Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Tarixə qovuşan polietilen torbalar: Nə etməliyik? Mütəxəssis rəyi

Tarixə qovuşan polietilen torbalar: Nə etməliyik? Mütəxəssis rəyi

Teleqraf.com saytına istinadən Icma.az xəbər verir.

Ötən ay Milli Məclisdə “Ətraf mühitin mühafizəsi haqqında” qanuna dəyişiklik layihəsi qəbul olunub. Sənədə təklif olunan dəyişiklikdə qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilib. Qanun layihəsinin polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, digər birdəfəlik istifadə üçün nəzərdə tutulan məhsullara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minməsi təklif olunub.

Maraqlıdır, proses necə baş tutacaq? Sözügedən məhsullar nəylə əvəzlənəcək?

Mövzu ilə bağlı mütəxəssislər Teleqraf.com-un sualını cavablandırıb.

Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev bildirib ki, ekoloji baxımdan zərərli olan plastik məhsullardan istifadənin dayandırılması üçün qlobal miqyasda çağırışlar edilib. Məlumdur ki, belə məhsullar təbiətə düşdükdə uzun müddət parçalanmadan qala bilir və təbiəti çirkləndirməklə bərabər, canlı aləmə də çox mənfi təsir göstərir. Dəniz canlılarının, quşların yaşayış mühitinə, qidasına düşdükdə onların ölümünə səbəb olur:

"Çox yüngül çəkili polietilen torbalar (pinqvinlər) təbiətə düşdükdən sonra onları geri yığmaq mümkün deyil. Birdəfəlik istifadə olunan plastik qablar (çəngəllər, bıçaqlar, qaşıqlar, stəkanlar, boşqablar) qarışdırıcı çubuqlar çimərlikləri, dənizləri, ətraf mühiti çirkləndirir. Onun sözlərinə görə, bu məhsullar təkrar emala yararlı olmadlğı üçün ətraf mühitin çirklənməsində rolu daha çoxdur. Bu səbəblə həmin məhsulların beynəlxalq təcrübədə olduğu kimi məhdudlaşdırılması, azaldılması istiqamətində tədbirlər görülür. Əvəzində isə ətraf mühitə ziyan verməyən materialdan hazırlanan qab və torbalardan istifadə nəzərdə tutulur. Məsələn, çox dəfə istifadə olunan qablar, parça, kağız, bioplastik torbalar var ki, təbiətdə çox tez parçalanır".

O bildirib ki, bir neçə ildir bu istiqamətdə maarifləndirmə işləri aparılır, artıq bəzi marketlər kağız və parça torbaların isifadəsinə keçid ediblər. Amma qərar olmadığına görə, bu kütləvi hal almır. Qərar qüvvəyə mindikdən sonra sözügedən məhsulların istehsalı və satışı qadağan ediləcək, bu da alternativ məhsulların istehsalını artıracaq. Artıq ölkəmizdə belə məhsulların istehsalına başlanılıb.

“Alternati materialdan olan məhsulların istehsalına marağı artırmaq üçün növbəti mərhələdə 15 mikrondan daha qalın torbaların pulsuz satışına icazə verilməyəcək, bununla bağlı da qərarlar olacaq. Hazırda marketlərdə pulsuz paylanan polietilen torbalar istehlakçılara öz satış dəyərinə veriləcək.

Mehman Nəbiyev kağız və karton əsaslı torbalarla bağlı cəmiyyətdə etiraza səbəb olan məsələyə də aydınlıq gətirib: “Qeyd etməliyəm ki, ölkəmizdə ağac kəsilərək, kağız istehsal edilmir. Bu materiallar ölkəmizə Rusiya, Belarusiya və digər Avropa ölkələrindən gətirilir. Bizim meşələr mühafizə olunan qiymətli meşələrdir və onlardan kağız istehsalında istifadə olunmur”.

Məsələyə münasibət bildirən Ukrayna Kulinarlar Birliyinin üzvü, Türkiyə Şef Aşcılar Dərnəyinin Azərbaycan təmsilçisi, qida texnoloqu Ağa Salamov deyib ki, plastik torbalar və plastik birdəfəlik istifadə qabları yığışdırılmazdan əvvəl ölkəyə idxal olunan məhsullar da nəzarətə götürülməlidir: “Plastik torbalar tullantı kimi gec məhv olur, aylar, illər ərzində müəyyən dərəcədə mənfi təsirini həm insanlara, həm də iqlimə göstərir. Bu paketlərin parça paketlərlə əvəzlənməsinin tərəfdarıyam. Çünki parça yuyulur, ondan dəfələrlə istifadə etmək olur. Lakin kağız paketlərdə qeyd etdiklərimiz mümkün deyil.

Nəzərə alaq ki, marketdə alış-veriş zamanı bəzi məhsullar politelin torbalarda qablaşdırılır. Xaricdən idxal olunan məhsullarla yanaşı, yerli istehsal sahələrində istehlakçılara təqdim olunan məhsullar da politelin qablaşdırmadan azad olunmalıdır. Proses kompleks şəkildə nəzərə alınmalıdır”.

Ekspert plastik tərkibli paketlərin şüşə ilə əvəz olunmasından da söz açıb: “Şüşə qablar ultrabənövşəyi şüaları buraxmayan şüşələrdən hazırlanmalıdır. Məhsul şəffaf şüşədə satılırsa, saxlanma şəraitinə diqqət göstərilməlidir. Sərin, rütubətsiz, günəş şüalarından uzaq yerdə saxlanmalıdır. Məhsullar rəngli şüşələrdə qablaşdırılsa, daha məqsədəuyğun olar. Plastik şüşələr isə birmənalı olaraq satışdan çıxarılmalıdır Çünki onlar həm ekologiyaya ziyandır, həm də şəffaf olduğu üçün şüaları özünə çəkir, içində çöküntülər olur.

Bu gün politelin qabları satışdan kənarlaşdırırıq. MBD ölkələri bunu tətbiq etdilər, amma həmin qabları pullu elədilər. Məsələnin maliyyə tərəfini fikirləşərək addım atılması düzgün deyil. Əgər ekologiyanı, əhalinin sağlamlığını düşünürüksə, kompleks şəkildə iş görülməlidir”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki, hər zaman haqqında danışılan MDB təcrübəsi tətbiq olunmalı, şəffaf, qalınlığı minimum olan və pulla satılan plastik torbalardan istifadə edilməlidir: “Lakin plastik torbaların pulla satılması məsələsi Milli Məclisin qərarında yoxdur. İnsanlar özlərinin birdəfəlik şəxsi bazar torbalarına keçid etməlidirlər. Həmçinin cənub bölgəsində hazırlanan, el arasında “talış zəmbilləri” kimi tanınan həsir zəmbillərdən də istifadə olunması məsləhətdir. Ümumiyyətlə, bəşəriyyəti plastikdən xilas etmək lazımdır”.

Qurum sədri plastik torba istehsal edən zavodların karton tərkibli torbalara keçməsini məsləhət görüb: “Bu zavodlar Amerikadakı kimi karton tərkibli torba istehsal etsinlər. Düzdür, başqa ölkələrdə istehsal edilən karton tərkibli çəngəl və bıçaq görməsəm də, amma qab və torbaların karton və kağız tərkiblisini görmüşəm və buna keçid etmək mümkündür. Nepal kimi geridə qalmış bir ölkədə plastik torbalara çoxdan qadağa qoyulub.

Bizim ölkədə də mütləq bu, həll olunmalı və yeni istehlakçı davranışı nümayiş olunmalıdır. İstehlakçılar buna tələb yaratmamalıdırlar. Əgər onlar buna tələb yaratmasalar, təklif də meydana çıxmaz. Bir sözlə, istehlakçılar xüsusən pandemiya dövründə başqasının viruslarını plastik torbalarla evlərinə daşımamalıdırlar”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 15 Noyabr 2024 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see603

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see341

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see286

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see275

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see273

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see266

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see258

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see250

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see243

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see239

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see224

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see220

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see219

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see215

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see212

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see210

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see197

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see193

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see187

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri