Icma.az
close
up
RU
Menu

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

Temu adı ilə dələduzluq

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

Sevgilisini öldürən iş adamı anlaqsız vəziyyətdə olub? Ekspertiza rəyi açıqlandı

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

Yuxuda boşqab görmək nə deməkdir?

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

Nazan Öncel və Sezen Aksu arasında nə baş verib? Yarım əsrlik dostluq bitdi

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

Mayın 21 i Beynəlxalq Çay Günüdür

Konte İstanbula gəlmək üçün ulduz yarımmüdafiəçinin transferini tələb etdi

Tarixi ədalətsizliyə son!

Tarixi ədalətsizliyə son!

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Ermənistan rəhbərliyi Qərbi Azərbaycandan olan soydaşlarımızın layiqli şəkildə qayıdışı üçün lazımi şərait yaradarsa və təhlükəsizliyi təmin edərsə, bu, sülh prosesinə real töhfə olardı

Cənubi Qafqaz coğrafiyası onilliklər ərzində Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasətinə görə ciddi təhdidlərlə üz-üzə qalıb. 44 günlük müharibədə Azərbaycanın qazandığı şanlı Qələbə sayəsində yaratdığı reallıqlar isə regionda davamlı sülh və əməkdaşlıq üçün imkanlar açıb. Keçmiş Dağlıq Qarabağ münaqişəsi həllini tapıb və bununla da bölgə heç vaxt olmadığı qədər sülhə yaxınlaşıb. Azərbaycanın qətiyyətli mövqeyi belədir ki, bu fürsətdən maksimum dərəcədə istifadə edilməli və müharibə səhifəsi birdəfəlik bağlanmalıdır. Məğlub Ermənistanın davranışları isə heç bir məsələdə  postmüharibə dövrünün reallıqlarına uyğun gəlmir.

Məğlub ölkə hər vəchlə sülhdən yayınır

Açıq-aydın görünür ki, məğlub ölkə sülh istəmir və hər vəchlə bu prosesdən yayınmağa çalışır. Ermənistan cəmiyyəti uzun illər ərzində mifik ideologiyanın təsiri altında olub. Bu ölkədə uşaqdan böyüyədək hər kəsə “dənizdən-dənizə Ermənistan” xülyası aşılanıb, xüsusilə də Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları dövlət səviyyəsində təşviq olunub. “Dəmir yumruq” bu xülyaları çilik-çilik etdi. Gözləmək olardı ki, Ermənistan dövləti və cəmiyyəti 44 günlük müharibənin və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin nəticələrindən öz dərsini götürəcək. Ancaq müşahidə edilən odur ki, bu gün Ermənistanda revanşizm hissləri ilə yaşayanların sayı kifayət qədər çoxdur. Bunun məsuliyyətini isə yalnız müxalifət bölüşmür. Ermənistanın siyasi rəhbərliyinin adekvat olmayan açıqlamaları və həyata keçirilən siyasət də bu ölkənin sülh istəyində olmadığını açıq şəkildə ortaya qoyur. N.Paşinyanın, A.Mirzoyanın, A.Simonyanın və digərlərinin dilindən dəfələrlə Ermənistanın guya sülh sazişini yaxın vaxtlarda, hətta saylı günlər ərzində imzalamağa hazır olduğunu bildirən bəyanatlar eşitmişik. Praktiki müstəvidə isə rəsmi İrəvanın “sülh istəyi” təsdiqini tapmır. Görünən odur ki, bir sıra xarici güclər Ermənistanı yeni müharibəyə təhrik edirlər. Bu ölkənin postmüharibə dövründə sürətlə silahlanma yolu tutmasının, hərbi büdcəsini əhəmiyyətli dərəcədə artırmasının, sərhədə yaxın ərazilərdə hücum istehkamları qurmasının və digər bu qəbildən olan davranışlarının başqa izahı yoxdur.  Əgər Ermənistan sülh istəyirsə, nə üçün Fransadan, ABŞ-dən, Hindistandan öldürücü silahlar alır? 

Azərbaycan ən yüksək səviyyədə dəfələrlə bəyan edib ki, sülh üçün fundamental amillər, o cümlədən də hüquqi baza təmin edilməlidir. “Sülh sazişinin 17 bəndindən 15-i razılaşdırılıb” deyərək Ermənistanı dünyaya sülhpərvər qiyafədə təqdim etmək istəyən N.Paşinyan və digərləri ortaq məxrəcə gəlinməyən iki bəndin nədən ibarət olduğunu açıqlamaq istəmirlər. Çünki həmin bəndlər həlledici əhəmiyyət daşıyır və məhz Ermənistan rəhbərliyinin məsuliyyətsizliyi səbəbindən indiyədək razılaşdırlmayıb. Fundamental fikir ayrılığı yaradan bəndlərdən biri Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının ehtiva olunmasıdır. Bu məzmunlu konstitusiya ilə sülh sazişini imzalamağın hansısa bir məntiqi yoxdur. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə baş nazir Nikol Paşinyana cavabında bildirdiyi kimi, Ermənistanın “sülhsevər narrative” regionda davamlı sülh və sabitliyin qurulmasının ən mühüm sütununu - dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməsini gözardı edir. A.Hacızadə bildirib ki, Ermənistan, həqiqətən də, qonşuları ilə sülh qurmaqda maraqlıdırsa, nə üçün konstitusiyasında və milli qanunvericiliyində təsbit olunmuş “Qərbi Ermənistan” və “Qarabağ Respublikası” adlandırdığı ərazilərə olan iddialardan imtina prosesini başlamaqdan hər vəchlə imtina edir: “Bağışlayın, amma sizin arqumentləriniz Ermənistanın “xoş niyyətlərinin” təsdiqi hesab edilə bilməz”, - deyə XİN rəsmisi vurğulayıb.

Qərbi azərbaycanlıların qayıdış məsələsi ərazi iddiaları deyil, insan haqları məsələsidir

Yeni starateji mərhələdə Azərbaycan zamanında indiki Ermənistan ərazisindən qovulan  soydaşlarımızın doğma yurd yerlərinə qayıdışı məsələsini bütün ciddiliyi ilə gündəmə gətirib. Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan soydaşlarımızın qayıdış hüququnun təmin edilməsinin zəruriliyindən növbəti dəfə bu günlərdə yerli telekanallara müsahibəsində danışıb. Bu ərazi məsələsi deyil, insan hüquqları məsələsidir. Bu gün mətbuatda, ictimai müzakirələrdə təxminən 300 min soydaşımızın tarixi yurd yerlərinə - Qərbi Azərbaycana qayıdış hüququndan bəhs olunur. Ancaq müsahibədə də bildirildiyi kimi, bütövlükdə, bəhs olunan coğrafiyadan qovulmuş və bu gün Azərbaycanın müxtəlif bölgələrində yaşayanların, onların nəvələrinin, nəticələrinin sayı 300 mindən bir neçə dəfə çoxdur. Həmin insanlar XX əsrdə böyük fəsadlara gətirib çıxaran amansız deportasiyalar nəticəsində öz yurd-yuvalarından çıxarılıblar. Onlar 1918, 1920-1921, 1948-1953 və 1987-1991-ci illərdə olmaqla doğma ev-eşiklərini tərk etmək məcburiyyətində qalıblar. Bu tarixi ədalətsizliyə son qoyulmalıdır. Azərbaycanın mövqeyi belədir ki, regionda sülhə nail olmaq üçün həm də etimad mühiti yaradılmalıdır. Ermənistan rəhbərliyi soydaşlarımızın layiqli şəkildə qayıdışı üçün lazımi şərait yaradarsa və təhlükəsizliyi təmin edərsə, bu, sülh prosesinə real töhfə olardı. Bundan ötrü N.Paşinyan hökuməti Qərbi Azərbaycan İcması (QAİ) ilə dialoqa başlamalıdır. Öz tərəfindən QAİ bu dialoqa hazır olduğunu dəfələrlə bəyan edib. Substantiv nəticələrə hesablanan müzakirələr aparılmalı və yüz minlərlə insana qarşı yol verilmiş tarixi ədalətsizlik aradan qaldırılmalıdır.

Ancaq Paşinyanın son açıqlamalarından da göründüyü kimi, Ermənistan rəhbərliyi belə bir iradədən çox uzaqdır. Öz absurd məntiqi ilə Azərbaycan Prezidentinə “cavab” verən Paşinyan Qərbi Azərbaycanın Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan olduğunu bildirib. Baş nazir əlavə edib: “Bundan başqa Qərbi Azərbaycan yoxdur, ola da bilməz. Əgər həqiqətən başqa yerdə axtarmaq istəyirlərsə, onda Naxçıvanı da Qərbi Azərbaycan hesab edə bilərik”.

Ermənistan liderinin belə bir məntiqdən (əslində, məntiqsizlikdən - red.) çıxış etməsi, yumşaq desək, korafəhmlikdir, tarixi və reallığı inkar etməkdir. Bəli, keçmiş və bu gün bir-birinə sıx bağlıdır. Zamanında yüz minlərlə azərbaycanlıya qarşı ədalətsizliyə yol verilib, tarixi torpaqlarımızda indiki Ermənistan adlı saxta dövlət yaradılıb. Bu günün reallığı və çağırışları isə fərqlidir. Ərazi bütövlüyünü və suverenliyini təmin edən Azərbaycan indiki strateji mərhələdə daha bir ümummilli ideyasını - soydaşlarımızın tarixi torpaqlarına qayıdışını təmin etməyi hədəfləyib. Ermənistan tərəfi də Azərbaycanın siyasi iradəsinə yaxşı bələddir. Ermənistan rəhbərliyinə onu da xatırlatmaq istərdik ki, insanların qayıdış hüququ, eyni zamanda, beynəlxalq konvensiyalarla da təsbit olunub.   

Mübariz FEYİZLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Yanvar 2025 09:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see274

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see237

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

20 May 2026 18:18see216

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see185

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see185

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

20 May 2026 22:27see181

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

20 May 2026 19:55see181

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see178

Sevgilisini öldürən iş adamı anlaqsız vəziyyətdə olub? Ekspertiza rəyi açıqlandı

21 May 2026 16:43see177

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

20 May 2026 17:31see177

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

21 May 2026 09:50see171

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

20 May 2026 20:48see169

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

20 May 2026 22:30see168

Yuxuda boşqab görmək nə deməkdir?

21 May 2026 09:51see167

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

21 May 2026 09:50see165

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

20 May 2026 22:47see159

Nazan Öncel və Sezen Aksu arasında nə baş verib? Yarım əsrlik dostluq bitdi

20 May 2026 21:47see158

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

22 May 2026 07:27see157

Mayın 21 i Beynəlxalq Çay Günüdür

21 May 2026 09:49see147

Konte İstanbula gəlmək üçün ulduz yarımmüdafiəçinin transferini tələb etdi

22 May 2026 01:22see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri