytrallaşdırıb. Buna görə də, yaxşı olardı ki, müsyö Dekotini öz ölkəsinin törətdiyi gerçək cinayətləri xatırlasın, nəinki başqalarına tarix dərsi keçməyə cəhd etsin.

İlyas HÜSEYNOV, 
politoloq

– Fransa dövlətinin Ermənistandakı səfiri Olivye Dekotini hər zaman qeyri-standart düşüncələri ilə diqqət mərkəzinə düşür. Onun sonuncu paylaşımı da müəyyən qədər qeyri-ordinardır. Çünki yezidi kürdlər barədə fikir bildirir. Bu paylaşım daha çox politoloji, regional geosiyasi məsələləri əhatə edən və müəyyən qədər ideoloji əsasları olan düşüncələri əks etdirir. Diplomatlar, adətən, dövlətlərin və regionların daxili işlərinə bu cür açıq şəkildə müdaxilə etməkdən çəkinirlər. Onların əsas missiyası ikitərəfli əlaqələri daha da gücləndirməkdən, iqtisadi fayda əldə etməkdən və təmsil etdikləri dövlətlərin maraqları qorumaqdan ibarətdir. Belə görünür ki, Fransa və Ermənistan arasında heç bir iqtisadi maraq yoxdur. Səfir də məcbur qalıb geopolitik məsələlərə burnunu soxur. Çünki 2014-cü ildə İraqda yezidi kürdlərin təqib olunması Ermənistana və Fransaya aid olmayan məsələdir.

Burada Bəşər Əsəd rejiminin devrilməsi, Türkiyənin İraq və Suriyada maraqlarının təmin olunması və qondarma erməni “soyqırımı” olaylarının gündəmdə saxlanılması məsələsi var. Fransa dövləti bu prosesin arxasında dayanır. Çünki kürdlər, assurilər, ermənilər, yunanlar zaman-zaman “türklərin qəzəbinə tuş gəlmiş xalqlar” kimi təqdim olunur və Fransa da ümumilikdə, bu ideoloji əsasları təşkil edən və Türkiyəyə təzyiqləri gücləndirən metodologiyanı tətbiq etməyə çalışır. Bunu ilk baxışdan, yəni, adi gözlə görmək mümkün deyil. Lakin bunun arxasında çox güclü təhdid, şantaj, xəbərdaredici fikirlərin olduğunu sezmək mümkündür. Çünki hazırda Suriyada vətəndaş müharibəsi də bitib, yeni hökumət formalaşıb. Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa xalqının həyat şəraitini yaxşılaşdırmaq və təhlükəsizliyini təmin etmək üçün mühüm addımlar atır. Hətta avqustun 2-də Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracına başlanılıb. İlkin mərhələdə ildə Suriyaya 1,2 milyard kubmetr təbii qazın verilməsi planlaşdırılır. Azərbaycan və qardaş Türkiyə Suriyanın təhlükəsizliyi, iqtisadi inkişafı, xalqının rifahı üçün əllərindən gələni edirlər və bundan sonra da edəcəklər. Belə görünür ki, Fransa səfiri bundan narahat olub və 11 il öncə Suriyada təqiblərə məruz qalmış yezidi kürdlər məsələsini ortaya atır. Hesab edirəm ki, bu cür yanaşmalar heç bir diplomata başucalığı gətirmir və bulanıq suda balıq tutmaq niyyətini ifadə edir.

Səxavət HƏMİD 
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Avqust 2025 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see386

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see361

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see336

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see256

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see248

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see241

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see231

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see188

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see179

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see168

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see166

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see161

Böyük Qayıdış: verilən vəd və görülən işlər

20 Avqust 2026 13:23see161

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see160

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see158

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see157

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see155

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see155

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see150

“Meta”, “Microsoft”a milyonlar ödəyir

20 Avqust 2026 18:07see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri