Icma.az
close
up
RU
Tarixi enerji əməkdaşlığı...

Tarixi enerji əməkdaşlığı...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Azərbaycan Suriyaya qaz nəqlinə başlayır

Azərbaycan avqustun 2-dən etibarən Suriyaya qaz nəqlinə başlayacaq. “Suriyanın energetika naziri Məhəmməd əl-Bəşir bildirib ki, gündəlik 3,4 milyon kubmetrə bərabər olan qaz nəqli Türkiyə ərazisindən çatdırılacaq. Belə ki, SVOP razılaşmasına əsasən, Azərbaycandan ixrac edilən qaz Kilis üzərindən Suriyaya, Dəməşqə ixrac olunacaq və Suriyanın qaz şəbəkəsi infrastrukturuna daxil ediləcək. Azərbaycan yanacağı hesabına Suriyada təxminən 900 meqavat gücündə elektrik enerjisi istehsal edilməklə elektrik şəbəkəsinin dayanıqlığının artırılmasına töhfə verəcək.

İllik 1 milyard kubmetr qaz

Qeyd edək ki, cari il iyulun 12-də Azərbaycanda səfərdə olan Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd -Şaraa ilə Prezident İlham Əliyev arasında keçirilən geniş tərkibdə görüş ikitərəfli əlaqələrin inkişafına dair faydalı müzakirələr aparılıb, razılaşmalar əldə edilib. Suriyanın hazırda ciddi enerji problemi ilə üzləşməsini nəzərə alan Azərbaycan yeni hakimiyyətin islahatlar proqramına dəstək  çərçivəsində Türkiyə ərazisindən Suriyaya qaz ixracına razılıq verib. SOCAR və Suriya hökuməti arasında imzalanan memorandumu Suriyada böhran başlayandan bəri beynəlxalq  səviyyəli ilk sənədlərdən biri kimi mühüm əhəmiyətli saziş kimi xarici enerji koalisiyası tərəfindən də yüksək dəyərləndirilib. Anlaşmaya əsasən, Azərbaycan ildə 1 milyard kubmetr həcmində qazı Suriyanın ötürmə infrastrukturuna çatdıracaq.

Azərbaycan Yaxın Şərqdə yeni enerji mərhələsini başladır

Sazişin imzalanması ilə Azərbaycanın Yaxın Şərqdəki enerji siyasətində yeni bir mərhələnin başlanğıcı qoyulub və Azərbaycanın enerji diplomatiyasında coğrafi və geosiyasi şaxələnməni genişləndirmək niyyətini göstərir. Azərbaycanın qazının Suriyaya nəqli təkcə iqtisadi deyil, həm də geosiyasi məsələdir. Suriyanın qaz nəqli şəbəkəsi “Ərəb qaz şəbəkəsi” adlandırılan sistemə qoşulub, bu şəbəkəyə Suriya, Livan, İordaniya və Misir daxildir. Bu isə o deməkdir ki, Azərbaycanın qazı bu ölkələrin hamısına ixrac edilə bilər və körfəz dövlətləri blokunda yeni enerji alyansı formalaşması qaçılmazdır. ünki həmin ölkələr elektrik enerjisi istehsalı üçün ciddi şəkildə xammala ehtiyac duyurlar və bu baxımdan Azərbaycan yanacağı Suriya ilə yanaşı, digər ərəb dövlətlərinin də enerji infrastrukturunun dayanıqlığına töhə verə bilər.

Suriyanın energetika sisteminin bərpasına töhfə

Azərbaycan Suriyanın energetika sahəsinin bərpasına da töhfə vermək niyyətindədir. Əhməd -Şaraanın Bakıya səfəri zamanı bu məsələ də müsbət həll edilib. Uzun müddət davam etmiş daxili münaqişə zamanı dağıdılaraq sıradan çıxmış energetika sisteminin bərpası Azərbaycan-Türkiyə birgə koordinasiya planı üzrə aparılacaq. SOCAR ilə bağlanmış saziş istehsalın bərpası və Suriyanın elektrik enerjisi ilə təmin olunması baxımından həlledici əhəmiyyətə malikdir. SOCAR-ın təcrübəsi və texnoloji bacarıqları, Suriyanın enerji infrastrukturunun bərpasında əhəmiyyətli rol oynaya bilər. Bu, həmçinin Azərbaycanın enerji sektorundakı texnoloji inkişafını beynəlxalq səviyyədə nümayiş etdirmək imkanı yaradır. İqtisadi sabitliyin bərpası təkcə hasilat demək deyil. Enerji gəlirləri vasitəsilə mərkəzi büdcəyə daxilolmalar artacaq. Dövlət, dövlət qulluqçuları, təhlükəsizlik orqanları və sosial proqramlar üçün resurs qazanacaq.

Sənayenin bərpasında Azərbaycanın dəstəyi

Bu əməkdaşlıq uzun illər davam edən münaqişədən sonra Suriyanın iqtisadi dirçəlişinə də töhfə verəcək. Belə ki, Azərbaycan qənaətbəxş qiymətlərlə fasiləsiz elektrik təchizatı, daha əvvəl Misirə və ya Türkiyəyə köçürülmüş Suriyadakı sənaye müəssisələrinin geri dönüşünü stimullaşdıra bilər. Məhz bu müəssisələrin geri qayıdışı, Suriya iqtisadiyyatında yeni mərhələnin başlandığını beynəlxalq bazarlara qapılarını da açmış ola bilər. Bir sözlə, Azərbaycan Suriyanın qaz və enerji sektorunun inkişafına kömək etməklə sənaye quruculuğunun da ayağa qalxmasına dəstək verərək ümumilikdə, iqtisadi bərpasını da təşviq etmiş olur. 

Əməkdaşlıq sxeminə əsasən, gələcəkdə Azərbaycanla Suriya arasında dəmir yolu və avtomobil nəqliyyatı layihələrinin formalaşması da mümkündür, bu isə Orta Dəhlizdə yer almasını reallaşdırmış olur.

Suriya coğrafi baxımdan Asiya-Orta Şərq-Avropa nəqliyyat tranzitində yer alır. Bu ölkənin həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişmə nöqtəsində yerləşməsi çoxşaxəli logistika imkanlarının əlverişliliyinə dəlalət edir. Xüsusilə də, Orta Dəhliz nəqliyyat habına çıxış üçün daha yaxşı imkanlar var. Bu baxımdan Suriyanın Azərbaycan fəal təşəbbüskarı olduğu Orta Dəhliz nəqliyyat ittifaqında yer alması labüddür.

E.CƏFƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 Avqust 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see788

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see749

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see745

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see542

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see531

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see497

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see399

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see381

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see369

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see363

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see339

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see335

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see290

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

07 Oktyabr 2026 17:46see287

Onun Azərbaycanla əlaqəsi yoxdur Alman kəşfiyyatı

07 Oktyabr 2026 18:13see261

Azərbaycan Kuboku: 2 oyuna 18 qol

07 Oktyabr 2026 18:11see260

Arteta Arsenal la müqaviləsini uzatdı maaşı da bəlli oldu

07 Oktyabr 2026 18:14see259

Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbir keçirilib

07 Oktyabr 2026 18:16see252

Azərbaycan əsgəri cəzasının bir hissəsini Ermənistanda çəkəcək Paşinyan

07 Oktyabr 2026 18:23see223

Portnikov: Ukrayna əsgərləri və dronları müharibədə qalib gələcək...

07 Oktyabr 2026 18:12see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri