Icma.az
close
up
RU
Tarixdən gələcəyə uzanan siyasi irs ŞƏRH

Tarixdən gələcəyə uzanan siyasi irs ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

3 oktyabr 1993-cü il Azərbaycan dövlətçiliyinin taleyində dönüş yaradan tarixlərdən biridir. Həmin gün xalqın böyük əksəriyyətinin Heydər Əliyevə etimad göstərməsi ölkəmizin siyasi inkişafında yeni mərhələnin başlanmasına səbəb oldu. Bu seçim müstəqilliyin ilk illərində ciddi sınaqlarla üzləşən Azərbaycanın dövlətçilik institutlarının qorunması və möhkəmləndirilməsi baxımından həlledici əhəmiyyət daşıdı. Xalq öz iradəsi ilə ölkənin gələcəyini peşəkar idarəçilik və güclü dövlətçilik ənənəsi ilə əlaqələndirdi.

Ümummilli Lider Heydər Əliyevin Prezident seçilməsindən sonra Azərbaycanın qarşısında duran ən mühüm vəzifə dövlətin sabitliyini təmin etmək və müstəqilliyin dönməzliyinə nail olmaq idi. Ulu Öndər qısa müddətdə siyasi qarşıdurmaların səngidilməsi, dövlət idarəçiliyinin möhkəmləndirilməsi və qanunun aliliyinin təmin edilməsi istiqamətində mühüm addımlar atdı. Dövlət çevrilişi cəhdlərinin qarşısının alınması və vətəndaş qarşıdurması təhlükəsinin aradan qaldırılması ölkədə sabit inkişaf üçün əsas siyasi zəmini formalaşdırdı. Beləliklə, Azərbaycan böhran vəziyyətindən çıxaraq ardıcıl dövlət quruculuğu mərhələsinə qədəm qoydu.

Ulu Öndərin siyasi irsinin mühüm istiqamətlərindən biri də Azərbaycanın dünyaya açılması və milli maraqlar əsasında beynəlxalq əməkdaşlığın genişləndirilməsi idi. Tarazlaşdırılmış xarici siyasət ölkəmizin müxtəlif güc mərkəzləri ilə münasibətlərini inkişaf etdirməsinə və beynəlxalq təşkilatlarla əməkdaşlığını genişləndirməsinə şərait yaratdı. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın işğalçılıq siyasətinin beynəlxalq müstəvidə ifşa olunması və ərazi bütövlüyümüzün bərpasının dövlət siyasətinin əsas məqsədlərindən biri kimi müəyyənləşdirilməsi gələcək qələbə üçün mühüm siyasi baza yaratdı.

İqtisadi strategiya da müstəqilliyin möhkəmləndirilməsinə xidmət edən uzunmüddətli xətt kimi formalaşdırıldı. “Əsrin müqaviləsi” Azərbaycanın enerji potensialını beynəlxalq əməkdaşlığın mühüm istiqamətinə çevirdi. Sonrakı illərdə enerji və nəqliyyat layihələrinin genişlənməsi ölkənin regional əhəmiyyətini artırdı, iqtisadi imkanlarını genişləndirdi. Ulu Öndərin müəyyən etdiyi bu strategiya Azərbaycanın gələcək inkişafı üçün dayanıqlı maliyyə və iqtisadi baza yaratdı.

Heydər Əliyev siyasi kursunun əsas mahiyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrdə yeni məzmun və daha geniş miqyas qazandı. Ölkənin iqtisadi gücünün artırılması, müdafiə qabiliyyətinin yüksəldilməsi və beynəlxalq mövqelərin möhkəmləndirilməsi ardıcıl dövlət siyasətinin əsas nəticələrinə çevrildi. Bu siyasətin yaratdığı güc və imkanlar 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi. 2023-cü ildə dövlət suverenliyinin tam təmin edilməsi isə bu tarixi prosesin məntiqi və mühüm yekunu oldu.

Bu gün Azərbaycan 3 oktyabr 1993-cü ildə başlanmış böyük siyasi yolun nəticələrini yaşayır. Heydər Əliyevin dövlətçilik irsi zamanın sınaqlarından keçərək müasir Azərbaycanın inkişaf strategiyasının mühüm dayaqlarından birinə çevrilib. Prezident İlham Əliyevin həmin siyasi kursu qətiyyətlə davam etdirməsi nəticəsində Azərbaycan yalnız öz müstəqilliyini qoruyan deyil, həm də ərazi bütövlüyünü və suverenliyini bərpa edən, regionda və beynəlxalq aləmdə mövqeyi güclənən dövlətə çevrilib. Buna görə də 3 oktyabr 1993-cü il Azərbaycan tarixində bir seçkinin tarixi olmaqdan daha böyük məna daşıyır: bu tarix milli iradənin dövlətçilik strategiyasına çevrildiyi və gələcək Zəfərin siyasi əsaslarının qoyulduğu mühüm başlanğıcdır.

Rüstəm Nağıyev,

YAP Gədəbəy rayon təşkilatının sədri.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 Sentyabr 2026 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see317

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see316

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see310

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see310

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see300

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see296

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see292

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see291

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see264

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see262

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see256

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see253

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see253

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see251

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see243

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see241

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see240

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see237

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see202

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri