Icma.az
close
up
RU
Tarixi bilməmək, yoxsa siyasi qərəz?

Tarixi bilməmək, yoxsa siyasi qərəz?

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fransa səfiri absurd paylaşımı ilə nə demək istəyib?

Səfir sıradan bir adam deyil, öz ölkəsinin başqa bir dövlətdə və yaxud beynəlxalq təşkilatda elçisi kimi rəsmi statusa malikdir. Onun müxtəlif tribunalardan ifadə etdiyi fikirlər də çox doğru olaraq təmsil etdiyi dövlətin mövqeyi anlamında qəbul olunur. Bu mənada Fransanın Ermənistandakı səfiri  Olivye Dekotininin X sosial şəbəkəsində İranın Qərbi Azərbaycan vilayətinin xəritəsini paylaşması ciddi suallar doğurur. Birmənalı şəkildə demək mümkündür ki, səfirin absurd paylaşımı onun daşıdığı yüksək diplomatik vəzifəyə adekvat deyil.

Qarayaxma kampaniyasının tərkib hissəsi

Olivye Dekotini İranın Qərbi Azərbaycan vilayətinin xəritəsini “Tək və yeganə” şərhi ilə paylaşıb. Səfirin bu paylaşımı xoş niyyətlə deyil, siyasi qərəzlə etdiyi ortadadır. Məlumdur ki, Azərbaycan ədalət və beynəlxalq hüquq normalarından çıxış etməklə rəsmi Parisin hələ də Afrikada, dənizaşırı ərazilərdə ən eybəcər formada həyata keçirdiyi neokolonializm siyasətinə qarşı kəskin siyasi iradə ortaya qoyur. Ölkəmiz o mövqedən çıxış edir ki, müstəmləkəçilik keçmişin qalığıdır və müasir dünyada bu üzqarası siyasətindən imtina olunmalıdır. Məhz Azərbaycanın təklifləri əsasında yaradılan Bakı Təşəbbüs Qrupunun (BTQ) səmərəli fəaliyyətinin nəticəsi olaraq rəsmi Parisin müstəmləkə ölkələri ətrafında qurduğu informasiya blokadası aradan qalxıb. Buna görə də həm də erməni lobbisinə güclü şəkildə bağlı olan Yelisey Sarayı Azərbaycana qarşı qısqanclıq, heyifçıxma zəminində qarayaxma kampaniyası aparır. Səfirin bəhs olunan paylaşımı məhz bu kontekstdə dəyərləndirilməlidir.

İrəvana səfir təyinatı alan  Olivye Dekotininin regionun tarixindən bixəbər olması ağlabatan deyil. Bəhs olunan coğrafiyanın tarixi ilə bağlı faktlar internet resurslarında hər kəsə açıqdır. Səfirin də faktları öyrəndiyinə heç bir şübhə yoxdur. Ancaq o, xəritəni tarixi həqiqətlər işığında deyil, Yelisey Sarayının, şəxsən Makronun Ermənistana və Azərbaycana münasibətinə uyğun məzmunda şərh verməklə paylaşıb. Səfir bu paylaşımla bir tərəfdən Azərbaycan-İran münasibətlərinə kölgə salmaq istəyib. Ölkələr, xalqlar arasında ədavət toxumu səpmək Yelisey Sarayına xas olan bir ənənədir. Digər tərəfdən, Olivye Dekotini  izləyicilərinə son vaxtlarda intensivləşən, beynəlxalq müstəviyə çıxarılan “azərbaycanlıların Qərbi Azərbaycana dönüşü” müzakirələrinin əsası olmadığı fikrini aşılamaq istəyir.

Bu tezis də Yelisey Sarayından gəlir. Rəsmi Paris zamanında tarixi yurd yerlərindən zorla deportasiya edilmiş azərbaycanlıların və onların varislərinin Qərbi Azərbaycana qayıtmaq istəklərini Azərbaycanın Ermənistana qarşı ərazi iddiaları sərgiləməsi məzmununda təqdim edir. Halbuki, Azərbaycan heç bir qonşu dövlətə, o cümlədən də Ermənistana qarşı ərazi iddiaları sərgiləmir. Soydaşlarımızın geri  dönmək - Qərbi Azərbaycana qayıtmaq hüququ isə mütləq qaydada tanınmalıdır. Ermənistan hakimiyyəti onların ləyaqətli şəkildə öz tarixi torpaqlarına dönüşünə şərait yaratmalıdır. Yelisey Sarayı, səfir həm də onu bilməlidirlər ki, bu, beynəlxalq hüququn yaratdığı bir məsuliyyətdir.

Səfirə kiçik xatırlatma

Qeyd etdiyimiz kimi, Qərbi Azərbaycan coğrafiyasının tarixi ilə bağlı məlumatlar hər kəsə açıqdır. Ancaq əgər düşünsək ki, Olivye Dekotini tarixdən bixəbərdir, ona kiçik xatırlatmalar da edə bilərik. Beləliklə, 1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından biri  ilə tarixi şəhərimizi - İrəvanı Ermənistana faktiki olaraq hədiyyə edib. Bundan iki il sonra - 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız Zəngəzur da Azərbaycandan alınaraq Ermənistana birləşdirilib. Qərbi Azərbaycandan olan soydaşlarımız növbəti faciəni 1948-1953-cü illərdə baş verən deportasiya zamanı yaşayıblar. Və nəyayət azərbaycanlılar ötən əsrin səksəninci illərinin sonlarından başlayaraq sonuncu və sayca dördüncü deportasiyaya məruz qalıblar. Yeri gəlmişkən, 5 dekabr Qərbi azərbaycanlıların 1987-1991-ci il deportasiyasının anım günüdür. Bu münasibətlə Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ - Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda dekabrın 5-i və 6-sı ikinci beynəlxalq konfransı keçiriləcək. Tədbirə 51 ölkədən 100-dən artıq xarici iştirakçının qatılacağı gözlənilir. Saxta, absurd, səfir statusuna uyğun gəlməyən paylaşım edən Olivye Dekotini bu kimi tarixi həqiqətləri bilməli və ədalət mövqeyindən çıxış etməlidir!

5 dekabr Qərbi azərbaycanlıların 1987-1991-ci il deportasiyasının anım günüdür. Bu münasibətlə Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ - Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda dekabrın 5-i və 6-sı ikinci beynəlxalq konfransı keçiriləcək.

Mübariz ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 Noyabr 2024 08:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see440

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see437

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see322

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see290

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see279

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see273

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see269

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see266

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see251

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see235

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see224

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see221

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see221

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see216

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see216

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see211

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see211

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see209

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see192

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri