Icma.az
close
up
RU
Tarixi dəyişən sülh konsepsiyası Azərbaycanın dövlət siyasəti kimi

Tarixi dəyişən sülh konsepsiyası Azərbaycanın dövlət siyasəti kimi

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

I məqalə

Beynəlxalq-hüquqi praktika

“Sülhsevərlik”, “dostluq”, “barış” və sair kimi anlayışların adi həyatda işlədilən mənalarını hər kəs bilir. Bu kimi terminlərin beynəlxalq hüquq müstəvisinə proyeksiyası isə artıq siyasi-nəzəri və fəlsəfi refleksiyadır. Burada “refleksiya” tam mənası ilə nəzəri sistemlər qurmağı ehtiva etmir - anlayışların mənalarının elə sərhədlərinin empatiyasını nəzərdə tutur ki, düşüncə və fəaliyyəti həmin “sahədə” ahəngdar edə bilsin. Bu baxımdan latınca “reflectere” (“inikas”) olan refleksiyanın “sülhsevərlik”, “dostluq”, “barış” kimi anlayışların beynəlxalq hüquq kontekstində anlamı dövlətin liderinin problemi empatiyası ilə sıx bağlıdır. Faktdır ki, ümumi adı 
“sülhsevərlik” və “sülh konsepsiyası” olsa da, hər bir dövlətin özünəxas konseptual və praktiki yanaşması mövcuddur. Yəni adı eyni olsa da, dövlətlərin sülhsevərlikləri və sülh konsepsiyaları məzmunda, strateji hədəf məsələsində fərqlənirlər. Ancaq dövlət səviyyəsində bu kimi anlayışlara konkret hüquqi məzmun verən bir neçə kriteriya vardır. Onlar BMT-nin Nizamnaməsində əks olunmuşlar.

BMT

Bu beynəlxalq təşkilatın Nizamnaməsinə uyğun olaraq beynəlxalq hüququn prinsipləri haqqında Bəyannamədə dövlətlərarası münasibətlərə aid olan “dost münasibətlər” anlayışı tərif edilmişdir. Bu, artıq beynəlxalq hüquqi praktikaya aid olan məsələdir. Bəyannamənin preambulasında dövlətlərarası aspektdə “dost münasibətlər”in semantikasına bir sıra parametrlər daxil edilmişdir. Onları qruplaşdırmaq olar:

– BMT-nin əsas məqsədləri olaraq beynəlxalq sülhün və təhlükəsizliyin təmini, dövlətlərarası əməkdaşlığın dostluq kimi təşkili;

– Xalqların bir-birinə tolerantlıq göstərməsi;

– Xalqların mehriban qonşular kimi sülh şəraitində yaşaması;

– Dövlətlərin bir-biri ilə sülh, təhlükəsizlik, beynəlxalq iqtisadi sabitlik, tərəqqi, xalqların rifahı üçün çalışması, diskriminasiyasız münasibətlər qurması.

Bu kriteriyalardan sülhsevərlik və əməkdaşlığın əsas prinisplərini alırlar. BMT üçün onlar aşağıdakılardır:

– Beynəlxalq hüquq və təhlükəsizlik;

– İnsan haqları, diskriminasiyanın ləğv edilməsi, dini dözümsüzlüyün aradan qaldırılması;

– Dövlətlərarası münasibətlərin bərabər suverenlik və daxili işlərə qarışmama qaydalarına uyğun qurulması (iqtisadi, sosial, mədəni, texniki və ticari sahələrdə).

Bunlar beynəlxalq hüquqda sülh, dostluq, barış, mehriban qonşuluq və s. kimi anlayışların konkret məzmun aldığını göstərirlər. Belə alınır ki, hər hansı dövlətin sülh konsepsiyası və ya sülhsevərlik identifikasiyası yüksək siyasi, hüquqi, mənəvi, mədəni kontekstə malikdir. Buna görə də istənilən sülh konsepsiyasını və ya sülhsevərlik identikliyini dövlətin əldə etdiyi nailiyyətlərə görə qiymətləndirmək zəruridir. Bu bağlılıqda prinsipial əhəmiyyəti olan bir neçə termini də izah etmək lazımdır.

Hücum etməmək və ya “sülh şəraitində yanaşı yaşamaq”

Dövlətin sülhsevər siyasətinin mərkəzində başqa dövlətə hücum etməmək şərti dayanır. Bu, adi hal deyildir. Məsələn, erməni siyasi şüuru əsrlərlə elə istiqamətlənmişdi ki, qonşu dövlət olan Azərbaycana hücum etməyi özünün təbii qaydası hesab edirdi. Bu, qondarılmış Ermənistana rəhbərlik edən hər bir şəxsin siyasətində özünün konkret ifadəsini tapırdı (deyəsən, Paşinyan yavaş-yavaş dəyişməyə meyllidir).

Deməli, ciddi siyasi, geosiyasi və dövləti səviyyədə “hücum etməmək” və ya “sülh şəraitində yanaşı yaşamaq” heç də şəxsin emosional durumunu ifadə etmir – o, əsaslı dövlət yanaşmasının fəaliyyətində təsdiq olunmalıdır. Bu da o deməkdir ki, dövlət özü bu terminlərin siyasi, hüquqi və geosiyasi anlamlarını müəyyən etməlidir.  

Onda müstəqil dövlət üçün hücum etməməklə sülh şəraitində yanaşı yaşamağın mənaca uyğunluqları dövlətin məsələni siyasi və hüquqi anlama xüsusiyyəti ilə birbaşa bağlıdır və bu kontekstdə o, hər şeydən öncə siyasi-diplomatik fəaliyyətin xarakterinə aid olandır. Sözdə demək, sənəddə təsbit etmək hələ hücum etməmək və ya sülh şəraitində yaşamağa hazır olmaq deyildir. Dövlət rəhbərliyinin problemi konseptual anlaması ilə ona əməl etməsi ziddiyyət təşkil etməməlidir. Və bu davamlı olmalı, dövlət siyasətinin ənənəsinə çevrilməlidir. Deməli, sülhsevərlik güc tətbiq etməkdən imtinanı özündə konseptual olaraq nəzəri və praktiki cəhətlərin sintezi kimi ehtiva edir. 

Münaqişələrin  həlli, əməkdaşlıq və qarşılıqlı yardım

Bunlar əsl sülhsevərlik üçün prinsipial fəaliyyət növləridir. Onlar bir-biri ilə sıx bağlıdırlar. Münaqişələri danışıqlar yolu ilə həll etməkdə səmimi olmaq dövlətin sülh konsepsiyasının ana xəttini təşkil etməlidir. Qarşı tərəf bu məsələdə səmimi olmasa, vəziyyət dəyişir. Onu məcburən sülhə gətirmək haqqı meydana çıxır. Deməli, reallıqda münaqişənin dinc yolla həll edilməsi niyyəti birtərəfli deyil, həmişə ikitərəflidir. Tərəflərdən biri bu qaydaya əməl etmirsə, bu prinsip müvəqqəti olaraq əhəmiyyətini və real həlledici gücünü itirir.

Bu özəlliyə qarşılıqlı yardımlaşma ciddi surətdə aiddir. Dövlət, ümumiyyətlə, paylaşmağı, yardımlaşmanı sevməlidir. Bu, birbaşa humanitarlığın göstəricisidir. Yardımlaşmada səmimi olmayan dövlət real anlamda sülhsevər və mehriban qonşuluğa uyğun davranan deyildir. Buradan da əməkdaşlığın gerçək və ya illüziya yaratmaq, yalandan görüntü formalaşdırmaq kimi aldadıcı obrazı yarana bilər. 

Deməli, beynəlxalq hüququn prinsipləri əsasında qarşılıqlı hörmət və əməkdaşlıq dövlətin sülhsevərliyinin real göstəriciləridir. 

Nəhayət, bir nəzəri qeyd də vacibdir. 

Hərbi bloklara qoşulmamaq

XXI əsrdə dövlətin identikliyində xüsusi əhəmiyyəti olan faktorlardan biri onun hərbi bloklara münasibəti ilə bağlıdır. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ən ağır vəziyyətdə belə heç bir hərbi bloka qoşulmadı. Azərbaycan öz ərazisində olan bütün xarici hərbi bazaları çıxartdı. Bu proses 1989-cu ilin dekabrında “sərhəd hərəkatı”ndan başladı və bu günə kimi ona dəqiq əməl olunur. Azərbaycan Ermənistanın hərbi qruplaşmalarını, Rusiyanın hərbi bazalarını və sonra sülh-
məramlılarını məhz həmin prinsipə dəqiq əməl etməklə ölkədən çıxardı. 

Beləliklə, Azərbaycan müasir müstəqillik dönəmində həqiqi mənada sülhsevər dövlət identikliyinə sahibdir. Onun fəaliyyəti ardıcıl olaraq xarici hərbi bazaların ölkədən kənarlaşdırılması istiqamətində davamlı olaraq qurulmuşdur. Bu proses indi də davam edir. Bəzən, qardaş Türkiyənin hərbi bazasının Azərbaycanda yerləşdirilməsinə çağırışlar eşidilir. Ancaq bu, mümkün deyildir, çünki Konstitusiya və Azərbaycanın dövlət identikliyi buna yol vermir.

Bunun fonunda Ermənistan tam anlamda sülh konsepsiyasına malik olmayan dövlətdir. O, bir hərbi blokun – KTMT-nin üzvüdür. İndi ondan yaxa qurtara bilmir. Bir sıra hallarda qurtuluş üçün başqa bir hərbi bloka, NATO-ya referens etməyə çalışır. Buna görə də Ermənistan KTMT ilə NATO arasında sıxılır. 

Bunlar o deməkdir ki, Ermənistan hələ tam anlamda sülhsevər siyasətini formalaşdırmalıdır. Vaşinqtonda paraflanan sülh sazişi həm də bu baxımdan İrəvan üçün əhəmiyyətlidir. Çünki Azərbaycandan sülh məsələsində öyrənməli çox şeylər vardır. 

Beləliklə, biz Vaşinqtonda əldə edilən razılaşmaların konseptual anlamı üçün əhəmiyyəti olan bir ümumiləşdirmə apara bilərik. Onun təməlində, ümumiyyətlə, müstəqil Azərbaycan Respublikasının 1993-cü ildən təməli qoyulmuş Sülh Konsepsiyasının əsas müddəaları dayanır.       

Vaşinqton zirvəsinə aparan sülh konsepsiyası

İndi Azərbaycan və dünya KİV-də Azərbaycanın Vaşinqtonda əldə etdiyi tarixi nailiyyətləri əsasən son illərin siyasi gündəmləri ilə izah edirlər. Bu, tamamilə təbiidir. Çünki bu prosesin XXI əsrdə memarı həqiqi anlamda Prezident İlham Əliyevdir. ABŞ Prezidenti Donlad Tramp da dünya miqyasında sülh üçün vacib addımlar atır. Ayrıca, onun ailə dəyərlərinə verdiyi qiymət Azərbaycanda ailə barədə fikirlərlə uyğunluq təşkil edir.

ABŞ-nin Respublika partiyası sağ mərkəzçi və konservativ yönlü təşkilat kimi fəaliyyətində mənəvi-əxlaqi dəyərləri və ailə dəyərlərini qorumağı ciddi nəzərə alır. D.Tarmp da bu dəyərlərə böyük önəm verir. Azərbaycanın cəmiyyət ənənələri aspektində sosial özünütəşkilə baxışlardakı bu yaxınlıq, əlbəttə ciddi faktordur. Onun siyasətdə də təsiri mühüm məsələdir. 

Vaşinqtonda Azərbaycan Prezidentinin D.Trampa müraciətən “Siz möcüzəyə imza atdınız” deməsi, Cənubi Qafqaz kontekstində dərin tarixi, siyasi və geosiyasi anlamı olan tezisdir. Bu, çox uğurlu və milli maraqları həmişə üstün tutan qətiyyətli və yüksək zəkalı bir dövlət başçısının, liderin və diplomatın mühüm tezisidir. Onu tam dərk etmək üçün öncə Azərbaycan Respublikasının 1993-cü ildən başlayaraq davamlı surətdə həyata keçirilən sülh konsepsiyasının başlıca müddəalarına bu günün reallıqları işığında bir daha baxmalıyıq.

Güclü müstəqil dövlətin sülhsevərliyi

Heydər Əliyev ümumi halda müstəqil Azərbaycan Respublikasının dövlət identikliyini və milli ideyasını müəyyən edəndə təsadüfən baza prinsipləri sırasında ərazi bütövlüyünü xüsusi vurğulamırdı. Çünki ərazi bütövlüyü pozulmuş heç bir dövlət nə müstəqil, nə də suveren ola bilməz. Gerçəkçi sülh konsepsiyasına isə yalnız və yalnız əsl müstəqil və suveren dövlət malik ola bilər. Qalan bütün hallarda o, gözəl söz yığınından başqa bir şey deyildir.  

Dövlətin ərazi bütövlüyünü bərpa etməsi isə onun güclü dövlət kimi formalaşması ilə birbaşa bağlıdır. Güclü dövlət Heydər Əliyevin konsepsiyasında güclü iqtisadiyyata, cəmiyyətə və müdafiə imkanlarına malik olan dövlət kimi xarakterizə olunur. 

Deməli, 1993-cü ildən başlayaraq Azərbaycan dövləti sülhsevərliyin həyata keçirilməsinin təməlində güclü, müstəqil, hüquqi, ərazisi bütöv və tam suveren dövlətin formalaşdırılmasını görürdü. Tarix Ulu öndərin tam haqlı olduğunu sübut etdi.  

Bu sülhsevərlik konsepsiyasını Prezident İlham Əliyev davamlı olaraq reallaşdırdı və 2020-ci ilin payızında, sonra isə 2023-cü ilin yenə payızında Azərbaycanın müstəqil dövlət kimi güclü, sülhsevər və regional miqyasda “oyunqurucu” ölkə olduğunu dünyaya nümayiş etdirdi. Böyük mənada hər şey, o cümlədən indi haqlı olaraq fəxarətlə bəhs etdiyimiz Vaşinqton razılaşmaları buradan başladı! Bu tezisdə yuxarıda sülh və barış haqqında vurğuladığımız siyasi-nəzəri məqamların, onların praktiki həyata keçməsi prosesi ilə daxili bağlantısı ifadə edilmişdir. 

(ardı var)

Füzuli Qurbanov, 
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:16
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Avqust 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyevlə Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub

10 Avqust 2025 16:52see189

Şimali Makedoniya klubunun futbolçusu: Qarabağ ı məğlub etməyə çalışacağıq

11 Avqust 2025 22:27see169

Semaşko xəstəxanası koronavirusa görə bağlandı

11 Avqust 2025 04:51see149

Xərçəng kimləri hədəfə alır?

10 Avqust 2025 16:35see138

Azyaşlı uşaq kimi qarşısındakına naz etmək Rusiyaya yaraşmır

11 Avqust 2025 19:39see130

İngiltərə Superkubokunu bu klub qazandı

10 Avqust 2025 22:38see128

Dağıstanda yol qəzası olub

10 Avqust 2025 21:30see124

Avropa liderləri Putindən əvvəl Trampla danışmaq istəyirlər

10 Avqust 2025 23:27see123

Azərbaycanlı gənc futbolçu Norveç klubunda

10 Avqust 2025 16:55see122

Ağdam və Xocavənddəki yanğın söndürülüb (Yenilənib)

10 Avqust 2025 16:55see122

Rəsmi Bakı istədiyini əldə etdi və İrəvana bunu güzəştə getdi

12 Avqust 2025 02:09see122

Rusiyanın 190 milyardı Ukraynaya verilir FT

11 Avqust 2025 09:00see121

Türkiyəli nazir: “18 nəfər evə buraxılıb, 11 yaralının müalicəsi davam edir”

11 Avqust 2025 07:50see121

Yaponiyanın futbol millisinin ən yaxşı bombardiri vəfat etdi

11 Avqust 2025 04:42see121

Sülh üçün sonuncu maneə....

10 Avqust 2025 23:57see119

Britaniya vergi xidməti sosial şəbəkə paylaşımlarını süni intellektlə izlədiyini etiraf edib

12 Avqust 2025 02:00see118

Rusiyanın Zəngəzur həyəcanı: bunu heç kim gözləmirdi Sürpriz qərar

11 Avqust 2025 08:02see117

Pezeşkianın müşavirindən üçtərəfli sazişə reaksiya

10 Avqust 2025 21:04see114

Hansı süni intellekt modeli şahmat turnirinin qalibi olub..?

11 Avqust 2025 22:44see113

A new mechanism of resistance to treatment found in cancer cells## Translation note: I ve provided a direct translation of the Russian title into English, maintaining the original meaning and structure.

11 Avqust 2025 06:42see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri